Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                 

Talıbovun əsas məmurları “vitrində”… - Səbuhi Məmmədovun “Arkoz” sevgisi nədən qaynaqlanır?
Tarix: 25-12-2023, 09:27 | Çap et
Talıbovun əsas məmurları “vitrində”…
Vasif Talıbovun vəzifəsilə vidalaşmasından bir ildən artıq vaxt ötüb. Bəs bu müddət ərzində Naxçıvanda fundamental dəyişiklik olubmu? Əslində, bir ilə bunu gözləmək də məntiqsiz olardı. Cünki illərdən bəri yığışıb qalan problemlərin cəmi bir il ərzində həlli mümkün deyildi. Ancaq sadə naxçıvanlılar hesab edir ki, heç olmasa tikinti sektorunu canlandırmaqla iş yerlərinin açılmasına nail olmaq mümkün idi. Etiraf edək ki, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra, əhalinin daha çox çalışdığı sahələrdən olan tikinti sektorunda sükunət hökm sürür. Əvvəl bu vəziyyəti biz də başqaları kimi yeni komandanın səriştəsizliyi kimi qəbul edirdik. Ancaq son günlər ərzində önümüzdə canlanan mənzərə, təqdim olunan faktlar mövzuya olan münasibətimizə bir qədər korrektələr etmiş oldu. Sən demə, tikinti sahəsində hökm sürən sükutun çox dərin və obyektiv səbəbləri varmış. Bir neçə gündür ki, Naxçıvanda tikinti sektorda baş vermiş özbaşınalıqlarla bağlı çeşidli məlumatlar tirajlanır. Həmin materiallarla tanış olduqda bəlli olur ki, demə, Vasif Talıbov dönəmində icra edilən böyük tikinti layihələrinin əksəriyyətinin nəinki normal sənədləri, heç layihəsi və smetası belə olmayıb. Bütün bu işləri görən şirkət isə talıbovlarla , türk əsilli iş adamı – Emin Uçalın şərik işlətdikləri “Gəmiqaya” , sonra isə ondan törəyən “Arkoz” olub. Naxçıvandakı yeni rəhbərlik “Arkoz”un gördüyü işləri təhvil götürəndə dəhşətli mənzərə ilə üzləşib. Görüblər ki, hətta Prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi strateji tikililər qısa müddət ərzində dağılıb, ciddi aşınmaya məruz qalıb. Məlum olub ki, tikintilərdə keyfiyyətsiz materiallardan istifadə edilib. “Arkoz”dan etdikləri nöqsanları aradan qaldırmaq tələb olunanda isə, onlar bunu tələb edənlərin üzərinə media preysinqi ilə cavab veriblər. Etiraf edək ki, “Arkoz”un mövqeyini ifadə edən yazıları biz də digər KİV-lərə istinadən saytımızda vermişik və istəyənlər axtarış verib, onlarla tanış ola bilər. Bunu ona görə xatırladırıq ki, kimsə bizi birtərəfli olmaqda ittiham etməsin. Təsəvvürümüz nə vaxt dəyişdi? “Arkoz”un ittihamlarına tuş gələn və oradakı layihələrin konsaltinqini həyata keçirən şirkət Naxçıvana bir media tur təşkil etdi. Həmin media turda iştirak edənlərdən biri də, hörmətli həmkarımız Heydər Oğuz oldu. Məhz Heydər Oğuzun konkret faktlara əsaslanan silsilə reportajlarından sonra belə qənaətə gəldik ki, əslində, “Arkoz” – un qaldırdığı bu səs-küy məsuliyyətdən yayınmaq üçün imiş.
Məhz bunları tam dərk edəndən sonra, “Naxçıvanın tikinti sektorunda kompromat savaşı” adlı bir videomateral hazırladıq. Bundan sonra, bilirsinizmi, “Arkoz”la bağlı nə qədər şikayət aldıq? Məsələn, Quliyev Malik İbrahim oğlu bizimlə əlaqə saxlayaraq bildirdi ki, o, “Naxçıvançay İstirahət Mərkəzinin” tikintisində podratçı kimi 201 min manatlıq iş görüb, ancaq “Arkoz” onun vəsaitini ödəmək istəmir. Hazırda bu işin məhkəmə müstəvisində araşdırıldığı bildirildi. Sözügedən iş adamı “Arkoz”un bu özbaşınalığı ilə bağlı bizə geniş videomüsahibə də verməyə hazır olduğunu bildirdi. “Arkoz”la bağlı edilən çoxsaylı şikayətlərdən sonra həmin şirkətin

Naxçıvandakı “vitrinini” araşdırdıq. Rəhbərlik və əsas söz sahiblərinin köhnə Vasif Talıbov komandasının məmur təmsilçilərindən təşkil edildiyinin şahidi olduq. Məsələn, onlardan birinin adını qeyd edək: Asəf Məmmədov. Bu adam Talıbov hakimiyyəti dönəmində Tikinti Komitəsinin sədri, sonra isə Baş nazir Səbuhi Məmmədovun müavini işləyib. Demək olar ki, tikintiyə görə əsas məsuliyyət daşıyan adam olub. Sonra Vasif Talıbov bu adamı əməlli başlı “sıxıb suyunu” çıxardı. Həmin vaxt mediada Asəf Məmmədovun özünü asdığına dair məlumat yayıldı. Bu adam qorxusundan ölü yox, diri olduğunu belə çıxıb mediaya deməyə cəsarət etmirdi. Özü ilə danışıb, dəqiqləşdirəndən sonra onun ölməyib, diri olduğunu ilk olaraq biz yaydıq. Bu adamın Bakıda dəyəri milyonlarla ölçülən mülkləri var. Məsələn, Yasamal ərazisindəki “Tri korona” deyilən binanın birinci mərtəbəsində “Araz” marketə icarəyə verilən iri həcmli “obyektin” də sahibinin bu şəxs olduğu bildirilir. Asəf Məmmədovun elə həmin binada bir neçə mənzili də var. Onun Novxanıda bahalı villaları, “Həsənoğlu” şirkətinin inşa etdirdiyi binalarda bir neçə bahalı mənzilinin olduğu da dəqiqdir. Aydındır ki, Asəf Məmmədov bu varidata halal yollarla sahib olmayıb. Bəs onda niyə ona “gözün üstə qaşın var” deyən yoxdur? Bəyəm, “Arkoz”un çətiri altında olmaq ona toxunulmazlıq qazandırır? Kimdir bu adamı himayə edən ki, o, bir vaxtlar məmur kimi etdiyi qanunsuzluqları indi də “Arkoz”da davam etdirir?

“Arkoz”un Naxçıvanda əsas işgörənlərindən biri də Elçin Qəhrəmanov adlı şəxsdir. Bu adam da əvvəl Tikinti Komitəsinin sədri olub. Onun Hümbət adlı oğlu Seymur Talıbovla bacanaqdır. Hümbət Qəhrəmanov “Badamlı”, “Bahar karqo”nun əsas idarəçilərindən olub. Həm Asəf Məmmədovun, həm də Elçin Qəhrəmanovun korrupsioner keçmişlərinə baxmayaraq, burunlarının belə “qanamaması” bir sıra suallar doğurur: bacanağının atasını Seymur Talıbov himayə edirsə, bəs, Asəf Məmmədovun bu toxunulmazlığını kim təmin edir?
Maraqlıdır ki, bu adamların hər biri hazırda Naxçıvanın Baş naziri olan Səbuhi Məmmədova yaxınlıqları ilə seçilirlər. Hətta belə məlumatlar var ki, “Arkoz”un mövqeyini ifadə edən və Naxçıvanda gedən bəzi prosesləri dəqiq özündə əks etdirən bəzi məlumatları da mediaya məhz bu qrup tərəfindən sızdırılır. Biz bir dəfə bu mövzuya detallı toxunmuşuq. Əslində, Vasif Talıbov dönəminin əsas məsuliyyətini daşımalı olan şəxslərdən biri də məhz Baş nazir Səbuhi Məmmədov olmalıydı. Çünki onun tutduğu vəzifə bunu deməyə əsas verir. Biz isə Səbuhi Məmmədovun nəinki məsuliyyət daşıdığını, əksinə, öz mövqeyini qorumağı bacardığını, hətta yeri gələndə müəyyən işləri sabotaj edə bildiyinin də şahidi oluruq. Çox maraqlıdır ki, Vasif Talıbovun mövqeyi laxlayan vaxt, onun özünü və komandasını “yıxıb sürüyən” media Səbuhi Məmmədov və onun kurasiyasında olan vəzifəli şəxslərin üzərindən sükutla keçməli oldu. Bu faktın özü, çox mətləblərə aydınlıq gətirmiş olmurmu?

Deməli, belə çıxır ki, Naxçıvanın Baş nazirinin hazırkı mövqeyi MR-dəki strateji obyektləri zay vəziyyətə salan “Arkoz”dan şəffaflığın təmin olunmasını tələb edənlərlə deyil, Emil Uçar və onun ətrafında olan sabiq məmurlarla daha çox uzlaşır! Görəsən niyə?..

Azinforum.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru