Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                 

“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar” - Keçmiş baş nazir
Tarix: 21-08-2017, 10:54 | Çap et
“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar”
Onu Azərbaycanın ən təcrübəli siyasətçilərindən biri hesab etmək olar. Amma təcrübəsinə rəğmən hələ də gənclik çılğınlığını qoruyub. Hər halda söhbət əsnasında bəzi suallarımıza verdiyi reaksiyalar bunu deməyə əsas verir.

10:54 Bölmə: Siyasət Oxunma sayı: 37 A-AA+
Beləliklə, “Ölkə.Az” xəbər portalının suallarını Azərbaycanın keçmiş Baş naziri (aprel 1993 – iyun 1993-cü il tarixlərində), Milli Məclisin sabiq deputatı Pənah Hüseyn cavablandırır:

– Gələn il Azərbaycanda prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı insanları əsasən bir məsələ xüsusi maraqlandırır. İnsanlar düşünürlər ki, görəsən indiki Prezidentin növbəti dəfə də namizədliyi irəli sürüləcəkmi? Görünür ki, indi bu məsələ bütün təbəqələri maraqlandırır. Hazırda isə seçki ərəfəsi əsas diqqət çəkən hadisə bundan ibarətdir.

Bütövlükdə baxsaq, hazırda dünya böyük sarsıntılar və toqquşmalar içərisindədir. Bunun ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə üzə çıxmasını da narahatlıqla izləyirik. Bu baxımdan da sözügedən qlobal böhranların regiona, o cümlədən Azərbaycana da təsir edəcəyi məsələsini kənara qoymaq olmaz. Əgər bu gün Azərbaycanda seçkidən danışmağın mənasız olduğunu düşünsək də 5-6 ay sonra hansı vəziyyətin olacağını dəqiq proqnoz etmək çətindir. İstənilən an vəziyyət dəyişə bilər. Ona görə də Azərbaycanda seçki öncəsi vəziyyət fırtınadan əvvəlki sakitçiliyi xatırladır. Qlobal və regional problemləri kənara qoysaq, bu gün Azərbaycanın daxilində də siyasi-iqtisadi və elitaarası böhranların yarandığını müşahidə edirik. Bu cür proseslər istənilən an nəzarətdən çıxa bilər.

– Azərbaycanda keçiriləcək seçkilərə Rusiyanın müdaxilə imkanları nə qədərdir?

– Ümumiyyətlə, indiki vəziyyətdə Rusiyanın Azərbaycanda keçiriləcək seçkilərə müdaxiləsinə inanmıram. Çünki indi Azərbaycan iqtidarının apardığı siyasət Rusiyanı qane edir. Ona görə də düşünmürəm ki, Rusiya Azərbaycanda seçkilərə müdaxilə edəcək və sairə.

– Amma 2013-cü ildə keçirilən seçkilərdə Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunmuşdu. Bunu bir çox iqtidar və müxalifət nümayəndələri də etiraf etmişdi...

– Nə olsun ki, 2013-cü ildə Rusiyanın seçkilərə təsiri olub? Nəticədə yenə də İlham Əliyev prezident seçilib. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin də Bakıya gəlib İlham Əliyevlə görüşmüşdü. Təkcə bu onu göstərir ki, hazırda Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir. Yəni, hazırda Azərbaycan və Rusiya bir-birinin maraqlarına cavab verirlər. Bütün bunlar isə Azərbaycan müxalifətinin zərərinə işləyən məqamlardır. İndi yenidən Azərbaycanda keçiriləcək prezident seçkilərinə guya Rusiyanın təsir edəcəyi ilə bağlı məsələlər ortaya atılır. Bu heç də belə deyil. Real müxalifət bu məsələni düzgün qiymətləndirməlidir.

– 2013-cü ilin prezident seçkilərində Milli Şuranın namizədi olan Rüstəm İbrahimbəyov Rusiyada yaşaya-yaşaya Azərbaycan prezidentliyinə namizəd olmaq istəyirdi. Ancaq ona pasport verilmədi. Sizə elə gəlmirmi ki, Rusiya həmin vaxtı həm müxalifəti aldatmışdı, həm də bu yolla Azərbaycan iqtidarına da təzyiq göstərirdi?

– Mən sizinlə qəti razı deyiləm. Rusiyanın Rüstəm İbrahimbəyovu Azərbaycanda hakimiyyətə gətirmək istəyi blef idi. Sonradan da çoxlarının ağızına söz düşdü ki, Rusiya Azərbaycana təzyiq edəcək və sairə. Hesab edirəm ki, artıq bu məsələ ictimai rəyə təsir göstərmir.

– Son vaxtlar Sürət Hüseynovun, Rəhim Qazıyevin və digər bu kimi şəxslərin gündəmə gəlməsi də Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı sizin düşüncələriniz nədən ibarətdir?

– Bilirsiniz, Sürət Hüseynovla bağlı məsələyə artıq cavab verdiyim üçün daha bu barədə danışmaq istəmirəm.
Rəhim Qazıyevi deyə bilmərəm, amma Sürət Hüseynovun indiki iqtidara loyal münasibəti əslində onun haradan qaynaqlanmasını göstərir.
Bilirsiniz ki, indiyədək Azərbaycanda bir neçə dəfə inqilab olub. Onlardan biri də xaricdən - Rusiyadan olan adamların köməyi ilə Sürət Hüseynov tərəfindən törədilən siyasi dövlət çevrilişidir.

Rəhim Qazıyevlə bağlı məsələ isə bir qədər fərqlidir. O, 1992-1993-cü illərdə Azərbaycanda iqtidarda olan hakimiyyətin komandasının vəzifəli üzvlərindən biri olub. Onunla bağlı məsələ şəxsi motivlərlə bağlıdır. Rəhim Qazıyevin hazırda Azərbaycan iqtidarına xidmət etməsi qənaətində deyiləm. Çünki Rəhim Qazıyevin indiki iqtidara qarşı tənqidi fikirləri bunu deməyə əsas verir. Ancaq bütün bunlar onun müsbət rolu olmasından xəbər vermir. Hesab edirəm ki, Rəhim Qazıyev 1992-1993-cü illərdə olduğu kimi, yenə də Azərbaycanın milli maraqlarına və mənafelərinə uyğun olmayan fəaliyyət göstərir. Çünki onun AXC-Müsavat və Əbülfəz Elçibəy hakimiyyəti və komandası haqqında söylədiyi xoşagəlməz fikirləri bunu deməyə əsas verir. Ona görə də Rəhim Qazıyevin fəaliyyəti Azərbaycanın milli və demokratik qüvvələrinin əleyhinədir. Azərbaycanın demokratik və milli maraqları strateji maraqlara uyğun olduğu üçün bu həm də Azərbaycanın dövlət maraqlarına qarşı olan mövqedir.

– Sülhəddin Əkbər Rəhim Qazıyevi AXC-Müsavat hakimiyyəti dövründə vətənə xəyanət etməkdə ittiham edir. Siz bu ittihamlarla razısınız?

– Bilirsiniz, istənilən addımın hüquqi və siyasi məzmunu olur. Hesab edirəm ki, həmin dövrdə Əbülfəz Elçibəy hakimiyyətinə qarşı mübarizə aparmaq və onun devrilməsinə xidmət etmək Azərbaycanın milli və dövlət maraqlarına tam zidd idi. Bununla bağlı istənilən siyasi xarakterli ifadələr də işlətmək mümkün idi. Bu baxımdan da 1993-cü ilin hakimiyyət dəyişikliyinə dəstək vermək hüquqi mənada milli xəyanət idi.

Digər tərəfdən isə istənilən hakimiyyət daxilində müəyyən qruplar və ya şəxslər olur ki, onlar illərlə o hakimiyyətdə vəzifədə işləyirlər. Ancaq onlara görə müəyyən fikirlərin yaranması ilə razı deyiləm. Çünki Rəhim Qazıyev bizim hakimiyyətdə olduğumuz dövrdə vəzifəsindən azad olunub. Biz hələ iqtidarda idik, Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getmişdi.

– Razılaşırsınızmı ki, Azərbaycanda bir çox müxalifət partiyalarının özündə belə demokratik mühit yoxdur? Misal üçün siz 19 ildir ki, partiya sədrisiniz..

– Mən bununla qəti razı deyiləm. Ayrı-ayrı inkişaf etmiş demokratik ölkələrdə də partiya sədrinə fərqli münasibət var. Misal üçün, Türkiyədə partiyanın böyük-kiçikliyindən asılı olmayaraq, partiya sədrinə münasibət yüksək səviyyədədir.

Siz müxalifət partiyalarının daxilində guya demokratiyanın olmadığını düşünürsünüz. Bu doğru deyil. Deyirsiniz ki, partiya liderləri nə üçün dəyişmir? Məgər prezident dəyişib? Bu cür yanaşmalar düzgün deyil. Ümumiyyətlə, hakimiyyətlə müxalifətdə olan siyasi partiyaların Nizamnamələrinin müqayisəsi yanlışdır. Hakimiyyətdə olmağa müəyyən vaxt qoyula bilər. Siyasi partiya sədrləri üçün isə bunu tələb kimi qoymaq düzgün deyil. Bu həm də müasir demokratiyanın əsas funksiyalarından biridir.

Mən sizə bir həqiqəti deyim. Əgər Azərbaycanda vəzifəli şəxslərin öz qohumlarını yüksək vəzifələrə təyin etməsinin qarşısı alınmasa, yaxın illərdə nazirlər açıq şəkildə öz yerlərinə övladlarını, qohumlarını hazırlayacaqlar. Artıq əksər nazirlərimiz də qocalıb. Yəqin ki, gec-tez əvəz olunacaqlar. İnanın ki, nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar. Əgər bu prosesin qarşısı alınmasa, vəziyyət adiləşəcək. Azərbaycanda da bu prosesin başlanması istisna deyil. Sözümün canı da odur ki, bu məsələni qoyub, siyasi partiya sədrlərini neçə illərdir ki, sədrlikdən getməməklə bağlı günahlandırmaq absurddur. Mən 1998-ci ildən partiya sədriyəm. Ancaq burada heç bir qəbahət görmürəm. Digər tərəfdən isə arada mən bir müddət partiya sədri olmamışam, məni əvəz ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru