Oğul Şıxlinskinin həbsi buna görə imiş .....                     Ermənistan Fransaya hərbi attaşe təyin edib .....                     Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                 

REAL-la AXCP-nin trol davası - FOTOLAR
Tarix: 23-01-2018, 10:06 | Çap et
REAL-la AXCP-nin trol davası
Müxalifət adına iddia edən, özlərini demokratik qüvvələr adlandıran AXCP və REAL sosial şəbəkələrdə sözün əsl mənasında qırğına çıxıb. Onsuz da bu iki qüvvə arasında əvvəldən "soyuq müharibə” yaşanırdı. Son günlər isə "Facebook”dakı "Secki.az” səhifəsində keçirilən sorğu isə bu "müharibəni” daha da alovlandırdı. Belə ki, vaxtilə blogger Mehman Hüseynovun yaratdığı, hazırda onun qardaşı – Azərbaycandan qaçaraq İsveçrəyə sığınan Emin Hüseynov tərəfindən idarə olunan bu səhifədə virtual sorğu keçirilib. Həmin sorğuda AXCP sədri Əli Kərimlinin və REAL-ın həbsdə olan lideri İlqar Məmmədovun şəkilləri paylaşılaraq, sosial şəbəkə istifadəçilərinə müraciət edilib ki, "Sabah Azərbaycanda Prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizəddən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?”.

REAL-la AXCP-nin trol davası

Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti İlqar Məmmədova səs verib. Beləliklə də REAL lideri AXCP sədrini qabaqlayıb. Məhz bu sorğunun nəticəsi AXCP və REAL arasında uzun müddətdir davam edən mübarizənin sərhədləri aşmasına səbəb olub. Sorğunun nəticəsini həzm edə bilməyən cəbhəçilər sosial şəbəkədə REAL-a açıq hücuma keçiblər.

REAL-la AXCP-nin trol davası

AXCP Gənclər Təşkilatının üzvü olan, yaxud cəbhəçilərə yaxınlığı ilə seçilən Facebook istifadəçiləri öz statuslarında və yazdıqları rəylərdə bildiriblər ki, REAL bu səsvermədə trollardan yararlanıb. Səsvermədə iştirak edənlərin siyahısını yayan cəbhəçilər iddia ediblər ki, guya REAL liderinə səs verənlərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) trollarıdır.

REAL-la AXCP-nin trol davası

Bundan qeyzlənən REAL-çılar da əks hücuma keçiblər. REAL fəallarından olan Erkin Qədirli status yazaraq, cəbhəçilərin ünvanına ittihamlar səsləndirib. Bildirib ki, AXCP-çilərin guya İlqar Məmmədovu müdafiə etməsi kimi özlərini göstərmələri ikrah doğurur. E.Qədirlinin yazdığına görə, cəbhəçilər İ.Məmmədov azadlıqda olanda onu söyüblər, azadlığa çıxandan sonra da söyəcəklər, hətta prezident olsa belə, adını "Məmmədov rejimi” qoyacaqlar.

REAL-la AXCP-nin trol davası

Bununla kifayətlənməyən REAL-çılar bu dəfə öz "uzaqvuran top”larını işə salıblar. REAL-çı Natiq Cəfərli öz profilində "Sadəcə məlumat və düşünmək üçün...” başlıqlı status yazaraq, hadisələrə öz baxışını ortaya qoyub.

REAL-la AXCP-nin trol davası

Natiq Cəfərli bildirib ki, YAP-ın trollarının İ.Məmmədova səs verdiyini iddia etmək, ən azı, məntiqsizlikdir. Onun yazdığına görə, bu iddianı səsləndirən həmin çevrələr vaxtilə hər yerdə deyib ki, hakimiyyət İlqarı həbs edib onun reytinqini qaldırır, daha populyar edir, beləliklə də köhnə liderlərin önə çıxmasının qarşısını alır: "Hətta həyasızcasına deyirdilər ki, İlqar hökumətin adamıdır, hər şey danışılıb. İlqar zindanda oturduqca, həmin adamların dili dəyişsə də, xislətləri dəyişmədi. Sonra İlqarın adını və nüfuzunu istismar etməyə qalxdılar. Cənablar, qeyri-səmimisiniz, sizi açıq kitab kimi oxuya bilirik deyə, "İlqar sevdanızı” da yaxşı anlayırıq. YAP öz trollarını İlqara səs vermək üçün səfərbər edib - bunu deyənlərin, məncə, ciddi əqli qüsuru olmalıdır. Bəziləri həzm edə bilmirlər ki, İlqar artıq çox populyardır. İlqarın, REAL-ın adını ləkələmək istəyənlərə, demək istəyirəm ki, gedin o yanda oynayın, öz çirkabınızı bizə bulaşdırmayın. Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə, uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən "satqın", sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən "trol" olur”.

REAL-la AXCP-nin trol davası

Ümumilikdə cəbhəçilər REAL-çıları və konkret İ.Məmmədovu İsmayıllı hadisələrində şou göstərməkdə, REAL-çılar isə Ə.Kərimli və AXCP-çiləri 20 Yanvar günü şou göstərməkdə ittiham ediblər.

REAL-la AXCP-nin trol davası

Tərəflərin dil və üslubu

Əslində siyasi qüvvələr arasında fikir mübadiləsi, müzakirə, hətta fikir toqquşmasının olması normal haldır. Siyasətdə bunsuz mümkün deyil. Əfsuslar olsun ki, bizim müxalifət, xüsusən də radikal kəsim bunu heç cür anlamaq və ya qavramaq istəmir. Müxalifət təmsilçiləri nəinki hakimiyyətdəki opponentləri fikir söyləyəndə, hətta öz düşərgələrində yer alanlarla da müzakirə aparanda mədəni, səviyyəli, düşünülmüş fikir mübadiləsi edə bilmirlər. Fərqli fikir söyləyən adam həmin andan etibarən xəyanətdə, satqınlıqda ittiham olunur. Sosial şəbəkə üzərindən aparılan son müzakirələr də onu göstərir ki, müxalifət düşərgəsində təmsil olunanlar bir-birlərinə qarşı şərəf və ləyaqəti alçaldan təhqiramiz ifadələri işlətməkdən çəkinmirlər. Bir sözlə, müxalifət adına iddia edən bu kəsim mübarizə və müzakirələrini də küçə təfəkkürü səviyyəsində aparır.

REAL-la AXCP-nin trol davası

Müxalifətin trol ordusu

Cəbhəçilərlə REAL-çılar arasında bir neçə gündür sosial şəbəkədə davam edən qarşıdurma bir reallığı da gün işığına çıxarıb. Məlum olub ki, hər iki tərəf sosial şəbəkədəki müzakirə və mübarizələrdə troll ordusundan geniş istifadə edib. Məsələn, cəbhəçilər REAL-çıları ittiham edirlər ki, "Secki.az” səhifəsində səsvermədə əvvəlcə Ə.Kərimli öndə olub, lakin sonradan trolların kütləvi hücumu nəticəsində İ.Məmmədov AXCP sədrini qabaqlayıb. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ünvanına eyni ittihamları səsləndirməyə başlayıblar.

REAL-la AXCP-nin trol davası

Bu ittihamlara jurnalist Natiq Cavadlı da qoşularaq, İ.Məmmədova səs verənlərin çoxunun troll olduğunu vurğulayıb. Müzakirələrin, qarşılıqlı ittihamların gedişində hər iki tərəf bu proseslərdə YAP-ın da adını hallandırıb, hakim partiyanı da öz cılız mübarizələrinə qoşmaq istəyiblər. Amma unudublar ki, Azərbaycandan qaçan, erməni maraqlarına xidmət etməklə ölkəmizə və mövcud iqtidara qarşı radikal çıxışlar edən E.Hüseynov, eyni zamanda onun idarə etdiyi Facebook səhifəsi YAP ilə hər hansı formada əlaqəli deyil. "Secki.az” səhifəsində keçirilən səsvermədə Ə.Kərimlinin və ya İ.Məmmədovun qalib gəlməsi YAP-ın nəyinə lazımdır ki? Bu adamlara başa salan lazımdır ki, hakim partiya və onun gənclər komitəsi mövcud reallıqlardan çıxış edərək daha ciddi işlərlə məşğul olur.

REAL-la AXCP-nin trol davası

Əli Kərimlinin rəzilliyi

"Ana-ata müxalifət” lideri olmaq mərəzinə tutulmuş Əli Kərimlinin əsil mahiyyəti bir neçə gündür sosial şəbəkələrdə davam edən müzakirələrdə tam çılpaqlığı ilə növbəti dəfə ortaya çıxıb. Liderlik xəstəliyinə tutulmuş bu şəxs utanmadan Azərbaycana rəhbərlik etmək iddiasında olduğu halda, heç müxalifət düşərgəsində arzuladığı yerdə olmadığını öz davranışları ilə nümayiş etdirir. Ə.Kərimli indi elə bir durumdadır ki, hətta öz nəzarətində olan sayt və ya səhifədəki virtual səsvermədə, sorğuda belə, müxalifətin vahid namizədi kimi qələbə qazana bilmir. Hazırda həbsdə olan REAL lideri İ.Məmmədova uduzanda uşaq kimi cığallıq etməkdən də çəkinmir.

REAL-la AXCP-nin trol davası

Bu, bir daha göstərir ki, Ə.Kərimli həqiqətən də rəzil durumdadır. Bu adam əvvəllər iddia edirdi ki, guya Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunmur, insanların etiraz aksiyalarında iştirakının qarşısı alınır və sair. Hətta bir qədər irəliyə gedərək deyirdi ki, guya minlərlə tərəfdaşı onu müdafiə etmək üçün hər an küçəyə axışa, böyük izdihamla etiraz aksiyası keçirə bilər.

REAL-la AXCP-nin trol davası

Lakin Bakı şəhərinin mərkəzində, "İnşaatçılar” metro stansiyasının yaxınlığındakı "Məhsul” stadionunda dəfələrlə keçirilən icazəli aksiyalara Ə.Kərimli 1000-2000 nəfəri ancaq toplaya bilib. Beləliklə də söylədikləri ilə reallığın üst-üstə düşməməsi onu dəfələrlə biabır edib. Bu şöhrət hərisi, liderlik xəstəliyinə tutulmuş "siyasətçi” yenidən özünü göstərmək, gündəmdə qalmaq üçün hətta şəhidlərin əziz ruhundan sui-istifadə etməkdən də çəkinməyib.

REAL-la AXCP-nin trol davası

Məlumat üçün qeyd edək ki, 20 yanvar günü daxili işlər orqanlarının əməkdaşları Şəhidlər Xiyabanına axışan insan kütləsinin çoxluğunu nəzərə alaraq, sırf təhlükəsizlik tədbiri kimi Parlament prospekti boyunca insanların hissə-hissə irəliləməsini təmin edirlər. 20 saylı orta məktəbin yanında asayiş keşikçiləri ziyarətə gələn insanların bir hissəsini buraxır, 5-10 dəqiqə gözlədikdən sonra digər hissənin hərəkətini təmin edirlər. Bununla onlar Şəhidlər Xiyabanında insan sıxlığının yaranmasının qarşısını alır, hər kəsin şəhidlərimizi maneəsiz şəkildə ziyarət etməsinə şərait yaradırlar.

REAL-la AXCP-nin trol davası

Ötən 28 il ərzində bu məkanı ziyarət edən hər kəs bunu yaxşı anladığı üçün səbir və təmkin nümayiş etdirir, narazılıq yaratmır, asayiş keşikçilərinə və ziyarətçilərə qarşı hər hansı problem yaşatmırlar. Lakin xalqın etibar və inamını itirmiş insanlar, xüsusən də radikal müxalifət liderləri, o cümlədən AXCP sədri Əli Kərimli və bilavasitə onun təsiri altında olan Milli Şura sədri Cəmil Həsənli öz başının dəstəsi ilə 20 Yanvar şəhidlərinin anım günündə də şou yaratmaqdan çəkinməyiblər.

REAL-la AXCP-nin trol davası

Öz siyasi məqsədlərinə çatmaq üçün bütün vasitələrə əl atan, hətta şeytanla əməkdaşlıqdan belə çəkinməyən Ə.Kərimli şəhidlərin anım mərasimində polisin davranışlarında siyasi çalarlar axtarmağa, onları təxribata çəkməyə cəhd edib. Asayiş keşikçilərinin ziyarətçiləri hissə-hissə irəli buraxmasını özünə və rəhbərlik etdiyi siyasi təşkilatlara qarşı qısqanclıq hissi kimi qəbul edən Ə.Kərimli əvvəlcədən özü ilə gətirdiyi kameralara üzünü tutaraq, guya hakimiyyətin 20 Yanvar şəhidlərini anım günündə Milli Şuranın ziyarətinin qarşısını almağa çalışdığını, minlərlə insanın şəhidləri ziyarətini çətinləşdirdiyini bildirib. Bununla da sakitləşməyən Ə.Kərimli sanki seçkiqabağı platformasını elan edirmiş kimi geniş nitq söyləyərək, iqtidarın ünvanına öz səviyyəsindən irəli gələn ittihamlar səsləndirib. Ə.Kərimlini müşayiət edən kiçik bir qrup da "Azadlıq”, "İstefa”, "Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirməklə ona dəstək olmağa çalışıblar. Onların bu şousu dərhal AXCP Gənclər Komitəsinin sosial şəbəkədəki səhifəsini, Ə.Kərimlinin Facebook profilini "bəzəyib”. Səhifədə yerləşdirilən video görüntülərə, statuslara cəbhəçilər dəstək xarakterli statuslar yazmaqla "Şounu” həqiqət kimi cəmiyyətə sırımağa, yanlış ictimai rəy formalaşdırmağa çalışıblar. Hər zaman olduğu kimi, bu paylaşımların altına yazılan və AXCP sədrinin iradəsindən kənar hesab olunan rəylər dərhal silinib. "Demokratlar” bununla guya hər kəsin onlarla eyni fikirdə olduğunu nümayiş etdiriblər. Bununla 20 Yanvar şəhidlərinin ruhuna böyük hörmətsizlik edən cəbhəçilər öz əməllərinin ciddi rezonans doğurduğunu yazmaqla, bu davranışı böyük qəhrəmanlıq hadisəsi kimi təqdim ediblər. Proseslərdə ələkçinin qıl verəni – fəaliyyətini dayandırmış "Azadlıq” qəzetinin baş redaktoru, TuranTV-nin rəhbəri Qənimət Zahid də "fərqlənib”. O, "Azadlıq” qəzetinin Facebook səhifəsindən canlı yaydığı "Sözarası” proqramında baş verənləri özünəməxsus şəkildə şərh edib.

REAL-la AXCP-nin trol davası

Ancaq onların bu yalanını REAL təmsilçisi Natiq Cəfərlinin sosial şəbəkədə yazdığı şərhlər dərhal ifşa edib. Beləliklə də Ə.Kərimlinin uydurduğu yalanın, düzənlədiyi şounun ömrü heç qırx gün də çəkməyib. N.Cəfərli özünün və tərəfdaşlarının da həmin gün Şəhidlər Xiyabanını ziyarət etdiyini diqqətə çatdıraraq, asayiş keşikçiləri tərəfindən hər hansı maneə ilə rastlaşmadıqlarını vurğulayıb. Hamı kimi onların da bir neçə dəqiqə Parlament prospektində gözlədiyini, sonra isə hissə-hissə irəlilədiklərini qeyd edib.

REAL-la AXCP-nin trol davası

Bütün bunlar Azərbaycan müxalifətinin, xüsusən də liderliyə can atan, demokratiya libasına bürünən insanların əsl mahiyyətini, təfəkkür tərzini bir daha ortaya qoyur. Məlum olur ki, xalqa, daha doğrusu ətraflarına topladıqları 5-10 nəfərə birlikdən, bərabərlikdən, haqq-ədalətdən şirin-şirin nağıllar danışan, onlara böyük vədlər verən "liderlər” gerçəklikdə çox cılız adamlardırlar. Bu cılızlıqdan irəli gələrək onlar hətta ən xırda məsələlər üzərində də vahid mövqeyə gələ bilmir, şəxsi maraqlardan çıxış edərək bir-birinin ünvanına ən kəskin ittihamlar səsləndirməkdən də çəkinmirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Dünən, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Dünən, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Dünən, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Dünən, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Dünən, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Dünən, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Dünən, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Dünən, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Dünən, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Dünən, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Dünən, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Dünən, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Dünən, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Dünən, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Dünən, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Dünən, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Dünən, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Dünən, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Dünən, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Dünən, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Dünən, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Dünən, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Dünən, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Dünən, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Dünən, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Dünən, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Dünən, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Dünən, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Dünən, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Dünən, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Dünən, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Dünən, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Dünən, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Dünən, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Dünən, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Dünən, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Dünən, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Dünən, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Dünən, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru