“Partiya sədrləri və funksionerləri artıq sosial şəbəkə fəallarının kölgəsində qalıblar”
Tarix: 7-07-2018, 08:35 | Çap et
 Son bir həftədə ölkədə bir-birinin ardınca ciddi hadisələr baş verdi. Əvvəllər ümumölkə miqyaslı hər hansı siyasi, ictimai, iqtisadi hadisələr yaşananda müxalifət düşərgəsi ən azından bir araya gəlirdi, toplantılar, bəzən aksiyalar keçirərdi, hökumətdən izahat istənilirdi, tələblər irəli sürülürdü, təkliflər verilirdi. Lakin bu dəfə sosial şəbəkədə mövqe ifadə etməkdən o yana heç bir hərəkətlilik müşahidə olunmadı. Müxalifətin bu cür davranışının səbəbləri maraq doğurur. Burada müxalifətdə “Onsuz da hökumət bizim sözümüzü dinləyən deyil, əksinə, bizi aranı qarışdırmaqda ittiham edəcəklər” fikrinin hakim olması rol oynayır, yoxsa müxalifətin artıq əvvəlki gücünü, ictimai rəyə təsir imkanlarını tam itirməsi?
AMİP katibi, siyasi analitik Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, müşahidə olunan mənzərənin ortaya çıxmasında qeyd olunan hər iki səbəb və digər amillər rol oynayır: “Birincisi, əslində hökumət baş verən enerji böhranı və onun səbəbləri ilə bağlı dərhal obyektiv açıqlamalar verməli idi və müxalifət də buna uyğun öz münasibətini bildirməli idi. Hadisənin ilk günündə belə bir açıqlamanın şahidi olmadıq, əvəzində bir sıra mətbuat orqanları və şəxslər guya hökuməti müdafiə edirmişlər kimi müxtəlif səbəblər gətirməklə baş vermiş olayın havaların isti keçməsindən dolayı yaranmış problem olduğunu sübut etməyə çalışırdılar. Sonradan ölkə prezidenti belə səbəblərin bəhanə olduğunu bildirdi və bunun araşdırılması ilə bağlı sərəncam verməklə deyilənləri alt-üst etdi. Mən bu araşdırmanın hansı səviyyədə olacağı ilə bağlı indidən bir söz deyə bilmərəm. Amma müxalifətin yaranan problemə lazımınca operativ reaksiya verməməsi də bir həqiqətdir. 10-15 il öncə olan siyasi aktivlik, partiyalara münasibət indikindən daha fərqli idi. Məlumdur ki, ölkədə siyasi partiyalar sistemi ictimai rəyə təsir etmək imkanında deyil. Hakim partiya daxil olmaqla, ölkənin bütün siyasi partiyaları bu gün əhalinin az bir hissəsinə təsir etmək iqtidarındadırlar. Bu səbəbdəndir ki, bir çox hallarda müxalifət partiyaları məsələlərə birgə münasibət ortya qoyaraq ictimai müzakirəyə çıxartmırlar. Bunu bu həddə gətirib çıxaranlar əslində özləri üçün daha təhlükəli bir sistemin yaranmasına səbəb olublar və indi onun təsirləri və fəsadları ilə mübarizə apara bilmirlər”.
E.Mustafayev qeyd etdi ki, nəticədə siyasi partiyalardan boş qalan yeri sosial şəbəkələrdə oturaqlaşmış, etdiklərinə, dediklərinə nəzarət olunmayan virtual müxalifətçilər tutublar. Həmin təbəqənin fəaliyyəti isə daha kəskindir: “Bu təbəqə insanları maraqlandıran problemləri onların eşitmək istədikləri dildə daha sərbəst və qorxmadan deyirlər. Partiya sədrləri və funksionerləri artıq bu təbəqənin kölgəsində qalıblar. Ona görə də onların hətta sosial şəbəkədə hansısa məsələyə reaksiyaları da diqqəti cəlb edə bilmir. Son hadisə ilə bağlı bir sıra siyasi partiya funksionerləri tərəfindən açıqlamalar olmuşdu, amma dediyim kimi, sosial şəbəkələrin aktivliyinin maksimum olması səbəbindən onların dedikləri kölgədə qaldı. Hesab edirəm ki, bu gün siyasi partiyalar sosial şəbəkələrin arxasınca getmək məcburiyyətindədirlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Bu gün, 18:40 |
|
|
|
• Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Bu gün, 18:21 |
|
|
|
• Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Bu gün, 18:01 |
|
|
|
• Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Bu gün, 17:59 |
|
|
|
• Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Bu gün, 17:56 |
|
|
|
• Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Bu gün, 17:45 |
|
|
|
• Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31 |
|
|
|
• Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22 |
|
|
|
• Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16 |
|
|
|
• Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09 |
|
|
|
• Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50 |
|
|
|
• "Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48 |
|
|
|
• “Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42 |
|
|
|
• Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36 |
|
|
|
• Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26 |
|
|
|
• Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22 |
|
|
|
• Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11 |
|
|
|
• Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00 |
|
|
|
• Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42 |
|
|
|
• Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35 |
|
|
|
• Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33 |
|
|
|
• İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30 |
|
|
|
• Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28 |
|
|
|
• Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25 |
|
|
|
• Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22 |
|
|
|
• İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19 |
|
|
|
• İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13 |
|
|
|
• Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07 |
|
|
|
• İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05 |
|
|
|
• 323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58 |
|
|
|
• Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50 |
|
|
|
• Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47 |
|
|
|
• Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13 |
|
|
|
• 55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11 |
|
|
|
• Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08 |
|
|
|
• Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01 |
|
|
|
• Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07 |
|
|
|
• “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59 |
|
|
|
• “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57 |
|
|
|
• Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52 |
|
|
|
• “Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47 |
|
|
|
• Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23 |
|
|
|
• Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16 |
|
|
|
|