Novruz Aslanov da seçkiləri belə görür... - Deputatın qoçu dəstələri də var imiş...
Tarix: 13-10-2015, 08:49 | Çap et
 Məlum olduğu kimi noyabr ayının 1-də ölkə ərazisində parlament seçkiləri keçiriləcək. Bununla bağlı ölkədə namizədlərin təbliğat, təşviqat prosesinə start verilib.
Ölkədə seçkilərə fərqli aspektdən yanaşanlar olsa da, məsələn, elə siyasi qüvvələr var ki, onlar seçkini baykotun tərəfdarıdırlar. Ancaq seçkidə iştirakın tərəfdarı olan suyasi qüvvələr və müstəqil namizədlər də var. Seçki ilə bağlı onu qeyd etmək olar ki, ölkədə seçkinin olacağı əhali arasında hiss olunmur. Yəni cəmiyyətdə siyasi aktivlik yox dərəcəsindədir. İnsanların hansını dindirirsənsə, onsuz da deputatlar bir neçə ay bundan əvvəl təyin olunublar, deyərək öz münasibətlərini bildirirlər. Ölkədə insanların demək olar ki, seçki institutuna inamı itib. 86 saylı İsmayıllı dairə seçki komissiyasından cumhuriyyet.az-ın elektron poçtuna daxil olan müraciətdə müstəqil namizəd Məzahir Şahvələdov qeyd edir ki, hazırki millət vəkili və yenidən eyni dairədən namizədliyini irəli sürmüş Novruzəli Aslanovun nümayəndələri ona qarşı qarayaxma kompaniyasına başlayıblar. Namizəd qeyd edir ki, Novruzəli Aslanovun seçki qərərgahı rayon idman olimpiya kompleksində yerləşir. Novruzəli Aslanov təbliğat və təşviqat işində idmançıların əməyindən faydalanır: “Onlar mənim təbliğatımla məşğul olan nümayəndələrimə ayrı-ayrı nömrələrdən zəng edib hədələyici tonda danışır və mənim təbliğimdən geri çəkilməklərini tələb edirlər. Novruzəli Aslanovun nümayəndələri 10 oktyabr 2015-ci il tarixində rayon polis şöbəsinə müraciət edərək bildiriblər ki, güya mənim nümayəndələrim rayonun yuxarıbaş adlanan ərazisində yerləşən seçki məntəqəsində lövhədən asılmış namizəd Novruzəli Aslanovun şəkillərini cırıblar. Bu məsələ ilə bağlı mənim də nümayəndələrimin iştirakı ilə qarşı tərəflə birlikdə rayon DSK-nın sədri Əlirəmzi Məhərrəmov tərəfindən dairəyə dəvət olunduq və orada aparılan müzakirə nəticəsində məlum oldu ki, haqqımızda deyilənlər uydurma və qarayaxmadan başqa bir şey deyil”. M.Şahvələdov bildirir ki, bir namizəd kimi DSK-dan, rayon icra hakimiyyəti qurumlarından heç bir şikayəti yoxdur. O, cumhuriyyet.az- ünvanladığı müraciətdə təbliğat-təşviqat prosesində heç bir maneçilik yaradılmadığını qeyd edir: “ Ancaq millət vəkili Novruzəli Aslanovun ətrafında olan şəxslər bu oyunları qurub süni şəkildə narazılıq yaratmaq istəyirlər. Mən məcbur olub kiv vasitəsilə müraciət edir və bildirirəm ki, mənim heç bir provakasiyaya getmək fikrim yoxdur. Məqsədim seçki kompaniyası dövründə seçki qanunvericiliyindəki normalara uyğun olaraq mübarizə aparmaqdır. Mənim namizəd olaraq rayondakı nüfuzum hörmətli Novruzəli Aslanovu möhkəm narahat edir və buna görə də ətrafındakı qoluzorlulardan istifadə etməklə mənə şər-böhtan atdırır. Onların məqsədi məni bu prosesdən kənarlaşdırmaqdır. Mən onların diqqətinə çatdırıram ki, mən ixtisasca hüquqşünasam. Mən şeir, meyxana əhli deyiləm ki, qanunlara qarşı sayğısızlıq nümayiş elətdirim. Oppanentlərimi bir daha qanunun aliliyi prinsipinə əməl etməyə və dinc, sivil şəkildə mübarizə aparmaya dəvət edirəm. Əks təqdirdə mənə qarşı atılacaq bütün qeyri-qanuni addımlara qarşı həm kiv-də, həm də qanunvericiliyin tələblərinə uyğun olmaqla mübarizə aparacaq, haqqımın, hüququmun təmin olunmasını tələb edəcəyəm”. Redaksiyadan:Yazıda səslənən fikirlərə görə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Cumhiriyyət. az olaraq qeyd edirik ki, hazırki millət vəkili hörmətli Novruzəli Aslanovun İsmayıllıda hansı nüfuza sahib olması, onun iki çağırış müddətində deputat olduğu dönəmdə rayon üçün gördüyü işlərlə bağlı rayonda apardığımız monitorinqin nəticələrini dərc edəcəyik. Bizi izləməyi unutmayın.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|