Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                 

“HAKİMİYYƏT CƏMİYYƏTİ RADİKALLAŞDIRIR”
Tarix: 10-04-2012, 15:38 | Çap et
“HAKİMİYYƏT CƏMİYYƏTİ RADİKALLAŞDIRIR”

“İNSANLARIN EVLƏRİNDƏN ÇIXARILMASI QƏZƏBİ ARTIRIB”

Beynəlxalq təşkilatlar hər il Azərbaycanda insan hüquqlarının pozulması, rüşvət və korrupsiya faktlarının, siyasi məhbusların mövcudluğu, götürülən öhdəliklərin yerinə yetirilməməsi barədə hesabat yaysalar da, rəsmi Bakı bununla razılaşmır və vəziyyətin normal olduğunu bildirir. Amma ölkədə fəaliyyət göstərən QHT-lərin, insan hüquqlarının müdafəisi ilə məşğul olan qurumların məsələyə münasibəti də birmənalı deyil. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla söhbətimiz də bu və digər məsələlər barədədir.

- Leyla xanım, Azərbaycanda vətəndaş hüquq və azadlıqları ilə bağlı hazırkı durumu necə qiymətləndirirsiz?
- Bu sahədə vəziyyət olduqca ağırdır. Hətta elə şəkildə ki, ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində belə dəhşətli durum heç vaxt olmayıb. Mən bunu əminliklə deyirəm. Çünki hələ sovet dövründən insan hüquqlarının qorunması ilə məşğulam. Doğrudur, keçmiş SSRİ-də qanunçuluq o qədər yaxşı deyildi. Amma qanuna riayət vardı. Müstəqil Azərbaycanda isə qanunlar yaxşı olsa da, buna əməl olunmur. Ölkə vətəndaşları öz hüquqlarını müdafiə edə bilmirlər. 2012-ci ilin hazırkı vaxtına qədər bizim təşkilatın siyahısında 62 siyasi dustaq var. Bu da ötən ildəkindən 26 nəfər artıqdır. Xatırladım ki, sonuncu dəfə belə bir vəziyyət 2003-cü ildə olub. Təkcə bu ilin fevralında 20 nəfərdən artıq adam qanunsuz həbs edilib. Söz azadlığı ilə bağlı onu deyə bilərəm ki, 7 nəfər jurnalist istintaq altındadır. İki nəfərə isə məhkəmə qanunsuz hökm oxuyub.
Son zamanlar ən çox vətəndaşların mülkiyyət hüquqları pozulur. Təkcə Bakı şəhərində 60 mindən artıq vətəndaş öz evlərindən didərgin salınıb. Qarabağ müharibəsi başlayanda ermənilərin təcavüzü nəticəsində ev-eşiklərini itirmiş azərbaycanlıların onlara qarşı silahlı mübarizə imkanları var idi, özlərini müdafiə edirdilər. Amma evlərindən zorla, işgəncə ilə çıxarılan Azərbaycan vətəndaşları Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Əmlak Komitəsinin qarşısına toplaşıb qanunsuzluqlara etiraz edəndə yenidən döyülür, söyülürlər, həbsə atılırlar. Yəni vətəndaşlar öz ölkələrində hakimiyyətin, sözün əsl mənasında rejimin zülmü altında yaşayırlar.

- Süni hicab qadağası, Sulutəpədə, NZS-də insanların evlərinin başına uçurulması, kasıb təbəqənin qazanc yerlərinin dağıdılması, vətəndaşların şərlənərək həbs olunması cəmiyyətdə narazılıqlar yaradır. Bu nədir, hakimiyyətin insanları inqilaba təhrik etməsimi?
- Bilirsiniz, Azərbaycan iqtidarı özünü bu xalqın nümayəndəsi kimi yox, ölkəni işğal edən rejim kimi aparmır. Məsələ bundadır ki, ermənilər azərbaycanlıların evlərini dağıdanda, təhqir edəndə, işgəncəyə məruz qoyanda onlara qarşı müqavimət göstərdikləri, vuruşduqları, müharibənin olmadığı sovet dönəmində özlərini müdafiə edə bildikləri halda, hazırkı şəraitdə insanların buna imkanları çatmır. Vətəndaşın gözünün qarşısında anası, həyat yoldaşı döyülür, təhqir olunur, evindən bayıra atılır, mənzili sökülür, lakin heç nə edə bilmir. Sulutəpə qəsəbəsində də eyni vəziyyətdir. Orda öz yurdlarından qovulan məcburi köçkünlər yaşayırlar. Onların ərazidə mənzil tikmələri üçün razılıq sənədi də var. Həmin vətəndaşları öz evlərindən indi də ermənilər deyil, başqa bir düşmən - hökumət nümayəndələri qovurlar. İndi mən görürəm ki, polislər bu ölkədə ağsaqqala, qadına, uşağa hörmət qoymurlar.
O ki qaldı insanların inqilaba təhrik edilməsi, bunun nə vaxtsa olub-olmayacağını deyə bilmərəm, amma hakimiyyət vətəndaşların hüquqlarını kobud şəkildə pozmaqla, evlərini başına uçurmaqla, məktəbləri, səhiyyə ocaqlarını bazara çevirməklə, rüşvət almaqla və bu kimi prosesləri kütləviləşdirməklə, cəmiyyəti məcburən radikallaşdırır. “Avrovision” müsabiqəsinin keçirilməsi üçün insanların öz evlərindən çıxarılması isə vətəndaşlarıın qəzəbini bir qədər də artırıb.

- Yeri gəlmişkən, “Avrovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə, sosial problemlərin həllinə mənfi təsiri varmı?
- Təsiri həddən artıq çoxdur. Elə birincisi odur ki, vətəndaşların mülkiyyət hüquqları pozulur, evləri sökülür. İnsanlar belə özbaşınalıqların, qanun pozuntularının qurbanına çevrilir, stress keçirirlər. Bundan əlavə ilin əvvəlində pensiyaların məbləğinin artırılması nəzərdə tutulmuşdu, amma “Avrovison”un Azərbaycanda keçirilməsi bunu əngəllədi. Belə ki, bu və ya digər sahələrə ayrılmalı olan vəsaitlər həmin müsabiqənin keçirilməsinə yönəldildi. Mən şəxsən “Avrovison”un prodüserlərinə bir neçə məktub göndərmişəm. Və soruşmuşam ki, həmin müsabiqənin keçirilməsi üçün çoxsaylı Azərbaycan vətəndaşlarının evləri sökülüb, qanı tökülüb, həbsxanaya salınıb, bir sözlə taleyi qırılıb, belə olan halda həmin yerdə oxuyub oynamağı, çalıb çağırmağı özünüzə rəva biləcəksinizmi. Onlar mənə cavablarında siyasətdən kənar olduqlarını bildirdilər. Mən isə sonuncu məktubumda onlara xatırlatdım ki, vaxtilə Norveçin məşhur bəstəkarı Edvard Qriqi müqavilə əsasında dəvət edildiyi Fransa səfərindən, bu ölkədə konsert verməkdən imtina edib. Və deyib ki, Fransa hökuməti qanunsuz həbs olunan zabiti azadlığa buraxmayınca, həmin ölkəyə səfər etməyəcək. Bundan sonra Qriqə qarşı kampaniya başlasa da, o, öz sözündən dönmədi. İndi Norveç xalqı onunla fəxr edir. Yəni mən bunu prodüserlərə xatırlatmaqla onların insanlıqdan uzaq olduğunu bildirməyə çalışdım. Və mənim bu fikirlərim Avropa mətbuatında çap olundu.

- Leyla xanım, “Dini etiqad və vicdan azadlığı” Haqqında qanuna edilən əlavə və dəyişikliklərdə dini təbliğata görə cərimələr, həbslər nəzərdə tutulur. Yəni bu İslamdan çəkinməkdir, yoxsa..?
- Bilirsiniz, insanlar həmişə çətin anlarda üzünü Allaha tutur, nicat gözləyirlər. Amma heç kəs “səndən hərəkət, məndən bərəkət” kəlamını unutmamalıdır. Yəni mafioz hakimiyyətin, zorakı rejimin qarşısında aciz qalmamaq üçün ona qarşı mübarizə aparılmalı, hər kəs öz hüququnu müdafiə etməyi bacarmalıdır. Bu baxımdan hakimiyyətin zülmünə, daha doğrusu, bu zülmə dözdüyümüzə görə biz də günahkarıq. Ancaq bir məsələ var ki, iqtidar xalqın qəzəbinin artdığını və məscidə üz tutanların sayının sürətlə çoxaldığını görür. Ona görə də bundan narahat olur, inanclı insanlara qarşı vuruşur. Çünki hər bir təşkilat vətəndaşları birləşdirir. Daha çox insanın birləşə biləcəyi yer isə məscidlərdir. İslama qarşı hücumun səbəbi də budur...

- Bəs AİP sədri Mövsüm Səmədovun, ümumiyyətlə Azərbaycan İslam Partiyası (AİP) rəhbərlərinin, bundan əvvəl və sonra həbs olunan İslamçıların üzərinə qoyulan ittihamları necə qiymətləndirirsiz?
- Ötən il də xeyli İslamçı həbs olundu. O cümlədən AİP sədri M.Səmədov və bu qurumun digər rəhbərləri də. Bu il isə İran televiziyasının jurnalisti Anar Bayramlı həbs edilib. Onlar bizim tərtib etdiyimiz siyasi məhbus siyahısındadırlar. Çünki qoyulan ittihamlar - silahların aşkarlanması, narkotik maddələrin tapılması saxta idi. Bu adamların əməllərində cinayət tərkibi yoxdur. M.Səmədov və digər AİP rəhbərləri ötən ilin yanvarında dövlət başçısını tənqid etdiklərinə görə həbs olunublar.

- Ötən il beynəlxalq təşkilatlardan birinin, Azərbaycanda gənclərin 50 faizdən çoxunun narkotik istifadəçisi olduğu barədə hesabatı rəsmi Bakını qəzəbləndirdi. Amma son vaxtlar çox adam, əsasən də fəal dindarlar narkotik istifadəçisi kimi saxlanılaraq, həbs olunurlar. Təzadlı deyilmi?
- Kifayət qədər ziddiyyətli məqamlar var. Amma insanları şərləyərək həbs eləmək üçün narkotika variantı daha asandır. Ona görə də “xuliqandırlar”, “narkomandırlar”, “polisə müqavimət göstərirlər” və sair ittihamlara tez-tez rast gəlinir. Məsələn, insan hüquqlarının müdafiəsi ilə məşğul olan Oqtay Gülalıyev guya polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Mümkündür ki, bunun ardınca onu narkotik maddə gəzdirməkdə suçlasınlar.

- Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti insan haqlarının vəziyyətinə dair hesabatda Azərbaycan hakimiyyəti 10 ildir tənqid olunsa da heç nə dəyişmir. Ona görə də belə fikir formalaşır ki, adıçəkilən qurumlar tənqidlərdən təzyiq vasitəsi kimi istifadə edirlər. Bu fikirlə razılaşırsızmı?
- Qətiyyən razılaşmıram. Həftənin 4 gününü beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə keçirirəm. Onlar Azərbaycandakı vəziyyətdən həqiqətən narahatdırlar. Mən də həmin adamlara bildirirəm ki, Azərbaycan hakimiyyəti hesabatları, tələb və təklifləri qulaqardına vurur, öhdəlikləri yerinə yetirmir. Amma onlar da öz növbəsində “Siz nə düşünürsünüz, məgər biz Azərbaycana qoşun yeritməliyik ki, hökumət öhdəliklərə əməl etsin?” - deyə, sual verirlər. Yəni açıq şəkildə deyirlər ki, bundan ötrü ölkə vətəndaşları ayağa qalxmalı, hakimiyyət qarşısında tələb qoymalıdır və yalnız bu halda biz onlara dəstək göstərə bilərik.

- Leyla xanım, Azərbaycanda bir ildir başlayan korrupsiya qarşı mübarizəni yetərli hesab etmək olarmı? Ümumiyyətlə, bu istiqamətdəki reallıq nədən ibarətdir?
- Mən sizə bir faktı deyim. Problemlə bağlı ötən ilin fevral ayından iyun ayına qədər dövlət başçısı İlham Əliyevə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Nazirlər Kabinetinə 8 məktub göndərmişdim. Məktubda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və digərlərinin böyük korrupsiya mexanizmi yaratmalarından, öz hesablarına 900 milyon manat pul keçirmələrindən söhbət gedirdi. Amma indiyə qədər heç bir cavab almamışam. Bu isə korrupsiyaya qarşı mübarizənin kampaniya olduğunu, imitasiya xarakteri daşıdığını göstərir. Fakt isə odur ki, rüşvət və korrupsiya daha geniş şəkildə davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru