“Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                     Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                 

“Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir” - Partiya sədri
Tarix: 3-06-2021, 10:20 | Çap et
 “Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir”
İşğaldan azad edilən ərazilərimizin bərpasında, quruculuq işlərində və digər bu kimi proseslərdə Türkiyə şirkətləri yaxından iştirak edəcəklər. Ötən həftə prezident İlham Əliyev 3 filiz yatağının Türkiyə şirkətlərinə verilməsi haqda sərəncam imzaladı. Eyni zamanda qardaş ölkənin nəqliyyat və təhsil nazirləri Azərbaycanda oldular.

Habelə Azərbaycanla dost olan bir çox ölkələrin şirkətləri bərpa prosesində iştirak edəcəklər.

Təbii ki, bərpa prosesində müxtəlif sahələr üzrə həm yerli, həm də xarici mütəxəssislərə də ehtiyac var. Müxalifət cameəsində də iqtisadçılar, mühəndislər, layihəçilər və s. var. Amma bərpa prosesində ölkə müxalifəti kənarda qalmış durumda görünür. Maraqlıdır, müxalifət özü Qarabağın bərpası prosesində kadrları ilə iştirak etməyi düşünürmü?

AĞ Partiya başqanı Tural Abbaslı iqtidarın buna şərait yaratmadığını söylədi: “Təbii ki, biz Azərbaycan müxalifəti olaraq Türkiyə şirkətlərinin Qarabağın bərpasında, yaxud təbii sərvətlərimizin, ehtiyatlarımızın işlənməsinə cəlb olunmasına müsbət baxırıq. Çünki biz ”bir millət, iki dövlətik". Dünyada bir-birinə qarşı analoqu olmayan qardaşlıq münasibəti sərgiləyən belə dövlətlər yoxdur. Biz Türkiyənin Azərbaycana qarşı olan münasibətini ən son olaraq, 44 günlük II Qarabağ savaşında gördük. Bütün dünyaya rəğmən qardaş ölkə sona qədər birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bu nöqteyi-nəzərdən türk şirkətlərinə əsas üstünlüyün verilməsi məqbuldur. Çünki qardaşlıq ikitərəfli olur.

Müxalifətin Qarabağda bərpa prosesində iştirakı ilə bağlı sualınıza gəlincə, deyə bilərəm ki, müxalifətdə bunun üçün kifayət qədər kadrlar var. Eyni zamanda müxalif düşərgəyə aid olmayan o qədər şirkətlər var ki, onlar da bu prosesdə iştirak etməlidirlər. Amma bu qərarı bizlər yox, iqtidar verməlidir. Təəssüflə qeyd etməliyəm ki, bu istiqamətdə hələ bir təklif olmayıb, fikir mübadiləsi aparılmayıb, heç bir addım atılmayıb. Bu da təəssüf doğurur. Bu olsaydı, çox müsbət olardı. Biz ənənənin başlanğıcını qoyardıq. Görünən odur ki, hələ iqtidar o səviyyədə açılım etməyə hazır deyil".

AMİP sədri Arzuxan Əlizadə prosesdə müəyyən qədər iştirak etdiklərini bildirdi: “Türkiyə şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızda yaxından iştirak etməsini çox yüksək qiymətləndiririk. Bir neçə gün bundan öncə Qaşqaçay filiz yatağının ”Eti Bakır A. S." şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqlarının “Artvin Maden A. S.” şirkətinə öyrənilmə, tədqiqat, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə yolu ilə istifadəyə verilməsi ilə bağlı ölkə rəhbəri sərəncam imzaladı. Düşünürəm ki, vaxtında və yerində atılan addımdır. İnfrastrukturun qurulmasında Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin hər biri iştirak etməlidir. Onların bu prosesdə iştirak etməsi ilə həmin dövlətlərlə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərimizin daha da dərinləşəcəyi qənaətindəyəm. Artıq Pakistan, İtaliya, İsrail, Çin, Macarıstan, İtaliya kimi dövlətlər də işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun qurulmasında yaxından iştirak etmək istəklərini bəyan ediblər. Eyni zamanda hesab edirəm ki, bu dövlətləri təmsil edən şirkətlərin qarşısında müəyyən şərtlər və tələblər də qoyulmalıdır. Belə ki, həmin şirkətlər yerli işçi qüvvəsinə üstünlük verməyi öhdəlik olaraq qəbul etməlidirlər və bu müddəa onlarla bağlanan müqavilələrdə əks olunmalıdır. Məlumdur ki, ölkədə yüz minlərlə işsiz insanımız var və ilk növbədə, həmin vətəndaşlarımızın işlə təmin olunmaları Azərbaycan insanının doğal hüququ olmaqla yanaşı, bilavasitə dövlətin də üzərinə düşən vəzifədir. Müxalifətin bu prosesdə iştirakına gəldikdə isə təbii olaraq istəyərdik ki, müharibənin gedişində nümayiş etdirilən birlik modeli postmüharibə dövrü aparılan abadlıq və quruculuq prosesində də davam etdirilsin. Bu məsələdə iqtidar-müxalifət münasibətləri söhbət mövzusu deyil. Biz, Milli İstiqlal Partiyası olaraq müharibə bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizlə bağlı quruculuq planlarımızı və bir sıra sahələr üzrə təkliflərimizi yazılı surətdə hökumətə təqdim etmişik. Bu gün kifayət qədər insan, eyni zamanda iş adamları bu prosesə qoşulmaq üçün bizə müraciətlər edirlər. Onu da deyim ki, hazırda AMİP üzvü olaraq deyil, sırf mütəxəssis olaraq Qarabağ bölgəsində görülən işlərə cəlb olunan partiya üzvlərimiz də var. Düşünürəm ki, biliyi, bacarığı, bu və ya digər sahədə təcrübəsi olan kimsə bu prosesdən kənarda qalmamalıdır. Nəzərə alınmalıdır ki, dövlət olaraq görüləcək işləri uğurla başa çatdırmaq üçün siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələr ümumi işimiz naminə səfərbər olunmalıdır".

ALDP rəhbəri Fuad Əliyev isə bunları dedi: “Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edir və edəcək. Çox müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən daha çox oldu. Bu sıraya Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının üzvlərini əlavə etmək olar. Qarabağda bərpa işlərinə Türkiyə şirkətlərinin cəlb olunması çox müsbət haldır. Hesab edirəm ki, nə qədər çox şirkətlər cəlb olunsa, bu, bərpa işlərini sürətləndirəcək. Artıq Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazır olduqlarını bildiriblər. Pakistan, İsrail və İngiltərə şirkətlərinin də istəkləri bəyan olunub. Azərbaycan həm də iqtisadi baxımdan regionda ən cəlbedici ölkədir. Aparıcı ölkələr Azərbaycana böyük maraq göstərirlər. Amma biz yaddan çıxarmamalıyıq ki, bizim Ermənistan kimi mənfur qonşumuz var və onlar hələ də öz iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycan Ordusu hər zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Digər tərəfdən, xarici şirkətlərin Azərbaycana investisiya qoyması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər.

Müxalifətin kadr potensialı var və hakimiyyət bu və digər dövlət əhəmiyyətli məsələlərdə bu kadrları cəlb etməlidir. Təəssüf ki, Azərbaycanda bu baş vermir. Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru