Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

"İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar" - ETİRAZ
Tarix: 13-04-2022, 08:23 | Çap et
"İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar"
Aprelin 10-da Rusiyanın Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycanın 6 məntəqəsində qanunsuz “seçki” keçirib.

Məlumata görə, Xocavəndin “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, ”Norşen" - Günəşli və Sos kəndlərində, həmçinin Tərtərin “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə “səs” verilib.

Separatçı-kriminal xuntanın qanunsuz “seçki” komissiyasının məlumatına görə, “seçici”lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib. Aydındır ki, ermənilərin bu saxta seçkisinin öz daxillərində belə heç bir hüququ statusu yoxdur. Ermənilərin bu seçki oyununda məqsədləri guya öz talelərini özlərinin “həll etdiyi” , burada məskunlaşmanın getdiyi rəyini yaratmaq istəkləridir. Daha bir məqsəd isə Qarabağda yeni, daha miqyaslı seçkilər keçirə biləcəklərinin anonsunu vermək idi.

Nəhayət, ermənilər sülhməramlıların onların yanında olduğunu, qanunsuz və oyuncaq seçki oyunlarına göz yumduqlarını göstərmək istədilər. Məntəqələrə bir-iki qutu qoyub seçki oyunu qurmaq olsa da, bu cür addımlar Azərbaycana qarşı olmaqla yanaşı, vəziyyətin gərginləşməsinə rəvac verir. Rusiya sülhməramlılarının birbaşa vəzifəsi isə bu kimi halların qarşısını almaqdır, amma onlar vəzifələrini yerinə yetirmirlər.

Ümumən 10 noyabr razılaşmasından bəri sülhməramlı-separatçı tandemi hər gün bir hoqqa çıxarır, hər dəfə şou nümayiş etdirir, Azərbaycanın əsəbləri ilə oynamağa çalışırlar. Əslində belə “seçki”lər özü deyib, özü eşitməkdən o yana keçmir, amma istənilən halda Azərbaycanın suveren ərazilərində qondarma respublika elan edib “icma seçkiləri” təşkil etməklə bizi qıcıqlandırmağa çalışırlar. Rusiya hərbçiləri nə üçün bu hallara göz yumur? Moskva bölgədə separatizmin yaşamasında maraqlıdırmı? 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsindən sonra Rusiya müttəfiq kimi gördüyü Azərbaycanda niyə terrorçu rejimin qalmasına dəstək verir və bu nə vaxta qədər davam edəcək? diaaz.space-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan unitar dövlətdir və bölgədə separatçıların qanunsuz seçki keçirmək hüquqları yoxdur: “Sülhməramlı adlanan rus hərbçiləri öz məsuliyyət dairəsinə görə cavabdehlik daşıyırlar. Onlar bu addımların qarşısını almalıdırlar, imkan yaratmamalıdırlar. Ancaq biz bunu deyirik, dilə gətiririk, sonra əksinə şahid oluruq. İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar, Rusiyanın siyasi dəstəyi ilə separatçılara dəstək verirlər, səngər qazılmasına, ermənilərin silahlanmasına tamaşa edirlər. Buna görə Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır və rəsmi Bakı açıq şəkildə öz narazılığını bildirməlidir”.

A.Əlizadə hesab edir ki, daim bu problemi beynəlxalq səviyyədə qaldırmalıyıq, Rusiya qarşısında tələblər qoyulmalıdır, 10 noyabr sənədinin bütün müddəalarının icrası sərt şəkildə istənməlidir, əsasən də qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz bölgədən qovulmalıdır: “Bu bənd razılaşmada aydın göstərilib və Azərbaycan icrasını gözləyir. Əgər 4-cü bənd də BMT qətnamələri kimi icra olunmayacaqsa, ordumuzun əli ilə işi özümüz görəcəyik. Azərbaycan torpaqlarında separatizmə, terrorçu rejimin qondarma seçkilərinə imkan vermək olmaz və sülhməramlı deyilən rus hərbçiləri də üzərinə düşən işi yerinə yetirməyə borcludurlar”.

ALDP sədri Fuad Əliyev qeyd etdi ki, separatçıların ömrünə az qalıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə uzunmüddətli səbir nümayiş etdirməyəcək və Araikin Qarabağda etdiklərinin cavabı olacaq: “Onun istintaqa cəlb olunması üçün dövlət iş aparır və biz Rusiya ilə danışıqlarla Qarabağda separatizm məsələsini həll etməliyik. Çünki onların varlığı həm köçkünlərin azad olunan ərazilərə qayıdışı üçün təhlükə mənbəyidir, həm təxribatlarından qalmayacaqlar, həm də bizim ərazilərdə əbədi separatizm sürə bilməz. Onlar orada həmişəlik qalacaqlarsa, biz tez-tez belə addımların şahidi olacağıq. Yəni gah oyuncaq seçki keçirəcəklər, gah erməni əhalisi üçün yeni qərarlar çıxaracaqlar, gah səngərlər qazıb oradan atəş açıb gərginlik yaratmağa çalışacaqlar. O baxımdan bu problem mövcuddur, kimsə inkar etmir və Azərbaycan tərəfi iş aparmalıdır”.

Xatırladaq ki, qanunsuz seçki keçirilən yerlərdən biri - Qarakənd kəndi hər birimizə tanış yerdir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru