"10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                 

Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu
Tarix: 27-10-2018, 09:05 | Çap et
Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu
VI Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi artıq ənənə halını alıb: "2008-ci il “Bakı Prosesi” ilə başlayan belə mühüm beynəlxalq tədbirlər ardıcıl olaraq keçirilməklə beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda dünya ölkələrinin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi belə bir məkan demək olar ki, yoxdur. Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilib. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün ilk növbədə bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır ki, iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tutsunlar. Bu mənada Azərbaycanın sözün həqiqi mənasında öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasətlə belə bir platformaya ev sahibliyi etməyə artıqlaması ilə haqqı var".

O xatırladıb ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” çağırışı olub: "Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək görəcəyik ki, 21-ci əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların “yeni dünya” yaratmasına ehtiyac var. Əks təqdirdə, 20-ci əsrin sonlarından başlayaraq bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamofobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu bir beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər. VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak etdi. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda buraya təşrif buyuran 86-dan çox ölkənin, o cümlədən 24-ə qədər beynəlxalq təşkilatların bir-biri ilə dialoq platformudur. Bu isə tədbirin əhəmiyyətini daha da artırır".

Millət vəkili qeyd edib ki, bu cür beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır: "Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun".

H.Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırdı, xalqımızın multikultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri, dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi:

"Dövlət başçısı bu gün dünyanın gözü qarşısında böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətirdi. Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Dünən, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Dünən, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Dünən, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Dünən, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Dünən, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Dünən, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Dünən, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru