Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                 

"Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm" - Razi Nurullayev
Tarix: 8-01-2024, 08:18 | Çap et
"Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm"
Ötən həftə Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması xəbəri bütün ölkəni silkələdi. Az sonra azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edildi. DİN-in yaydığı məlumata görə, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətbuatda gedən məlumatlara görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.

Bu hadisənin ardınca Masallı rayonunda da IX sinifdə oxuyan məktəbli qızın nişanlanmaya məcbur edildiyi haqda məlumat yayıldı. DİN bu barədə məlumat yayaraq bildirib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib".

DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

Beləliklə, son vaxtlar 12-14 yaşda qız uşaqlarının məcburən nişanlanmaya cəlb olunması xəbərləri artıb. Bu da cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzi mütəxəssislər bu cür halların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac olduğunu, qanunun evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməsini, bəziləri isə valideynlərin böyük məbləğdə cərimələnməsini təklif edir.

Millət vəkili Razi Nurullayevin fikrincə, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir:

“Nişanlanmanın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdır. Qız uşağı ancaq həddi-buluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birlərinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızlarını erkən yaşda nişanlayan ailələrin cərimələnməsini təklif edib: “Təklif edirəm erkən nişanlama tətbiq edən tərəflər hərəsi 5000 manat cərimələnsin. Daha sonra nəzarət olsun, gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar. Başqa əlac yoxdur”. Hüquq müdafiəçisinin fikrincə, iqtisadi sanksiyalar bəzən heç də az təsirli olmur, xüsusən də bu, yüksək məbləğ olarsa, təbii ki, nəticəsiz ötüşməyəcək.

“12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması faktı ciddi məsələ və çox ciddi sosial siqnaldır. Uşaqların müdafiəsi mexanizmi yalnız qurumların koordinasiyalı işi deyil, həm də düşüncəni, həyata münasibəti, yaşam anlayışını əhatə edən sistemdir”.

Bu fikirləri isə Vətəndaş Tədqiqat və İnkişaf ictimai birliyinin sədri Günel Səfərova səsləndirib. O bildirib ki, ailələrin, uşağın, 32 yaşlı psixi problemli kişinin mətbuata verdiyi müsahibəsi çox mətləblərdən xəbər verir: “Azərbaycanın Ailə dəyərləri bu deyil və bu dəyərlərimizə ciddi təhdiddir. Uşaq nikahının yeni forması Nişan modeli ilə ört basdır edilməli deyil. Çox iş var”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, biz hansı əsrdə yaşadığımızı tam dərk edə bilməmişik. Hələ də mövhumatçı, yüz il bundan əvvəlki adət-ənənələri yaşatmaq istəyən valideynlər, tərəflər var. Əlbəttə ki, 12-14 yaşlı qız uşaqlarının nişanlanması xəbəri bizi çox məyus edir. Biz bu valideynlərin ağlına, məntiqinə, dərrakəsinə şübhə ilə yanaşırıq. Məlum məsələdir ki, nişanlanmağa məcbur edilən uşaqlar ata-anadan asılı olduqlarına görə etiraz səslərini ucalda bilmirlər, həmişə valideynlərin təzyiqi altında nişanlanmağa məcbur olurlar. Xüsusilə bu halların son vaxtlar artması daha çox narahatlıq doğurur.

Bu məsələdə kəndin müəllimləri, ziyalı təbəqəsi, icra nümayəndəsi, bələdiyyə üzvlərinin də məsuliyyəti var. Çünki kənddə nəsə baş verəndə, hadisə rəsmiləşənə qədər onlar mənəvi məsuliyyət daşıyırlar.

Hesab edirəm ki, bu məsələlər ilə bağlı qanunlarda ciddi dəyişiklik edilməlidir. Nişanlanma prosesinin özü artıq evliliyə doğru atılan addımdır. Buna görə də bu yaşda nişanlanmaya görə hər iki, yəni həm nişanlayan, həm də nişanlanan tərəfin valideynləri məsuliyyətə cəlb olunmalıdır. Burada söhbət cərimələrdən getməməlidir. Əgər insanların bu cür hərəkətlərinin qarşısını maariflənə, inzibati metodlarla ala bilmiriksə, yeni qanunlar yaradıb, həmin insanları məsuliyyətə cəlb etməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru