UCARSAYAĞI “KURTLAR VADİSİ” POLİS MAFİYASI
Tarix: 8-05-2012, 14:56 | Çap et
JURNALİSTƏ ŞƏR ATAN ŞƏXSİN ŞOK ETİRAFLARI
DİA.AZ: - Bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında “Bizim soy” qəzetinin keçmiş əməkdaşı, həbsdə olan jurnalist Fuad Hüseynovun anası Süsən Hüseynova oğlunun hüquqlarının pozulmasından danışıb. Onun sözlərinə görə, hazırda oğlunun işi Şirvan Apellyasiya Məhkəməsindədir. 2010-cu ildə F. Hüseynovu CM-in 221-ci maddəsi ilə (xuliqanlıq) altı il müddətinə azadlıqdan məhrum etmiş Ucar məhkəməsinin qərarından şikayət verilib.
İttihamın mahiyyəti ondan ibarətdir ki, guya F.Hüseynov iki nəfəri bıçaqlayıb. Onlardan biri, “zərərçəkən” Akif Cəfərov mətbuat konfransında iştirak edib. O, ittihamın uydurma olduğunu bildirib. A.Cəfərov bildirib ki, o və digər “zərərçəkən” Azad Hüseynov özləri özlərinə bıçaq zərbəsi endiriblər ki, jurnalistə şərt atsınlar. Onları buna yerli “avtoritetlər” və polisin əlaltıları olan Şahlar Ələkbərov və Elçin Mehdiyev məcbur edib.
Ucarda dözülməz vəziyyət yaranıb, özbaşınalıq, hərc-mərclik hökm sürür. Sərf etməyən istənilən adamı şərləyib həbsə atdırmaq olar. A.Cəfərova hədə-qorxu gəliblər ki, əgər jurnalisti şərləməsə, onun cibinə narkotik maddə atacaqlar. Əvvəlcə o razılaşıb, lakin sonradan yalançı şahidlik etməkdən imtina edib.
F.Hüseynova gəlincə, bu, onun ikinci həbsidir. Birinci dəfə 2007-ci ildə CM-in 221-ci maddəsi ilə (xuliqanlıq) mühakimə olunub. İttihamın mahiyyəti ondan ibarət olub ki, o, adam döyüb. O zaman o, üç il yarım müddətinə mühakimə olunub və cəzasının iki ilini çəkib. Bir ay keçməmiş onun barəsində yenidən iş açıblar və yenidən həbsə alıblar.
Jurnalistə qarşı bu cür təzyiqlərin səbəbi odur ki, 2007-ci ildə o, yerli “Bizim soy” qəzetində Ucar polisinin o zamankı rəisi Ənvər Quliyevi tənqid edib. Jurnalist onu narkocinayətlərə bağlılıqda ittiham edib.
2008-ci ildə Ə.Quliyev pensiyaya gedib, onun yerini Tahir Quliyev tutub və o da sələfinin siyasətini uğurla davam etdirib.
“Mənim oğlum günahsızdır. O, cinayət törətməyib. O, heç kimi döyməyib, heç kimin həyatına qəsd etməyib. Mən pensiyaçıyam, ərim ağır xəstədir. Pensiyamın hesabına yaşayıram, oğluma baş çəkə bilmirəm. Əgər onu yenidən həbs etsələr, mən həbsxanaya onun yanına gedə bilmərəm. Mən ölkə rəhbərliyinə, prezidentə, onun xanımına, DİN rəhbərinə, baş prokurora müraciət edirəm ki, bu qanunsuzluğu araşdırsınlar”, - ana vurğulayıb.
“Zərərçəkən” A.Cəfərov bildirib ki, sözügedən “avtoritetlər”ə yerli polis himayədarlıq edir. Onlar rayonda mafioz qruplar yaradıblar. “Kurtlar vadisi” serialından ilhamlanaraq özlərini həmin serialın qəhrəmanları kimi aparırlar, hətta adlarını onların adları ilə çağırırlar. Yerli hüquq-mühafizə orqanlarının razılığı ilə hər cür qanunsuz əməllərə əl atırlar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
|