Bakı Apellyasiya Məhkəməsinin hakimi cəzadan necə qurtuldu? - İlginc iddialar
Tarix: 8-09-2015, 10:23 | Çap et
Neçə il əvvəl korrupsiya əməlinə görə Məhkəmə-Hüquq Şurasının qərarı ilə şiddətli töhmət almış Bakı Apellyasiya Məhkəməsinin hakimi Salman Babayev həbs olunmaq əçvəzinə pensiyaya çıxıb indi də kef çəkir...Məhkəmə-Hüquq Şurasının iki gün əvvəlki növbəti iclasında bəzi kadr və digər təşkilati məsələlərə baxılıb. Iclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib. “Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb”, - deyə məlumatda qeyilir. Maraqlıdır, Məhkəmə-Hüquq Şurası “korrupsiyaya şərait yaradan hallara” yol vermiş hakimləri hələ də məhkəmə sistemində niyə saxlayır? “Korrupsiyaya şərait yaradan hal” o deməkdir ki, korrupsiya baş verib, adları çəkilən hakimlər də buna şərait yaradıb. Başqa sözlə, bu məsələdə onların da əli olub. Azərbaycan məhkəmələri indiyədək onlarla adamı korrupsiya ittihamı ilə heç yetərincə sübut-dəlil olmadan uzunmüddətli həbs cəzasına məhkum edib. Bəs korrupsiyaya şərait yaradan hakimlərə niyə güzəşt edilir? Onlar nəinki həbs edilmir, hətta vəzifədən də çıxarılmır, yalnız töhmətlə cəzalandırılır. Korrupsiyada əli olduğu Məhkəmə-Hüquq Şurası səviyyəsində təsdiqlənən adamlara başqalarının taleyini həll etmək vəzifəsinin həvalə olunması hallarına yəqin ki, yalnız Azərbaycanın məhkəmə-hüquq təcrübəsində rast gəlmək olar.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Salman Babayev də neçə il əvvəl korrupsiya əməlinə görə töhmət almışdı, amma yenə də hakim vəzifəsində qalırdı... “Təzadlar” ötən saylarında bu barədə yazmışdı... Maraqlıdır ki, adi bir insan 200-300 manat pul mənimsəyəndə onun barəsində cinayət işi başlanır. Amma dəfələrlə olub ki, hakimlər adbaad korrupsiya əməlinə görə MHŞ tərəfindən cəza alırlar, amma vəzifələrini davam etdirirlər. Bu hakim toxunulmazlığıdırmı? Yaxın keşmişə qayıdaq, (2007-ci ildə Məhkəmə-Hüquq Şurasının növbəti iclaslarının birində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və yeni apellyasiya məhkəmələrinin formalaşdırılması məsələləri müzakirə edilir... Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən iclasın rəsmi protokolunda qeyd olunur ki, “Son dövrdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericilikdə mütərəqqi dəyişikliklər edilmiş, beynəlxalq təcrübəyə uyğun yeni təsisatlar yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün əsaslı tədbirlər görülmüş, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçimi təşkil olunmuşdur... Şuranın iclasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, o cümlədən vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiklərinə görə Apellyasiya məhkəməsinin hakimləri Cavanşir Məmmədov, Bəhram Şükürov və Salman Babayev intizam məsuliyyətinə cəlb edilməklə onların vəzifədə aşağı salınması barədə qərar qəbul olunmuş, həmin məhkəmənin hakimi Allahverən Həsənova, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovaya və Nizami rayon məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilmişdir...”. Sonradan həmin Salman Babayev Gəncəyə iqtisad məhkəməsinə hakim göndərildi. Barəsində yüzlərlə şikayət olan hakim hələ bir yeni vəzifəyə də göndərilir. Ta pensiyaya çıxana kimi, korrupsiya yolu ilə qazandıqlarını nəvələrinə rahat xərcləməsi üçün... Yüzlərlə insan isə onun qanunsuz qərarları ilə zəlilliyini ömrünün axırına kimi davam etdirəcək. Yaxşı, bunu Məhkəmə Hüquq Şurası götürür, bir söz demirik, bəs göydə Allah niyə götürür???


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|