Dövlətin dava-dərman siyasəti Gəncədə yürüməz... - Çünki qaynaq fərqlidir...
Tarix: 3-09-2015, 11:13 | Çap et
 Ötən saylarımızda dərc etdiyimiz bir neçə materialda, biz Gəncə şəhər səhiyyə sisteminin fəaliyyətində müşahidə olunan bəzi neqativ hallardan bəhs etmişdik. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda qeyd olunmuşdu ki, bu gün Gəncə səhiyyəsinin ən zəif nöqtələrindən biri kimi məhz şəhər Psixonevroloji Dispanseri çıxış etməkdədir. Redaksiyamıza daxil olan məlumatlarda bu müəssisənin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. Məlumatlarda iddia olunur ki, şəhərdə formalaşmış ümumi ictimai rəyə görə məhz Y.Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində bu gün dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal almışdır. Bu xüsusda mənbələr bildirirlər ki, əhaliyə psixonevroloji, psixoprofilaktik tibbi xidmət göstərmək, psixi qüsuru olan xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan səhiyyə ocağının baş həkimi özbaşına işlərlə məşğuldur. İddialara görə dispanserdə müalicə alan insanlar, həmçinin tibbi personal baş həkimin qanunsuz fəaliyyətindən beziblər. İş o yerə çatıb ki, baş həkimlə razılığa gələn sağlam şəxslər də burdan “dəlilik kağızı” ala bilirlər. Daha sonra məlimatlarda bildirilir ki, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Həm də məlumatlara görə görə, Gəncə şəhər Psixonevroloji Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həkimlər isə Yaşar Əliyevin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Bundan başqa, açıqlamalarda vurğulanır ki, məhz ictimai baxımdan daha çox təhlükə törədə biləcək bir məqam da vətəndaşlara işə qəbul üçün tələb olunan arayışların verilməsi ilə bağlıdır. Məlum olduğu kimi, təhlükəsizlik baxımından, bəzi vəzifələrə işə qəbul zamanı vətəndaşların narkoloji və əsəb dispanserlərində müayinədən keçmələri tələb olunur. Yəqin ki, bu prosedurun və ən əsası da müayinənin nəticələrinin nə dərəcədə ciddi əhəmiyyət kəsb etdiyini izah etməyə ehtiyac yoxdur. Mənbələr isə bildirirlər ki, məhz Gəncə şəhər Psixonevroloji Dispanserində müəyyən məbləğdə rüşvət verməkdən imtina etməyən şəxslər hətta müayinə olunmadan belə tələb olunan arayışı ala bilərlər. Bununla belə məlumatlarda belə bir məqam da vurğulanır ki, Yaşar həkim daha çox sürücülük vəsiqəsinin alınması üçün tələb olunana arayışların yazılması sahəsində “ixtisaslaşır”. Həmçinin daxil olan məlumatlarda, dispander rəhbərliyinin buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncə şəhərində və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Bir çox mənbələr isə, həmin apteklərdən də bəzilərinin elə baş həkimin özünə aid olduğunu iddia edirlər...\\bizimdovr.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56 |
|
|
|
|