Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                 

"Sağ olsunlur ya telefonla əhvalımı soruşurlar, ya da yanıma gəlirlər" - deputat
Tarix: 26-04-2023, 07:50 | Çap et
"Sağ olsunlur ya telefonla əhvalımı soruşurlar, ya da yanıma gəlirlər"
Ötənlərdə sui-qəsd cəhdi nəticəsində çiyin və ayaq nahiyəsindən xəsarət alan millət vəkili Fazil Mustafa “Sherg.az”ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Fazil bəy, indi özünüzü necə hiss edirsiniz, müalicəniz davam edirmi?

-Müalicəm evdə davam edir. Artıq tikişlərim sökülüb. Bir neçə günə ayağımın reabilitasiyasına başlanacaq. Qolumun reabilitasiyasına isə 2-3 həftədən sonra başlanılacaq. Yəni həkimlərin müəyyən etdiyi istiqamət üzrə prosedur davam edir.

-Aktiv fəaliyyətə nə vaxt başlaya bilərsiniz, həkimlər nə deyirlər?

-Yəqin ki, yaxın bir aya aktiv fəaliyyətə başlaya biləcəm”.

-Dostlarınız, yaxınlarınız ziyarətinizə gəlirmi?

-Çox adam məni ziyarətə gəlir. Sağ olsunlur ya telefonla əhvalımı soruşurlar, ya da yanıma gəlirlər. Hətta bir çox hallarda əziyyət çəkməmələri üçün gəlməmələrini xahiş edirəm. Amma onlar gəlir və vəziyətimi gördükdən sonra rahatlayaraq, təskinlik tapırlar.

- Sui-qəsd cəhdi psixoloji cəhətdən sizə necə təsir göstərib, hansısa qorxu və təşviş hissi varmı?

-Hadisə baş verəndə də hansısa qorxu hissi yaşamadım. Çünki bu, bizim ümumi taleyimizdir və dəfələrlə belə ölüm riski ilə üz-üzə qalmışıq. Bu da onlardan biri idi. Belə atəşin altında sadəcə yaralanaraq çıxmaq isə inanılmaz bir haldır. Ancaq geriyə dönəndə həyatımızın müxtəlif epizodlarında belə ölüm riski həmişə olub. Ona görə də bu hadisə məndə hansısa psixoloji sarsıntı yaratmayıb. Əksinə daha da qətiyyətlə yolumuza davam etmək niyyətindəyik.

-Avtomobilinizin aqibəti necə oldu, dəyən ziyanı kim ödəyir?

-Adi qəza olduqda dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir. Amma avtomobil belə bir hadisədən sığorta olunmayıb. Ona görə də məhkəmədə zərər yetirən şəxslərə qarşı iddia qaldırılacaq. Lakin maşının təmiri və başqa məsələlər öz boynumdadır. Müəyyən hüquqi prosedurları keçdikdən sonra, təmirə vermişəm ki, maşınsız qalmayım. Yəni sağalana qədər maşın da hazır olacağını güman edirəm.

-Sizə qarşı olan sui-qəsd cəhdində “düymə” kim və hansı dairə tərəfindən basılıb? Kimlərin “əli” ola bilər?

-İstintaq davam edir və məsələ hərtərəfli araşdırılır. Bir mənalı şəkildə bilinən istiqamət var. Bu da hüquq-mühafizə orqanları tərəfindən açıqlandı. Qonşu ölkədən istiqamətlənən bir məsələdir və iştirakçılar da birbaşa ora ilə bağlıdır. Yəni buna hansısa azərbaycanlının açdığı atəş kimi baxmaq olmaz və bütövlükdə düşmənlərimiz konteksində yanaşılmalıdır. Bu gün Ermənistan və İran kəşfiyyatına işləyən hər bir "azərbaycanlı" bizim üçün düşmən hesab edilir. Ona görə də bu təkcə mənə qarşı yox, bütün Azərbaycanı sevənlərə qarşı yönələ bilər. Bu baxımdan dövlətimiz üçün təhlükəyə çevriləcək şəxsləri zərərsizləşdirməyə çalışmalıyıq.

-Bir az da son siyasi gəlişmələrdən danışaq. Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasını necə dəyərləndirirsiniz? Artıq belə deyə, düşünə bilərikmi ki, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir?

-Mənə elə gəlir ki, biz Azərbaycan cəmiyyəti olaraq, hansı tarixi günləri yaşadığımızın fərqində deyilik. Bu hadisələr bizə sadə gəlir. Lakin mərhələli şəkildə diqqət yetirsək, görərik ki, Azərbaycan prezidentinin izlədiyi trayektora nə qədər dəqiq cilalanmış və cəsərətli siyasətin gerçəkləşməsindən xəbər verir. Bəzən cəmiyyət gələcəyi bilmədiyi üçün, prosesi hazır külçə kimi görməyə alışır. Amma belə olmalı deyil. Bu proseslərin arxasında böyük həyəcan, zəhmət və diplomatik çalışmalar yatır. Burda Sərhəd Qoşunlarının, Xüsusi Xidmət və hüquq mühafizə orqanlarının çalışması sadə bir proses deyil. Bunlar mürəkkəb bir mexanizmin çevik çalışmasından xəbər verir. Laçın yolunda postun qurulması Şuşanın işğaldan azad edilməsi qədər böyük bir hadisədir. Artıq Azərbaycan post-müharibə dönəmindən bu yana sərhədlərində tam söz sahibi olduğunu praktiki şəkildə ortaya qoydu. Ona görə fədakarlıq edən insanların zəhmətini bəsitləşdirmək olmaz. Buna böyük rakursdan baxmalıyıq. Digər tərəfdən məntəqənin qurulması ekofəllarımızın əməyinin nəticəsi kimi də dəyərləndirilməlidir. Onlar zəmini hazırlamasa idi, biz çətinlik çəkərdik. Yəni burada hamının payı var. Payı olmayanlar isə "Xankəndində niyə bayrağımız dalğalanmır?" və "Rus sülhməramlılarını niyə çıxarmırıq?" deyə qışqırıq salanlardır. Yəni burada həm də söhbət kursu passiv də olsa, dəstəkləməkdən və Azərbaycan respublikasının Prezidentinə güvənməkdən gedir. Bizi tələsdirməyə çalışan "vətənpərvərlər" gördülər ki, prosesi səbirlə irəlilətmək lazımdır.

-Partiyalar haqqında yeni qanun layihəsi bizə nə vəd edir?

-Qanunvericilikdə dəyişiklik olub və 5 min üzvü olan partiyalar qeydiyyat üçün müraciət edə bilərlər. Bu limitin qoyulması isə çox önəmlidir. Çünki 5 min üzvü olmayan heç bir partiya özünü ciddi qəbul etdirə bilməz. Siyasi fəaliyyətlə məşğul olanların cəmiyyətdə bu qədər dəstəyinin olmaması mümkün deyil. Bu baxımdan da siyasi fəaliyyətlə məşğul olan şəxslər və subyektlər qanununun tələbinə əməl etməlidir. Kiçik bir qurum halında fəaliyyət göstərmək partiyanın elə də ciddi bir obrazda təqdim edilməsi üçün şərait yaratmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru