Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                 

“Döyülsəm də, gərək, mitinqçilərin qabağına çıxaydım" - deputat
Tarix: 17-07-2020, 11:01 | Çap et
“Döyülsəm də, gərək, mitinqçilərin qabağına çıxaydım"
İyulun 14-ü gecə saatlarında Bakıda Azərbaycan Ordusuna dəstək yürüş-mitinqi və sonda Milli Məclisin qarşısında baş verənlərlə bağlı müxtəlif mülahizələr dolaşır. Söhbət mitiqə qatılan bir qrupun təxribat törədərək parlament binasına daxil olmasından və bununla da möhtəşəm mitinqə kölgə salınmasından gedir.

Əksəriyyət hesab edir ki, kortəbii şəkildə keçirilən yürüş və sonrasında mitinqin saatlarla “başsız” qalması, nə hökumət nümayəndələrindən, nə də ziyalılardan bir nəfərin kütlə qarşısına çıxması, sonucda bu mənzərəni yaratmalı idi ki, bu da baş verdi. İctimaiyyət nümayəndələri qeyd edirlər ki, kimsə irəli durub minlərlə insana nəsə deməli idi. Xüsusən də, hörmətli, xalqın dilindən anlayan ziyalılardan bir neçəsi kütləyə xitab etməli, mitinqin fəsadsız ötüşməsi təmin olunmalıydı.

Amma biz bunu görmədik. Hələ yürüş başlayanda jurnalistlər, ictimaiyyət adamları kütlənin qarşısında gedə biləcək adamlar sırasında Xalq yazıçısı Anarın, millət vəkili Qənirə Paşayevanın, yazıçı-deputat Aqil Abbasın, professor Qulu Məhərrəmlinin adını çəkirdilər. İndi də iddia olunur ki, bu şəxslər kütlə içərisində olsaydılar, möhtəşəm yürüşün təxribatla nəticələnməsi bəlkə də mümkün olmazdı.

AYNA-nın suallarını cavablandıran Qarabağ bölgəsinin Milli Məclisdəki təmsilçisi, yazıçı Aqil Abbas niyə mitinqə qatılmamasının səbəblərini açıqlayıb. Amma əvvəlcə o, baş verənlərlə bağlı fikirlərini səsləndirib. Deyib ki, təxribatçılar sadəcə təxribata cəhd göstəriblər, amma istədiklərinə nail ola bilməyiblər.

- O möhtəşəmlikdə yürüşə kölgə salmaq istədilər. Özü də, Azərbaycan Ordusuna dəstək yürüşləri təkcə Bakıda yox, həm də Sumqayıtda, ölkənin digər şəhər və rayonlarında keçirildi. İnsanlar orduya, dövlətə və Ali Baş Komandana dəstəyini ifadə etdilər. Xalq nümayiş etdirdi ki, öz ordusu, Ali Baş Komandanı və dövləti ilə birlikdədir, onun yanındadır. Bilirsiniz, Azərbaycanda həm xaricdən idarə olunan adamlar var, həm də daxildə “5-ci kolon” deyilən qüvvələr var. Bu qüvvələr Azərbaycan Ordusuna, dövlətinə, dövlət başçısına möhtəşəm dəstəyi görəndə dinc dayana bilməzdilər. Xalq bu yürüşlə dünyaya göstərdi ki, Azərbaycan insanı bir qarış torpağını da düşmən tapdağı altında qoymayacaq. Bizim insan dünyaya mesaj verdi ki, gedər şəhid olar, amma torpağının bir qarışından belə, keçməz.

Təbii ki, insanların belə vətənpərvərliyini sinirə bilməyən həmin daxildəki və xaricdəki qüvvələr möhtəşəm birliyə kölgə salmağa cəhd etdilər. Hazırlanmış bir qrup adamı buraxdılar kütlənin içərisinə ki, bu cür əclaflığı etsinlər. Sonra da həmin hadisələri çəkib xaricə göstərsinlər ki, guya xalq Qarabağ yox, qarışıqlıq istəyib. Təxribatçıların planı bu idi, mən başqa nəsə görmürəm. Təbii ki, o təxribatçılar haqqında cinayət işi başladılıb, kameralara görüntüləri yansıyıb. Hamısı tapılıb cəzalandırılmalıdır. Özü də onlara inzibati yox, ağır cəza verilməlidir. Çünki bu, dövlətə, Vətənə xəyanətdir. Belə təxribatçı hərəkətin, Tovuzda döyüşlər gedən vaxtı belə əməllərin başqa adı yoxdur. Yəqin ki, dövlətimizin xüsusi xidmət orqanları məsələlərlə məşğuldur. Milli Məclis binasına girənlər və onları yönləndirən qüvvələr ağır şəkildə cəzalandırılmalıdır.

- Yönləndirənlər deyirsiz, sizcə, bunlar kimlərdir?

- Mən dəqiq ad çəkmirəm, amma bir az sosial şəbəkələrə baxsanız, bir az çıxışlarla tanış olsanız, hər şey sizə aydın olacaq. Bir məsələni deyim. Bax, məsələn, AYNA Azərbaycan mətbuatında öz dəst-xətti, öz çəkisi olan mətbu orqandır, kifayət qədər peşəkarların idarə etdiyi peşəkar media quruluşudur. İndi tutaq ki, AYNA götürsün bir yazı yazsın, Amerikanı, Rusiyanı, Almaniyanı və yaxud da digər dövlətləri, həqarətə məruz qoysun. Bunu təbii ki, siz etməyəcəksiz, peşəkar və dürüstsünüz. Sadəcə misal olaraq dedim. Elə bir yazı olsa, bilirsiz, redaksiyanız hansı vəziyyətə düşər? Onların burdakı səfirləri gəlib redaksiyanıza hücum çəkərlər, hamınızı da məhkəməyə verərlər. Yaxud da, elə yazını “Ədalət” qəzeti yazdı, ya başqaları yazdı, fərqi yoxdur. O səfirlər adamı məhv etməyə çalışarlar. Amma bizim səfirlərə baxın, nə iş görürlər? Almaniyada, Fransada oturub yazırlar, mətbuatda Azərbaycanı söyürlər, təhqir edirlər. “YouTube” kanallar açıblar, müxtəlif qruplar tərəfindən maliyyələşirlər, bizi də təhqir edirlər, şər, böhtan atırlar. Bir səfirimiz, konsulumuz gedib həmin dövlətə deyirmi ki, bu insanların bizim ölkəmiz əleyhinə təbliğat aparmasına, ölkəmizi təhqir etməsinə niyə şərait yaradırsız? Deyirlərmi ki, sənin ölkəndə oturub mənim ölkəmi söyürlər, bunlar hansı qanunladır? Yox, demirlər. O səfirlər nə ilə məşğuldurlar bəs?

- Görünür, Xarici İşlər Nazirliyi və xaricdəki diplomatlar işinin öhdəsindən gələ bilmir...

- Azərbaycanın Xarici İşlər Nazirliyi var, səfirləri var, maaş da alırlar. Amma bu, sadəcə rəsmidir, üzdə görünmür, fəaliyyəti bilinmir. Bu adamlar hardadır, nə işlə məşğul olurlar, mən şəxsən bir deputat olaraq bilmirəm. 2-3 səfiri çıxmaqla, yerdə qalan səfirlərin adı var, fəaliyyəti yoxdur. Mən sizə bir fakt deyim. Türkmənistanda bizim səfirimiz var - Həsən Zeynalov. Bu adam əvvəllər Türkiyənin Qars və İstanbul şəhərlərində Azərbaycanın Baş konsulu olub. Onun fəaliyyətini izləyirəm, bütün səfirlərimizə örnək, nümunə göstəriləsi adamdır. Onun fəaliyyəti, çıxışları, prinsipiallığı var. Bax, səfirlərimiz Həsən müəllim kimi olmalıdırlar. Yoxsa, bəziləri gedib alverlə məşğuldurlar, nə bilim hansısa dəxlisiz fəaliyyət göstərirlər. Onda da biz diplomatiya sahəsində uduzuruq.

- Niyə biz mitinqdə, kütlənin qarşısında ziyalılarımızı görmədik? Halbuki, kütləyə yön verilsə, həmin təxribat baş tutmaya bilərdi. Məsələn, deyirlər ki, “Aqil Abbas niyə bir ziyalı olaraq ora gəlib insanlarla həmrəy olmadı, kütləyə yön vermədi?”

- Mən bunun səbəbini açıqlayım, hər kəs də bilsin. Həm trollar, həm bir qrup cahillər Azərbaycanın ziyalılarını o qədər gözdən salıblar ki, o qədər ləkə atıb, təhqir ediblər ki... Demədiklərimiz sözləri bəzi media quruluşları yazıb, söydürüblər. Müsahibələrimizdən kiçik bir hissəni kəsiblər, kontekstdən çıxarıb, şəkil düzəldib paylaşıblar, camaata təhqir etdiriblər. Məsələn, mən heç yerdə deməmişdim ki, “xalq getsin, soğan əksin”. Ümumi fikrimi kontekstdən çıxarıb, bəzədilər, paylaşdılar. Cahillər də məsələnin mahiyyətini bilmədən şər, böhtan, söyüş yazdılar.

Məsələn, Xalq yazıçısı Anar Azərbaycanın “pasportu”dur. Mən onunla bir neçə dəfə xarici səfərlərdə olmuşam. Bu insana nə qədər hörmət var, başqa ölkələrin yazıçıları Anarın əlindən öpürlər. Amma baxın, sosial şəbəkələrdə Anar müəllimi necə təhqirə məruz qoyurlar. İndi Anarı kütlənin içərisinə çıxarsan, onu həmin təxribatçılar bir fitə basacaqdılar ki, gəl görəsən. O mitinqə hansı ziyalını çıxarsaydın, onu ordaca linç edəcəkdilər.

Siz hiss etmirsiz ki, Azərbaycanda ziyalıları, xalqa yaxın olan insanları məqsədli şəkildə gözdən salma kampaniyası aparılır? Nəinki yaşayan insanları, tarixi qəhrəmanları gözdən salmaq istəyən qüvvələr var. Üzü Babəkdən bəri, Şah İsmayıl Xətaini, Koroğlunu, Qaçaq Nəbini, Səməd Vurğunu, Füzulini, Qacarı, Nadir şahı, bir sözlə xalqın sevdiyi insanları təhqir edərək, onları gözdən salmaq istəyirlər. Bu, elə-belə məsələ deyil, məqsədli, planlanmış işlərdir. Belə edirlər ki, sonra desinlər ki, bu xalqın tarixi yoxdur, qəhrəmanı yoxdur, özəndiyi kimsəsi yoxdur. Bu, xüsusi bir idarə tərəfindən hazırlanıb, həyata keçirən orqan var. İndi deyirlər ki, Aqil Abbas niyə mitinqə getməmişdi.

- Amma...

- “Amma”sı yoxdur. Ora Müdafiə Nazirliyinin rəsmi şəxsi gəldi, fikrini dedi. Camaat dinlədimi onu? Mən baxırdım videoya, o yazığın səsinin eşidilməsinə imkan vermədi həmin bir qrup təxribatçı. Milli Məclisə soxulmağa cəhd göstərən o təxribatçılar ziyalı eşidəcəkdi? Oraya kim getsəydi, həmin təxribatçılar onu linç edərdilər.

- Yəni, linç ediləcəyinizdən bu qədər əminsiniz...?

- Cəbrayılla Füzuli rayonlarının işğalı günü idi, camaatla bir yerdə getdim Şəhidlər Xiyabanına. Şəhidləri ziyarət edirdik ki, bu vaxt televiziyalardan birinin xanım müxbiri yaxınlaşdı, mənasız, təxribata meylli sual verdi. Mən də dedim ki, “ay xanım, bura şəhidlərimizi ziyarətə gəlmişəm, sonra sualınıza cavab verərəm”. Ətraf da adamlarla doludur. Birdən bu qız coşdu, qışqırdı, artıq-əskik danışdı. Sonra da kanalında əleyhimə 10-15 material hazırladı, efirə verdi. Təbii ki, onun altında da cahil kütlə məni söyməyə, ağzına gələni yazmağa başladı. Bilirsiz, onlar təxribatçılardır, hansısa xüsusi dairələrdən göstəriş alaraq, bu işlərlə məşğul olurlar. Ona görə, ziyalılar bir qədər çəkinirlər, linç edilməkdən, camaatın içində təhqir edilməkdən çəkinirlər.

- Sizcə, indi çəkinmək, geri dayanmaq vaxtıdır?

- Düz deyirsiz, artıq çəkinmək vaxtı deyil. Məncə də, bundan sonra o cahil kütlənin yazdıqlarına, təhqirlərinə əhəmiyyət vermədən, xalqımızın mərd insanlarının, vətənpərvər insanlarının yanında dayanmalıyıq. Başqa ölkələrin buradakı təxribatçılarının, “5-ci kolon”un trollarına qarşı bizlər mübarizə aparmalıyıq. Mən də Milli Məclisin qarşısındakı o mitinqə qatıla bilmədim, hadisələrə oturub evdən baxa bildim. Mənim səhvimdir ki, döyülsəm də, gərək gedib insanların qabağında çıxış edəydim.
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru