Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                     Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                 

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır” - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 27-05-2021, 10:34 | Çap et
“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”
İki həftədir ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribat törədir, gərginlik yaradır. İlk gərginlik mayın 12-də yaşandı. Belə ki, Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası prosesində SSRİ xəritələrinə uyğun olaraq Laçın rayonundakı Qaragöl istiqamətində mövqelərini möhkəmlətdi. Rəsmi İrəvan tərəfindən bu barədə əsassız ittihamlar səsləndi ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub, işğala başlayıb və s. Bundan sonra mütəmadi olaraq erməni əsgərləri Azərbaycan mövqelərinə gəlirlər, lakin Azərbaycan əsgəri tərəfindən mövqelərdən uzaqlaşdırılırlar.

Bu günlərdə isə Ermənistan hərbçiləri təxribatın miqyasını bir qədər də böyütdü. Belə ki, düşmən ölkənin əsgərləri bu dəfə silaha əl atıb, sərhədlərimizi atəşə tutublar. Hətta, sərhəddən kənarda yerləşən Şuşa şəhəri yaxınlığında da təxribat törədiblər, havaya atəş açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Məlumatda o da bildirilir ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin erməni hərbçiləri tərəfindən döyülməsi və təhqir edilməsidir. Videokadrlardan görünür ki, çoxlu erməni əsgəri 5 nəfər Azərbaycan əsgərinin qurduğu çadıra yaxınlaşır və əsgərlərimizi döyməyə başlayırlar. Bir əsgərimizin başına isə hərbi dəbilqə vurulur. Azərbaycan əsgəri onlara qarşı silah işlətmir, səbirlilik nümayiş etdirir.

Bu tip olaylar Azərbaycan ictimaiyyətində bir çağırış formalaşdırıb – ordumuz antiterror əməliyyatlarına başlamalıdır. Çünki görünür, ermənilər sülhdən, normal qonşuluq münasibətlərindən heç nə başa düşmürlər.

Gedən proseslərə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın reaksiyası sərtdir. Deputat AYNA-ya deyib ki, İkinci Qarabağ müharibəsində başı əzilən Ermənistan ordusunun tör-töküntülərinin dinc dayanmayacağı məlum idi:

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”

- Ümumiyyətlə, mən əvvəl də demişdim ki, bunların təxribatı davam edəcək, mütəmadi olaraq hücum edəcəklər. Çünki mən bunların xislətini bilirəm. Sülhməramlı deyilənlər orda nəyə dayanıblar? Gör, nə qədər qudurublar ki, Şuşa yaxınlığında atəş açırlar. Havaya atəş açdı, ya bizim əsgərə atəş açdı, fərqi nədir ki?! Sülhməramlılar atəşkəsi bərpa etmək üçün orda deyillər? Niyə ermənilərin bu təxribatlarının qarşısını almırlar? İşlərinin öhdəsindən gələ bilmirlər? Gələ bilərlər, sadəcə etmirlər. Təbii ki, Qala dərəsi onlarda, 5 kilometrlik Laçın dəhlizi və ətraf kəndlər ermənilərdədir. Silah-sursatları da var. Onların silahı, təminatı haradan aldıqlarını da hamımız bilirik. Erməniyə silahı mən vermirəm ki?! İki qonşu dövlətimiz var, generalları Ermənistanda olurlar. Bugünlərdə İranın generalları İrəvana nəyə getmişdilər?! O cümlədən, Rusiyanın generalları nəyə gedirlər ora?! İndi Zəngəzurda Rusiyanın hərbi bazasının yerləşdirilməsi gündəmə gətirilir. Bunlar boşuna deyil, məqsədləri var.

- Dediniz ki, Rusiya sülhməramlıları vəzifələrinin öhdəsindən gələ bilərlər, amma təxribata əngəl olmurlar. Demək, bunda sülhməramlılar maraqlıdır...

- Əlbəttə, qarşısını ala bilərlər. Məsuliyyətsizlik etmirlər, tərəf saxlayırlar. Biz uşaq olanda dağda-aranda bir yerdə olurduq. Məsələn, Turşsuda istirahət edəndə ermənilər də ora gəlirdi. Uşaq idik, erməni uşaqları ilə aramızda dava olurdu. Erməni uşağın atası gəlirdi, uşağına hirslənib deyirdi ki, “ara, vurma - “txe”, vurma - “txe””. Hamı da deyirdi ki, görürsən, erməni atası gəlib uşağını danlayır, deyir, “vurma”. Yəni, guya bu ermənilər dava istəmirlər. Sonra başa düşdük ki, “txe” erməni dilində “vur” deməkdir. O uşağın atası “vurma” deyib, bunu bizə eşitdirirmiş, öz dilində də “vur” deyirmiş. İndi sülhməramlılar o oyunu oynayırlar. Ermənilərə deyirlər ki, “vurma – “txe””. Yəni Azərbaycana deyirlər ki, bax, biz deyirik vurma, əslində isə ermənilərə “txe” deyirlər. Bu gün də erməni quldurlarının atası sülhməramlılardır.

- Yaranan gərginlik hərbi əməliyyatların başlamasına zəmin yarada bilərmi?

- Açıq-aydın görünür ki, Ermənistan revanş etmək istəyir. İstəyirlər, lap yaxşı. Bu dəfə müharibə bir az da ağır olacaq və Ermənistan tamamilə məhv ediləcək. Çünki onların Azərbaycan Ordusuna gücü çatmaz. Arxalarında kim dayanır-dayansın, yerlə-yeksan olacaqlar. Sərhədimizi atəşə tuturlar, Şuşaya gəlirlər – niyyətləri müharibədir. Baxaq, görək, cavabımız nə olacaq. Onların güllələrinin altında oturası deyilik ki. Özü də, buna müharibə yox, antiterror əməliyyatı deməliyik. Azərbaycanın ərazilərində antiterror əməliyyatı keçirməsi bütün qanunlarla təsbit edilib. İstənilən ölkə, Azərbaycan da daxil olmaqla, ərazilərində terrorçuların təmizlənməsi istiqamətində əməliyyatlara başlaya bilər. Hələlik rəsmi, dəqiq məlumat yoxdur. Nə xəbər varsa, Müdafiə Nazirliyinin verdiyi məlumatdır. Mən dəqiq öyrənə bilərəm, amma mətbuata çıxara bilmərəm. Nazirliyin açıqladığı məlumatdan artıq məlumat yaymaq düz deyil. Mənbə bir yer olmalıdır.

- Amma ictimaiyyətdə narahatlıq var. Məsələn, erməni əsgərinin gəlib Azərbaycan əsgərini döyməsi ilə bağlı sosial şəbəkələrdə video var. Müdafiə Nazirliyindən isə video ilə bağlı hansısa açıqlama yoxdur. Belə olan halda şayiələr çoxalır...

- İctimaiyyətin narahatlığını başa düşürəm, insanlar haqlıdır. Əsgərimizə qarşı edilən hərəkət terror sayılır və bunun cavabı çox ağır olacaq. Məncə, bu, cavabsız qalmayacaq. Görünür, ermənilər bu dəfə Xankəndidən qaçacaqlar. Bu, subyektiv fikrimdir. Bilirsiniz, qalib ordunun əsgərinə qarşı bu hərəkət bağışlanmamalıdır. Qalib əsgərin 5-10 dığa tərəfindən döyülməsinin səbəbləri açıqlanmalıdır, hansı şəraitdə olduğu rəsmi bildirilməlidir. Yoxsa ki, nazirlik susur, şayiələr də artır. Nazirlik vaxtında və dəqiq məlumat verməlidir. Bu gün jurnalistlər xəbər vermək baxımından nazirliyi qabaqlayır. Biz dəfələrlə Müdafiə Nazirliyinə dedik, müraciət etdik ki, sən bizi qabaqla, biz səni yox. Dediyimiz sözlər də xətirlərinə dəyir.

- Və insanlar erməni mənbələrinə üz tuturlar...

- Mən erməni mediasının məlumatına inanmağın əleyhinəyəm. Çünki onlar olan bir hadisənin üzərinə beşini də əlavə edib yayırlar. Bu, təbiidir, çünki erməni xalqı içərisində təbliğatını aparır. Mən onların təbliğatına inanmağın və burada yaymağın tərəfdarı deyiləm. Amma özümüzünkü - Müdafiə Nazirliyi açıqlasın. Bizim nazirlik isə dünənin xəbərini bu gün, bu gününkünü də üç gündən sonra verir. Nəticədə də uduzuruq. İndi internet əsridir, informasiya anında çatdırılmayanda şayiələr yayılır, ağız deyəni qulaq eşitmir. Tənqid də edirsən, qəbul olunmur. Bir dəfə Milli Məclisdə Müdafiə Nazirliyini bir balaca tənqid etdim, incidilər, haqqımda bəyanatlar verdilər. Öz vəzifələrini yerinə yetirmək əvəzinə mənə dedilər ki, xalqı çaşdırıram. Xalqı çaşdırmaq məlumatı dəqiq, vaxtında verməməkdir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru