Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

"Həmin qüvvələr münaqişənin davamını istəyirlər" - deputat
Tarix: 19-04-2022, 08:26 | Çap et
"Həmin qüvvələr münaqişənin davamını istəyirlər"
Aprelin 17-də İrəvanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağın Ermənistana birləşdirilməsi haqda çağırışlar ediblər. Analitiklərin fikrincə, bu cür imitasiyalı aksiyaların məqsədi sülh müqaviləsi prosesini əngəlləməkdir və Moskvadan gələn təlimatlar əsasında təşkil olunur.

Erməni müxalifətinin Rusiya bağlantısının olduğunu nəzərə alsaq, İrəvan-Bakı arasında sülh sazişi istiqamətində pozitiv bir proses getdiyi vaxtda Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə aksiyanın keçirilməsi məhz danışıqları pozmağa hesablanmış addımlardır. Bəs Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını hansı qüvvələr istəmir? Paşinyan əleyhinə Ermənistanın daxilində qızışdırıcı fəaliyyəti Rusiya koordinasiya edir?

Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 6-da Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirdikləri görüşdə əldə olunan razılaşmaları pozmaq üçün Rusiyanın hərəkətə keçdiyi iddiaları səslənməkdədir. Bu görüşdən iki gün sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb və Sergey Lavrov ona Moskvanın patronajlığı ilə imzalanmış üçtərəfli razılaşmaları xatırladıb. Daha sonra Rusiya XİN rəhbəri Qarabağ danışıqları üçün xüsusi nümayəndə təyin edib. Aprelin 19-da isə Ermənistanın baş nazirinin Moskvaya səfəri gözlənilir. Maraqlıdır, Putin Paşinyanla nə danışacaq? Bu səfərdən nə gözləmək olar? Rusiya Paşinyanı Brüssel razılaşmasını pozmağa vadar, məcbur edə bilərmi? Ermənistan baş naziri həqiqətən sülh müqaviləsi istəyirmi? diaaz.space-ın məlumatına görə, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya Brüssel görüşünə rəsmi şəkildə müsbət münasibət sərgiləyib. Onun sözlərinə görə, Moskva öz xüsusi nümayəndəsini müəyyənləşdirməklə Minsk Qrupunun da olmadığını etiraf edib. “O ki qaldı İrəvanda ”Qarabağ mafiyası"nın həyata keçirdiyi proseslərə, bu da gözləniləndir. Onlar hərbi cinayətkarları təmsil edirlər, Rusiyada, Fransada və Amerikadakı millətçi qruplara, diaspora sıx bağlıdırlar. Həmin qüvvələr isə münaqişənin davamını istəyirlər. Ancaq Ermənistanda yaşayan əhali hərbi canilərə “yox” deyib və seçkidə də mövqeyini bildirib", -deyə A.Mollazadə vurğuladı.

Deputat hesab edir ki, hərbi cinayətkarların daxildə dəstəyi azdır, amma xaricdən ciddi dəstək alırlar: “Rusiya isə üçtərəfli bəyanatı dəstəklədiyini bildirir. Rusiyanın indiki halda müharibə istədiyini söyləmək çətindir, hər hansı müttəfiqinə dəstək verə bilməyəcək. Sadəcə, Rusiya Ermənistanı öz inhisarında saxlamaq istəyir, bunun üçün geniş imkanları var - sənayesini özəlləşdirib, hərbi bazası var və s. Ermənistan isə hər zaman oyunlar oynayıb, prosesi uzatmağa çalışıb ki, guya qarşıda onları hansısa uğurlar gözləyir. Amma vaxt daralır, Ermənistanın bir dövlət kimi mövcudluğu üçün sülh müqaviləsindən başqa yolu qalmayıb”.

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Brüssel görüşündə Avropanın vasitəçiliyi ilə real nəticələrin əldə edilməsi Kreml üçün arzuolunmaz nəticədir. Onun fikrincə, buna görə də Rusiya xüsusi nümayəndə təyin etməklə Minsk Qrupundan ilk özünün çıxdığını elan etmiş oldu: “İkincisi, Rusiya Bakı ilə İrəvan arasında yaradılan ”ikitərəfli format"ı yaxından izləyir. Kreml onun da fərqindədir ki, “ikitərəfli format” Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə edir. İndiki məqamda Rusiya Bakı ilə İrəvan arasında yaradılan “ikitərəfli format”ın əldə edəcəyi uğurlardan Brüsselin qazanclı çıxmasını istəmir. Digər tərəfdən, iki ölkə arasında mövcud münaqişələrin bütünlüklə həll edilməsi də Kremlin maraqlarına uyğun deyil. Rəsmi Moskva xüsusi nümayəndəsi ilə prosesə qoşulmaq, iki ölkə arasında mövcud gərginliyin Kreml moderatorluğunda yarımçıq həllini istəyir".

Ekspert hesab edir ki, Ermənistan mövcud reallıqları qəbul edir: “Bununla belə, Rusiyanı prosesdən kənarda saxlamaq mümkün deyil. Lakin neytrallaşdırmaq, hətta lehimizə veriləcək qərarlarda istifadə etmək mümkündür. Misal üçün, Lavrov Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Kreml Brüssel görüşünün nəticələrini qəbul edir. İndiki məqamda Kreml istəsə belə prosesi dalana dirədəcək neqativ addımlardan çəkinməlidir”.

Politoloq Fərhad Məmmədovun sözlərinə görə, 2021-ci ilin birinci yarısında Rusiya öz hərəkətsizliyi ilə nümayiş etdirdi ki, o, müharibədən əvvəlki dövrün strategiyasını - “həm bizim, həm də sizin” siyasətini davam etdirir: “Nəticədə bu gün gündəmdə olan mövzuların heç biri ilə bağlı qərar yoxdur. Avropa İttifaqı isə gündəlikdəki mövzular üzrə dialoqa qoşulub. Qərb bu mərhələdə Avropa İttifaqı timsalında maliyyə və məsləhət dəstəyi ilə regionumuzda özünü göstərdi. Qərbin meydana çıxması həm də Ermənistanın xahişləri ilə bağlı olub”.

F.Məmmədov deyir ki, Rusiya yumşaq güc mexanizmlərini - münaqişədən sonrakı sülh gündəmini itirib, sülhməramlıların timsalında yalnız hərbi çəkmələri qalıb: “Amma Ukrayna müharibəsi göstərdi ki, təkbaşına bu çəkmələrin görəcəyi bir iş yoxdur. Aprelin 19-da Paşinyanın Moskvaya səfəri zamanı Rusiyanın hərbi-siyasi rəhbərliyinin hansı xətti həyata keçirəcəyini anlamaq üçün ilk əlamətləri görə biləcəyik.

Yeri gəlmişkən, Lavrov Brüsseldə Moskvanın adının çəkilmədiyini dedikdə qeyri-dəqiqliyə yol verib. Şarl Mişelin bəyanatında üçtərəfli bəyanatlara iki istinad var. Moskva bölgədə nəqliyyat-kommunikasiyaların açılması ilə başlanğıc edə bilər. Bu addımın hətta aprelin sonuna qədər atılması mümkündür. Daha sonra sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin müzakirəsi başlaya bilər. Paralel olaraq, Azərbaycanın sülhməramlıların müvəqqəti qaldığı bölgəsində gərginliyi azaltmaq, ərazinin demilitarizasiyasını təmin etmək mümkündür. Bu addımlar Rusiyaya bir çox məsələləri həll etməyə və konstruktivlik nümayiş etdirməyə imkan verəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru