Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı .....                     Məhərrəm İncə CHP-yə qayıdıb .....                     ABŞ Prezidentindən İsrailə çağırış: .....                     Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                     Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                 

“İlqar Məmmədovun siyasi meydanda qalmaq şansı yoxdur” - MÜSAHİBƏ
Tarix: 22-05-2023, 15:39 | Çap et
“İlqar Məmmədovun siyasi meydanda qalmaq şansı yoxdur”
DİA.AZ ləğv olunan Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, siyasi şərhçi Abutalıb Səmədovun Cebhe.info-ya müsahibəsini təqdim edir:

- Abutalıb bəy, “Siyasi partiyalar haqqında” yeni qanundan sonra özünü müxalifət adlandıran bir sıra partiyaların elektoratı olmadığı üzə çıxdı... Onlardan biri də ReAL Partiyasıdır. Amma sədr İlqar Məmmədov müxtəlif üsullarla qəbul olunmuş qanuna etiraz edərək siyasi meydanda qalmağa çalışır...İlqar Məmmədov bununla nə etmək istəyir?

-“Siyasi partiyalar haqqında” Qanun kiçik, real gücü olmayan partiyaların yaşamaq imkanını əlindən aldı. Qanun qəbul olunduqdan sonra siyasi partiyalar birləşmək və real gücü olan partiyaya çevrilmək məcburiyyətində qaldılar. Ancaq siyasi liderlərin reallıqla qətiyyən uyğun olmayan iddiaları buna imkan vermir.

Əksəriyyət partiya lideri, sədri olmaq istəyir, özünü böyük siyasi lider sayır. Təbii ki, iddialı olmaq normal şeydir, heç kim də bunu siyasətçiyə qadağan edə bilməz. Ancaq bunu üçün potensial da olmalıdır. Çox təəssüf ki, potensialı olmayan siyasətçilər hələ də israrla keçmiş mövqelərini qorumağa çalışırlar.

“Siyasi partiyalar haqqında” Qanunu günahlandırırlar ki, 5 min üzv tələbi qoyulub və bu, çox böyük rəqəmdir. 5 min üzv siyasi partiya üçün ciddi bir rəqəm deyil. Əgər partiya dövləti idarə etmək və milyonların səsini almaq iddiasındadırsa, 5 min üzvü asanlıqla toplamalıdır. Çünki dövləti idarə etmək üçün partiyanın komandası, güclü mütəxəssislərdən ibarək aparatı və yerli təşkilatları olmalıdır. Əks halda seçkini udmaq qeyri-mümkündür.

Düzdür, tarixdə populist və isdedadlı natiqlər də olub. Bu, böyük natiqlərin, onların səsləndirdiyi populist fikirlərə görə milyonlarla səs alan olub. Ancaq bu gün Azərbaycanda belə siyasətçi yoxdur. “Mən böyük natiqəm” iddiasını ortaya qoyacaq siyasətçi Azərbaycanda olar. Ona görə də reallıq tələb edir ki, siyasi partiyalar birləşsin və birlikdə sanballı bir qüvvə ortaya çıxarıb həmin o 5 min nəfəri toplamağa çalışsınlar. Ancaq eqoizim, reallıqla qətiyyən uyğunlaşmayan iddialar təbii ki, buna imkan vermir.

Bir şeyi anlamaq istəmirlər, əgər seçkiyə ümid edirsənsə, iddialı çıxışlar edib insanları arxanca apara biləcəyini düşünürsənsə, bu gün Azərbaycanda bunu etmək üçün hər cür imkan var. Çıx danış, müraciət et, amma heç olmasa, 5 min nəfəri inandır. Bu gün 5 min nəfəri inandıra bilmirsən. Bu gün deyəcəyin sözləri sabah da deyəcəksən.

Sənə kimdir mane olan? De, tələb olunan imzanı topla, apar partiyanı qeydiyyatdan keçir. Hesab edirəm ki, partiyalar bu barədə düşünməlidirlər. Bunu Azərbaycanda ilk yaranan partiyaların birinin keçmiş sədri kimi deyirəm.

Biz ReAL-dan fərqli olaraq 1995-ci ilin parlament seçkilərində, 2000-ci il seçkilərində proporsianal qaydada səs almış partiyayıq. Eyni zamanda, 1998 və 2003-cü illərdə prezident seçkilərində də iştirak etmişik. Ancaq real vəziyyəti nəzərə alıb partiyanı ləğv etmək barədə qərar qəbul etdik. Hesab edirəm ki, ReAL partiyası və rəhbərliyi də reallıqları nəzərə almalıdır.

Ya partiyanı böyütməlidirlər, bunun üçün onların maliyyə imkanları da var, ya da ReAL Partiyası ilə eyni vəziyyətdə olan kifayət qədər partiyalar var ki, onlarla birləşə bilərlər. Onlar ya bu yollardan birini seçməlidir, ya da partiyanın ləğvi ilə bağlı qərar qəbul olunmalıdır. Başqa yol tutub nəyəsə nail olmaq, hesab edirəm ki, qeyri- mümkündür.

“ReAL Partiyasında lider problemi var”

-ReAL həm də parlamentdə təmsil olunan partiyadır... Yəni artıq 3 ildir ki, dövlət büdcəsindən maliyyə alır... Hər il dövlətdən vəsait alan partiyanın rəhbəri 5 min üzv yığa bilmirsə, problem nədədir? Partiyanın ideoloji-siyasi xəttinin olmaması və ya lider zəifliyi?

-ReAL partiyaya çevrilməmişdən əvvəl ətrafında kifayət qədər ziyalıları toplaya bilmişdi. Üstəlik o dövrdə partiyanın mövqeyi imkan verirdi ki, narazı elektoratı da öz ətrafına yığa bilsin. Amma partiyaya çevriləndən sonra ziyalıların böyük hissəsi uzaqlaşdı və narazılar da partiyanın xəttinin dəyişdiyini görüb kənarlaşdılar. İndi bu vəziyyətdə 5 min üzvü toplamaq üçün ilk növbədə partiyanın maliyyə imkanları tələb olunur. Dövlət onlara yardım edir, başqa mənbələrdən də istifadə etmək mümkündür.

Təbii ki, güclü liderlərin partiyanın rəhbərliyində təmsil olunmasına ehtiyac var. Şəxsən mənim də hörmət etdiyi Natiq Cəfərli və Erkin Qədirli hesab edirəm ki, ölkənin dəyərli siyasətçiləridir. Ancaq açıq demək lazımdır ki, bu gün ReAL Partiyasından mətbuatda çıxış edən yalnız Natiq Cəfərlidir. Partiyanın sədri demək olar ki, çıxış etmir. Bu gün debatlardan, çıxışlardan qaçıb əhalinin rəğbətini nə cür qazanmaq olar?

Təbii ki, ReAL Partiyasında lider problemi var. Çox ciddi şəkildə lider problemi var, digər tərəfdən xalqı inandıracaq, onları partiyaya gətirəcək müəyyən şüarlar, müddəalar ortaya qoyulmalıdır ki, xalq da onları real qüvvə sayıb orada olmaq istəsin. Bu baxımdan da hesab edirəm ki, ReAl Partiyasının ciddi problemləri var. Baxmayaraq ki, digər siyasətçilərlə, partiyalarla müqayisədə, onların nümayəndələrinin Natiq Cəfərli və Erkin Qədirlinin çox fərqli fikirləri var, görünür bu kifayət etmir.

Partiya sədri də fəal olmalıdır, ancaq indiyə qədər bunu göstərməyib. Özündən müştəbehlik heç kimi ağ günə çıxarmır. Reallıqlarla hesablaşmaq, birləşmə yollar axtarmaq, yeri gələrsə, sədrlikdən də imtina etmək lazımdır. Bunları etmirsə, geri çəkilməlidir. Biz bu sahədə ilk nümunə göstərən partiya olduq. Bizdən sonra da 20-yə yaxın partiya ləğv olunmaq barədə qərar qəbul etdi. Hesab edirəm ki, vaxt kifayət qədər azalıb və ReAL Partiyası da artıq reallığa uyğun qərar verməlidir.

-İndiyə qədər elektoratsız fəaliyyət göstərən İlqar Məmmədov bu formada siyasi meydanda qala bilərmi?

-İlqar Məmmədovun bu formada siyasi meydanda qalmaq şansı yoxdur. Reallıqları düzgün qiymətləndirmək, özünün potensialına obyektiv qiymət vermək və partiyanın gələcəyi ilə bağlı qərar vermək lazımdır.

-14 ilə 5 min üzv yığa bilməyən partiya 1 aya o sayı necə toplaya bilər? Absurd deyilmi?

-Qeyri- mümkündür. ReAL Partiyasının indiki vəziyyətdə 5 min üzv yığması mümkün deyil. İndiyə qədər birləşmə ilə bağlı cəhdlər göstərilməli idi. Ancaq təbii ki, ambisiyalar buna imkan vermir. İnsanlar kiçik partiyanın kiçik sədri olmağa üstünlük verirlər ki, bu da çox yanlışdır.

“İlqar Məmmədovun davranışlarında da kifayət qədər problemlər var”

-İlqar Məmmədov deyir ki, əgər bir partiyanın 3-4 üzvü olsa belə, seçkilərdə səs yığırsa, deməli, güclüdür... 3-4 üzvlə səs yığmaq mümkündürmü?

-Dahi siyasətçilər bunu edə biliblər. Məsələn, 1993-cü il Prezident seçkilərində çox istedadlı insan olan Nizami Süleymanov kifayət qədər populist vədlər verdi və 1 milyondan çox səs yığdı. Ancaq İlqar Məmmədov Nizami Süleymanov deyil. Mənim sözlərimə inanmırsa, öz çıxışlarına nəzər salsın. Televiziyalardan qaçmaqla necə 5 min üzv yığmaq olar?

Bir vaxtlar şikayət edirdi ki, televiziyalara çıxmaq imkanı yoxdur, güya TV-lərə çıxsalar çox dəhşətli dəyişikliklərə nail ola bilərlər, xalq da onların arxasınca gedər. İndi televiziyalar kifayət qədərdir, ancaq danışmaq istəyən yoxdur. Ona görə də təbii ki, 3-4 nəfər üzvü olan partiyanın sədri dahi olarsa, səs almağa ümid edə bilər, amma Azərbaycanda elə bir natiq görmürəm, İlqar Məmmədov isə ümumiyyətlə, natiq deyil.

-Ümumiyyətlə, siyasi mühitdə İlqar Məmmədov faktoru hiss olunurmu?

-İlqar Məmmədov həbsdə olanda hiss olunurdu və kifayət qədər də populyar idi. Ancaq sonrakı dövrdə qətiyyən hiss olunmadı. Televiziyalardan uzaq qaçmaq, debatlara getməmək, özü haqqında çox yüksək fikirdə olmaq təbii ki, istənilən siyasətçini sıradan çıxardır. İlqar Məmmədov da təəssüf ki, belə bir tale yaşayır. Reallıqları qiymətləndirmək lazımdır. Bu çıxışlarla milyonları cəlb etmək mümkündürmü? Əgər özünü Ərdoğan səviyyəsində natiq hesab edirsə, davam etdirsin. Ancaq reallıq bundan ibarətdir ki, İlqar Məmmədov natiq deyil.

Davranışlarında da kifayət qədər problemlər var və özünü bu qədər yüksəkdə tutan, özünün imkanlarını bu qədər şişirdən siyasətçinin nəyəsə nail olması çox çətindir, hətta mümkünsüzdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Bu gün, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Bu gün, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Bu gün, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Bu gün, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Bu gün, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru