TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                 

“AVROVİZİYA” SİYASİLƏŞSƏ, MƏHV OLAR”
Tarix: 11-05-2012, 14:46 | Çap et
“AVROVİZİYA” SİYASİLƏŞSƏ, MƏHV OLAR”

AVROPA YAYIMLARI BİRLİYİNİN RƏHBƏRİNDƏN MÖVQE

Avropa Yayımları Birliyinin rəhbəri İngrid Deltenre Almaniyanın “Şpigel” dərgisinin saytına müsahibə verib. “Media forum” saytı “Azadlıq” radiosunun yaydığı müsahibəni ixtisarla təqdim edir.

- 2010-cu ildə “Avroviziya”nın təşkilatçısı olan Avropa Yayımları Birliyi Azərbaycanda jurnalistlərin qorxudulmasını, onların həbslərini pislədi və hakimiyyəti belə hallara qarşı tədbir görməyə çağıran qətnamə qəbul etdı. Ötən 2 il ərzində həmin tələblər yerinə yetirildimi?

- Jurnaslitlərin qorxudulması hələ də var, bu da onu göstərir ki, məsələnin həllinə aparan yol hələ çox uzundur.

- Sizin bəyanatın hansısa təsiri oldumu?

- Müsbət təsiri necə ölçəsən? Bu yaxınlarda Cenevrədə Azərbaycanda media azadlığına həsr olunan konfrans keçirdik. Hökumətin konfransda iştirakı və prezidentin müşaviri Əli Həsənovla (Prezident Administrasiyasının şöbə müdiri – red.) təmsil olunması, onun Azərbaycan və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bir masa arxasında oturub istənilən tənqidi mövzunun müzakirəsinə razılaşması göstərdi ki, açıq dialoqa olan güclü bir iradə var. Dialoq isə həmişə düzgün istiqamətdə atılan ilk addımdır.

- Tərəflərin məsələyə fərqli baxışları var. Məsələn, “Human Rayts Votç” deyir ki, siz hökumətə tribuna təklif etmisiz. İddia edir ki, Avropa Yayımları Birliyi Azərbaycanda media azadlığının pişləşən vəziyyətini dəqiq, aydın və açıq şəkildə dilə gətirməyib və bununla da özünün həmin prinsiplərə olan öhdəliklərini sual altına qoyub. Azərbaycanlı insan haqları fəalı Rəsul Cəfərovun sözlərinə görə, onda elə bir hiss var ki, Avropa Yayımları Birliyi rəsmi Bakıya işləyir.

- Məncə, anlaşılmaz fikirdir. Mənim aləmimdə hökumətin tədbirdə iştirakı hadisəni tamamilə başqa nüfuz və etimad səviyyəsinə qaldırırdı. Nəticədə hökumət dedi ki, tənqidçi jurnalist Xədicə İsmayılovaya qarşı olan qarayaxma kampaniyasını ayıb sayır, rəsmilər bu məsələni aydınlaşdırmaq üçün əldən gələni edirlər. Bundan başqa yerli yayımçı olan İctimai TV-nin fəaliyyəti ilə bağlı biz çox konkret tədbirlər haqda razılıq əldə etdik, məsələn, proqramlarda fikir müxtəlifliyinin necə artırılmasını göstərmək üçün seminarlar təşkil edəcəyik.

- Bu treninq ideyası Avropa Yayımları Birliyinin 2010-cu il qətnaməsində öz əkisni tapmışdı. Söhbət ən adi standartlardan gedir, Azərbaycan hökumətinin isə eyni ifadələri təkrarlaması qayda halını alıb.

- Yox, bu baş verəcək. Amma Avropa Yayımları Birliyi 56 ölkədən təşkil olunub. Biz 2010-cu ildən bəri olduqca fəallaşmışıq, lakin bizim diqqət mərkəzimiz ancaq Azərbaycan olmayıb. Diqqətimizin və idarəetmə resurslarımızın müəyyən qismini ərəb baharı özünə cəlb etdi. Misir, Liviya və Tunisin yayımçıları da Avropa Yayımları Birliyinə üzvdürlər.

- Tənqidçilər deyirlər ki, bu il “Avroviziya”ya sahiblik edən İctimai TV-nin proqramları o qədər birtərəfli və hökumətə yaxındır ki, bu kanal Avropa Yayımları Birliyinin qaydalarını pozur. Siz heç üzvünüz olan yayımçıların proqramlarına nəzarət edirsiz?

- Sistematik olaraq yox. Amma bizə konkret siqnallar daxil olanda yoxlayırıq. Müəyyən mərhələdə biz Misir kanalının monitorinqini keçirdik və həmçinin İctimai TV ilə bağlı bu işi görmüşük.

- Nəticəsi necə oldu?

- Bu mənada aydınlaşdırdıq və ona görə də İctimai TV-yə daha çox jurnalizm treninqləri təklif edəcəyik.

- Belə çıxır ki, nəticəsi arzuladığınız qədər olmayıb

- Bəli, amma eyni vəziyyət başqa ölkələrdə də var.

- Deyirsiniz ki, söz azadlığını dəstəkləyirsiniz, ancaq Avropa Yayımları Birliyi üzvləri əsl söz azadlığına əməl etməyəndə onlara sanksiya tətbiq olunmur.

- Söz və mətbuat azadlığına gəldikdə, problem telekanalda deyil, hökumətdədir. Siz Avropa Yayımları Birliyi üzvü olan telekanalın bir ölkədə nə edə biləcəyinin fərqini anlamalısınız. Mən indi təkcə Azərbaycan deyil, Belarus barədə də danışıram. Bu ölkədə hökumət real jurnalistikanın inkişafında qətiyyən maraqlı deyil. Avropa Yayımları Birliyinin əsas ideyası təcrid deyil, həmrəylikdir. Birlik inanır ki, uzaq perspektivdə davamlı iş və daimi dialoq inkişafa aparır.

- “Avroviziya”nın televiziya direktoru Yorgen Frank deyir ki, biz daha yaxşı və demokratik hüquqlar uğrunda dəyişiklik istəyirik, buna görə də Avropa uğrunda savaşırıq, ancaq biz prosesdə fəal iştirak etmirik, qoy bunu başqaları etsin. Bunu necə izah edə bilərsiniz?

- Frank mahnı müsabiqəsi üçün məsuliyyət daşıyır. Mahnı müsabiqəsi köhnə ənənəli bir tədbirdir və aydın qaydaları var: kim qalib gəlsə, gələn il tədbir orada keçirilir. Nə qədər ki, buradayam, bu qayda dəyişməyəcək. “Avroviziya” siyasiləşsə, bəzi üzvlərlə ikinci dərəcəlilər kimi davransaq və onlara desək ki, tədbirə ev sahibliyi edə bilməzlər, çünki onların ölkəsində çalınan musiqi bizim standartlara uyğun gəlmir, yarışma məhv olar. Bu tədbir körpülər yaradır. Ancaq bu o demək deyil ki, bir qurum kimi bizim işlək demokratiya, xüsusilə də müstəqil və rəngarəng media barədə aydın fikirlərimiz yoxdur.

- Yəni “Avroviziya” siyasi sistemdən asılı olmayaraq istənilən ölkədə keçirilə bilər.

- Bəli, istənilən üzv ölkədə.

- Hətta Belarusda da.

Avropa Yayımları Birliyinin bugünkü mövqeyi dəqiq belədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru