Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                 

“Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq” – Professor Türkiyədəki seçkiləri şərh edir
Tarix: 13-03-2023, 08:42 | Çap et
“Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq”
Azərbaycanın strateji müttəfiqi Türkiyə mayın 14-də öz prezidentini və yeni parlamentini seçəcək. Birləşmiş müxalifət seçkilərdə vahid namizədlə çıxış edir, habelə seçki dairələri üzrə deputatlığa namizədlərini müəyyənləşdirib. Rəy sorğularına görə, müxalifət lideri, CHP sədri Kamal Klışdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanla başa-baş rəqabət aparır. Mayın 14-də indiki hakimiyyətin namizədi məğlub olarsa, Türkiyənin yeni iqtidarının xarici siyasəti, o cümlədən Azərbaycanla bağlı strategiyası dəyişə bilərmi? Bu barədə Pressklub.az-ın suallarını tarixçi professor Xaləddin İbrahimli cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Xaləddin bəy, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Müxalifətin əsas partiyaları Millət İttifaqı adlanan seçki blokunda birləşib. Hakim AKP və MHP-dən ibarət olan Cümhur İttifaqı isə sıralarını genişləndirmək üçün digər partiyalarla danışıqlara başlayıb. Ötən ayın 6-da baş vermiş dəhşətli zəlzələnin təsirlərini nəzərə alaraq, Türkiyədə seçkiqabağı durumu necə dəyərləndirirsiniz? Necə bir seçki sürəci izləyəcəyik?

- Türkiyədə seçkiqabağı vəziyyət qeyri-müəyyəndir. Demək olmaz ki, bu gün seçki olarsa, hansısa tərəf qələbəsini təmin edə bilər. Seçkiyə hələ 60 gündən çox vaxt qalır, qarşıdakı günlərdə iddiaçılardan biri – istər iqtidar, istərsə də müxalifət, ciddi səhvlərə yol verərsə, bu, seçkinin taleyinə əsaslı şəkildə təsir göstərəcək.

-Belə taleykülü məqamda onların səhv etməsi ehtimal varmı?

-İndiki şəraitdə, təbii ki, var. Türkiyə zəlzələdə çox böyük sarsıntı keçirdi, əzab çəkdi və çəkir. Ciddi seçici kütləsi var ki, onlar iqtidarın zəlzələdən zərər çəkənlərə necə dəstək verəcəyini gözləyirlər. Əlbəttə, dövlət dəstəyi var və davam edir. Amma qarşıdakı günlərdə bu dəstəyin necə davam edəcəyini, prosesin necə gedəcəyini söyləmək çətindir. Bu və digər məsələlərdə səhvlər seçkilərin nəticələrinə təsir edə bilər. Müxalifət də öz fəaliyyətində səhvlərə yol versə, səs itirəcək. İndiki vəziyyətdə Türkiyə siyasətində iddiaçıların səs itirmək riskləri çoxdur. Məncə, tərəflər səhv etməmək və seçici dəstəyini itirməmək üçün çox çalışmalıdırlar. Türkiyə toplumu həddindən artıq həssas vəziyyətdədir, hansı tərəfdən asılı olmayaraq, yol verilən səhvi bağışlamayacaq. İndiyə qədər belə bir səhvi müxalifət elədi, “altılı masa” liderlərindən biri, İyi Partiyanın sədri Meral Akşener onu tərk etdi, amma seçici iradəsi onu geri dönməyə məcbur etdi. Məncə, Akşener bu addımını toplumun ona bağışlamayacağını, ciddi cəza alacağını anlayaraq atdı. Onun masaya geri qayıtmasında əsas faktor məhz bu amil idi.

-Professor, son 20 ildə ilk dəfə Türkiyədə hakimiyyətin dəyişəcəyi gözləntisi yaranıb. Bu səbəbdən, seçkilərin nəticələrinin Türkiyənin daxili və xarici siyasətinə təsirləri barədə geniş müzakirələr başlayıb. Hazırkı hökumətin qalması və getməsi halında Ankaranın xarici siyasətində hansı dəyişikliklər ola bilər?
– Türkiyənin xarici siyasətinə təsir edəcək bir sıra önəmli faktorlar var. Onlardan biri Türkiyənin müdafiə sənayesi ilə bağlı yürütdüyü siyasətdir. Mənə elə gəlir ki, bu siyasət ara verilmədən davam etdirilməlidir. Çünki bu faktor istər daxildə, istərsə də xaricdə Türkiyənin əlini gücləndirir. Həmçinin dövlətin xarici faktorlardan asılılığını azaldır. Ona görə də buna alternativ bir siyasət olmamalıdır. Müxalifət də iqtidara gəlsə, bu siyasəti mütləq davam etdirməlidir. İkincisi, hazırkı iqtidar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi siyasəti yürüdür. Məncə, bunun da alternativi yoxdur. Bu iki məsələ Türkiyə xarici siyasətində mühüm yer tutur. Müxalifət iqtidar olduqdan sonra bu siyasəti dəyişməyə cəhd edərsə, o zaman ciddi problemlər ortaya çıxa bilər. Bu da nəticə etibarı ilə həmin qüvvənin uzun müddət hakimiyyətdə qalmasını əngəlləyəcək. Bundan başqa, müxalifət iqtidara gələrsə, terror, Suriya məsələsi, Ağ dəniz, Egey dənizi ilə bağlı məsələlərdə ağıllı siyasət yürütməlidir. “Bu, məndən əvvəlki hakimiyyətin siyasətidir” deməklə əldə olunan uğurların üzərindən xətt çəkmək Türkiyəni Qərb ölkələrindən, xüsusən, ABŞ-dan asılı vəziyyətə salacaq. Ona görə də bu məsələlərdə müxalifət ehtiyatlı və ağıllı davranmalıdır.

– Müxalifət hakimiyyətə gələrsə, qeyd etdiyiniz istiqamətdəki dövlət siyasətində dəyişikliklər edə bilərmı?

– Təəssüf ki, müxalifət Türkiyənin təhlükəsizliyi ilə bağlı açıq və birmənalı fikirlər söyləmir, bu gerçəklikdir. Məncə, müxalifət bu məsələlərlə bağlı Türkiyə toplumunu rahatlada bilən, güvən yaradan fikirlər, impulslar vermir. Bu, səhvidir. Müdafiə sənayesi ilə bağlı, Konstitusiyada türk millətinin adını necə yazmaqla bağlı, Qarabağda guya suriyalı radikal dinçilərin döyüşməsi ilə bağlı yanlış fikirlər səsləndirildi. Bunlar toplumun zehnində izlər buraxdı. Təbii ki, müxalifət bunlara açıqlıq gətirməli, toplumun beynində dolaşan şübhələri dağıtmaq üçün işlər görməlidir. Yəni, təhlükəsizlik məsələləri ilə bağlı müxalifətdə ciddi boşluqlar var. Ola bilsin, qarşıdakı günlərdə – seçki kampaniyasında bu barədə suallara aydınlıq gətiriləcək və Türk toplumunun dənizlər, adalar, müdafiə sənayesi, o cümlədən Qarabağla bağlı şübhələrinə son qoyulacaq.

– Azərbaycanda və Ermənistanda Türkiyədəki seçim daha çox müzakirə olunur. Ərdoğan hökumətinin qalmasını da istəyənlər var, getməsini də. Ermənistanda ekspertlər hakim AKP-nin uduzmasına fürsət kimi baxırlar. Azərbaycanlı ekspertlər isə müxalifətin qələbə çalmasını regionda Türkiyənin mövqelərini zəiflədəcəyini düşünürlər. Siz nə düşünürsüz bu barədə?

– İlk baxışdan Ermənistan belə xəyala qapıla bilər ki, Ərdoğandan sonra iqtidara gələcək hakimiyyət Ermənistana nisbətən loyal münasibət bəsləyəcək, Azərbaycanın maraqlarını əvvəlki qədər gözləməyəcək. Təbii ki, bunlar yanlış düşüncələrdir. Ermənistan da, İran da tam əmin ola bilər ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyənin Azərbaycanın təhlükəsizliyi ilə bağlı siyasəti dəyişməyəcək.

– Müxalifət iqtidara gələrsə, Azərbaycan hökuməti ilə münasibətlərini necə quracaq?

– Mən yeni iqtidarın Azərbaycanla bağlı əsas siyasəti dəyişdirəcəyinə inanmıram. Türk Dövlətləri Təşkilatı ilə bağlı isə narahatlığım var. İqtidarlar arası münasibət də dəyişə bilər. Belə bir ehtimal var ki, Türkiyənin yeni iqtidarı Azərbaycan xalqının maraqlarını ön plana keçirə bilər. Bilirsiniz ki, 1993-cü ildən sonra Azərbaycan-Türkiyə münasibətləri daha çox iqtidarlararası münasibətlər olub. Xalqlar arasındakı münasibətləri xalqların özləri tənzimləyib. Türkiyənin Azərbaycandakı səfirləri iqtidarla işləyib. Toplumla əlaqələri getdikcə zəifləyib. Hazırda səfirliyin Azərbaycan toplumunun əksər zümrəsi ilə əlaqəsi yoxdur. Bu, təəssüf doğuran haldır. Ola bilər ki, yeni iqtidar bu narahatlığı aradan qaldıracaq. Bu fəaliyyət Azərbaycanın Türkiyədəki səfirliyinə də aiddir. Buradakı da iqtidarın səfirliyidir. Təbii ki, bu münasibətlər dəyişməlidir. Türkiyənin Azərbaycandakı səfirliyi bütün vətəndaşların hiss edə biləcəyi bir səfirlik olmalıdır. İndiyə qədər iqtidarlar arası məsələdə ən mühüm amil neft-qaz layihələri ilə bağlıdır. Bu da xalqların maraqlarından öndə gəlib-burada da dəyişmələrə ehtiyac var.

– Yeni iqtidar özündə cəsarət tapıb bu sahədə dəyişiklik edə bilərmi?

– Bilirsiz ki, Türkiyə xaricdən alınan neft və qazdan asılı ölkədir, ona görə də Azərbaycanla bağlı səsləndirdiyimiz addımları ata bilmir, hər zaman Azərbaycan iqtidarının kaprizlərini nəzərə almalı olur. Yaşayıb görərik, yeni iqtidar gəlsə, onlar nə edəcəklər. Əlbəttə, Azərbaycan-Türkiyə münasibətləri iqtidarlararası yox, millətlərarası səviyyəyə yüksəlməlidir. Və qarşılıqlı komprador maraqlar ortadan qalxmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru