'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                 

“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm” - İTTİHAM
Tarix: 14-09-2021, 09:24 | Çap et
“Maliyyə Nazirliyinin pulu necə və harası ilə saydığını bilmərəm”
“2022-ci ildə dövlət büdcəsinə vergi yığımları üçün nəzərdə tutulmuş proqnoz tapşırıqdakı 1 milyar 888 milyon manat artım risklidir”.

Ovqat.com xəbər verir ki, tanınmış iqtisadçı Elçin Qurbanov Maliyyə Nazirliyinin hazırladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”nı şərh edən məqaləsində belə yazıb.

Maraqlıdır ki, iqtisadçı öz analizini muğam sənətinin şöbələri üzərində qurub. Bunu isə Maliyə Nazirliyinin hazırladığı sənədin elmilikdən uzaq olması və oxuduqca muğam kimi yuxu gətirməsi “keyfiyyətləri” ilə əlaqələndirib.

“Qərara almışam ki, bundan sonra məqalələrimi muğam üslubunda hissələrə bölüm, onsuz da oxuyub yatmaqdan başqa nəticə hasil etmək olmur”, - iqtisadçı belə yazır.

İqtisadçı muziko- monetar analizinin “Bərdaş” bölməsində yazır:

Bərdaş

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il üçün büdcə daxilolmalarının Dövlət Vergi Xidmətinin payına düşən hissəsi 9 milyard 138 milyon manat təşkil edir. 2021-ci ildə isə bu rəqəm 7 milyard 250 milyon manat təşkil edirdi. Etiraf etməliyəm ki, pandemiya zərbəsindən sonra vergi yığımlarında birdən-birə 1 milyard 888 milyon mnat artım zəlzələ təəssüratı yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti bərpa işlərinin intensivliyi dövlət əsaslı investisiya qoyuluşlarının artması sıçrayış effektli artım üçün o qədər də ciddi mənbə yarada bilməz. Vergilər üzrə artım tempi bir neçə paralel əlamətlərlə müşahidə olunmalıdır: ÜDM real və ÜDM nominal. Bu anlayışlara görə, vergi yığımları da nominal həcmdə böyüyə və ya kiçilə bilər. Biz ölçüsü bəlli bir kasanın içərisində xalq təsərrüfatının həcmini nominal ifadədə dəyişsək də real ifadədə dəyişə bilməyəcəyik. Çünki ÜDM-in həqiqi nəticəsinə effektiv təsir edən əsas məfhum ixracdır. Təsəvvür edin ki, ixrac artmır, amma vahid qapalı məkanda təxminən eyni tempdə dinamik olan təsərrüfat üçün yeni xərclər yaranır. Burada bir xoşagəlməz gözlənti ola bilər, o da inflyasiyanın səviyyəsinin artımıdır. Vergi yığımlarının dərhal post-pandemiya (karantin) dövründə sıçrayışla artımı büdcə gəlirlərini nominal göstəricidə artıracaq, amma əhalinin yaşayış səviyyəsinə mənfi təsir edəcək. Sahibkarlıq sahəsində tənəzzül artacaq. Mən Maliyyə Nazirliyinin pulu necə, harası ilə saydığını deyə bilmərəm , amma onu bilirəm ki, təklif etdiyi proqnoz bir ayaq üstündə verilmiş qərardır”.

İqtisadçı daha sonra Maliyyə Nazirliyinə iqtisadiyyat elminin əlifbası sayılacaq mətləbləri başa salmağı məsləhət bilir:

“ÜDM = C + I + G + ( EX – İM)

C – Əhalinin istehlak xərcləri
I – Ümumi xüsusi investisiyalar
G – Dövlət xərcləri
EX – İxrac
İM – İdxal

ÜDM-in primitiv düstürunda EX –(ixrac) potensialının İM (idxal) potensialında müsbət artım fərqinə münasibətdə artım nəzərdə tutula bilər. Bizdə ixrac əməliyyatları üzrə qeyri-neft sektorunda artım demək olar ki, makrosferada nəzərəçarpmaz dərəcədə kiçikdir. Yəni bəlli ölçülü boşqabın içərisinə daxil olan nemətlər kənardan gələn valyuta ilə xarakterizə olunmalıdır. Boşqabın içərisindəki məhsulu sürətlə fırlatmaqla köpük effekti yaradaraq səviyyə nümayiş etdirmək yaxşı heç nə vəd etmir. Hərəkəti azaldan kimi şişirdilmiş köpük yoxa çıxdıqca məhsulun səviyyəsinin əvvəlkindən daha da aşağı düşdüyünü və yaxud tənəzzül etdiyini görəcəyik. Dövlət xərcləri və əhalinin istehlak xərclərindən yaranan dövriyyə ilə partlayış effektli vergi yığımları məntiqinə əsaslanan artım tətbiq etmək olmaz. Əks təqdirdə, böyük həcmdə yeni pul kütləsinin dövriyyəyə buraxılması məcburiyyəti yaranar ki, bu da inflyasiyanı şiddətləndirər.

"Yenə də saxtakarlıq, yenə də yalan!”

Bu gün vergi daxilolmalarında artımın ən mükəmməl yolu gömrük orqanlarının yerli istehlak qiymətləri ilə ƏDV və rüsumlar toplamasının qarşısının alınmasıdır. Çox təəssüflər olsun ki, Dövlət Gömrük Xidmətinin fəaliyyəti həm vergi yığımına, uçot sisteminə , həm də qiymətlərin tənzimlənməsinə mənfi təsir göstərir. Bu gün Gömrük Xidməti yerli tələb və təklif üzərindən idxal və ixrac siyasətini həyata keçirmək, əməliyyatları həcmini tənzimləmək, yerli istehsalı kənar rəqabətdən qorumaq, qiymət siyasətində Mərkəzi Bank və digər qurumlarla komissiyon fəaliyyət göstərmək əvəzinə saxta ƏDV və rüsumlarla ölkə rəhbərinin rəğbətini qazanmağa çalışır. Yenə də saxtakarlıq, yenə də yalan!”

İqtisadçı, analizinin “Maye” bölümündə İqtisadiyyat Nazirliyinin fəaliyyətinə işıq tutaraq vurğulayır:

Maye

Uğurlarımız; Mən İqtisadiyyat Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu sahədə bir çox təkzibolunmaz böyük uğurlarımız oldu: iqtisadi mühiti təşviq edən qanunlar qəbul olundu, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edildi. 2019-cu ildən qüvvədə olan yeni Vergi Məcəlləsi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafını və maliyyə risklərinin minimallaşdırılması məsələlərinə yönəldildi.

Feili

Mən əvvəllər vurğuladığım məsələlərin demək olar ki, bir qismi reallaşır. Artıq yanaşma da, sosial tələblərə münasibət də dəyişir. Bildiyiniz kimi inkişaf etmiş ölkələrdə fiskal proqozlaşdırmanın və büdcə daxilolmalarının əhəmiyyətli hissəsi üçün əsas mənbə fiziki şəxslərin gəlirləridir. 2019-cu ildən qüvvədə olan vergi qanunvericiliyi birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, fəaliyyətin fasiləsizliyinə, risklərinin minimallaşdırılmasına və əmək qabiliyyətli əhalinin sosial sığortasının gücləndirilməsinə xidmət edir. Bu da təsadüfi deyil; ölkədə mikro və kiçik sahibkarlıq subyektləri sayca çoxluq təşkil edirlər. Aparılan bu islahatlar həmin kateqoriyalara aid sahibkarlıq subyektlərinin məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malik olması deməkdir. Burada dövlət vergi risklərini minimallaşdıraraq sosial sığorta yığımlarına üstünlük verməklə qabaqcıl ölkələrin təcrübəsini tətbiq etdi. Bu islahatlar həm də yeni iş yerlərinin açılmasına, pandemiya şəraitində lokaut hallarının qarşısının alınmasında dəstək ola bildi. Eyni zamanda əlverişli sahibkarlıq və investisiya mühitinin yaranmasına şərait yaratdı.

Digər tərəfdən, vergi mədəniyyətinin formalaşdırılması, elektron auditin tətbiqi, sahibkarlıq fəaliyyətinə maneə yaratmadan nəzarət sisteminin formalaşdırılması üçün imkanlar yaratdı. Yəqin ki, hər kəs əvvəlki Vergilər Nazirliyinin fəaliyyətini yaxşı xatırlayır. Təsərrüfat subyektlərində nəzarət tədbirləri nəinki sahibkarların, eynilə istehlakçıların da narahatlığına səbəb olurdu.

Mən yaxın qonşu ölkələrdə hətta bizdəki vergi sisteminin nöqsanlarını eşidirdim. Əlbəttə ki, belə hallar hüquqi döləvlət üçün baş ucalığı gətirmirdi. Sahibkarlar üçün yaranmış narahatçılıqlar, onların əsassız vergi orqanlarına dəvət olunması çox ciddi narazılıqlara yol açırdı. Bu da çoxsaylı investorların ölkədən getməsinə səbəb olurdu. Amma bu gün Dövlət Vergi Xidmətinin fəaliyyəti, demək olar ki, tam şəkildə qanunvericiliyin tələblərinə uyğun təşkil edilib. Elektron auditin tətbiqi ilə İqtisadiyyat Nazirliyi bütövlükdə vergi sistemində pərakəndəliyi aradan qaldırmağa müvvəfəq olub. Məmur və sahibkar münasibətlərinin minimuma endirilməsi sahibkarların sərbəst fəaliyyəti üçün şərait yaradaraq korrupsiya və rüşvətlə mübarizənin effektliyini artırıb. Əlbəttə, bunlar bizim uğurlarımızdır. Hesab edirəm ki, vergi mühitinin sağlamlaşdırılması, hüquq münasibətində liberallaşdırılması investisiya mühitinin yaxşılaşdırılmasına, xarici inevstisiyaların da ölkəmizə axınına səbəb olacaq.

Mikro və kiçik sahibkarlıq subyektlərinin uçot sisteminə nəzarət işinə güzəştli yanaşma isə demək olar ki, dövlətin daha çox sosial rifah siyasətinin əsas məqsəd olduğunu əks etdirir. Yəni şəffaflıq və hesabatlılıq proqramlarının tətbiqi, kölgə iqtisadiyyatının aradan qaldırılması kimi məsələlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə güzəştli yanaşma bunu deməyə əsas verir.

Bidad

Etiraf etmək lazımdır ki, şəfaflığın təmin olunmasında artıq istehlakçılar da yaxından iştirak edirlər. İstehlakçıların ƏDV-dən yararlanması, bunun üçün seçim etməsi şəffalığın vacibliyini diktə edir. Hesab edirəm ki, hazırda ƏDV məqsədləri üçün qeydiyyat daha çox könüllü xarakter daşıyır. Əks halda, rəqabət qabiliyyəti azalaraq sahibkarların istehlak bazarında uğursuzluqlarına gətirib çıxara bilər. Təsadüfi deyil ki, mikro sahibkarlıq subyektlərinə güzəştli vergitutmanın tətbiqi nəticə etibarilə dövlət üçün sosial yükün minimallaşdırılması deməkdir. Etiraf etməliyəm ki, bu gün əksər miktosahibkarlıq subyektlərinin fəaliyyəti orta və iri sahibkarlıq subyektlərindən aslıdır. Şəffaflığın da məhz buradan başladığını dövlət nəzərə alır.

Kiçik bir mənzərənin təsvirini diqqətə çatdırmaq istərdim. Məsələn, bazar tipli ticarət mərkəzlərində, xırda mağazalarda satışı təşkil olunan malların böyük əksəriyyəti və yaxud hamısı iri şirkətlərə məxsusdur. Əsas şəffaflıq və uçot məsələləri elə buradan başlayır. İri şirkətlər öz bazarlarını genişləndirmək üçün kiçik pərakəndə satış obyektlərinin fəaliyyətindən faydalanırlar. Əgər diqqət yetirsəniz, görərsiniz ki, mikro və kiçik sahibkarlar ən az maliyyə riskləri üzündən sıradan çıxma təhlükəsi ilə üz-üzə qalırlar. Realizə etdikləri malların dəyərini və icarə haqqlarını ödəyə bilmirlər. Bəzi hallarda satdıqları və ya təqdim etdikləri əmtəə və məhsulların bütövlükdə dəyərini cari xərclərə ödəməklə təchizatçı şirkətlər qarşısında borclanırlar. Nəticədə müflisləşmə qaçılmaz olur. Sahibkarlıq subyekti sıradan çıxır və dövlətin yükü artmalı olur.

Bütün bunları nəzərə alaraq mikro və kiçik sahibkarlıq subyektlərinin daha geniş dövlət qayğısına ehtiyacı olduğunu etiraf etmək yerinə düşər. Bütün bunları təsvir etməkdə məqsədim odur ki, həqiqi mənzərəni cənab Maliyyə Nazirliyinin rəsmiləri də başa düşə bilsin.

İdeal hədəfə çatmaq üçün uzun bir adaptasiya dövrü keçilməli, tədricən vergi mədəniyyətinin formalaşdırılması, könüllülük prinsipləri əsasında təşkili üçün zamana, təbliğata, dövlətə inam və etibarın gücləndirilməsinə ehtiyac var. Dövlətə inam və etibarın yaradılması hüququn hökmranlığı və qanunun aliliyi prinsiplərinin təşəkkül tapdığı bir cəmiyyətin formalaşdırılması ilə əlaqəlidir. Bu isə dövlət orqanlarının fəaliyyətində təcəssüm etməli və ümumilikdə cəmiyyətin əsas maraq dairəsinə çevrilməlidir.

Vergi yükünü artırmaq hədəfə çatmaq deyil, əksinə sahibkarlıq və investisiya mühitinə zərbə vurmaqdır. Ona görə də vergitutma üçün rezervlər düzgün araşdırılmalıdır ki, inzibati yollarla sərt vergiqoyma siyasəti, bəzi hallarda isə qanunsuz mənbələrin yaradılması halları baş verməsin. Bütün bunlar da iqtisadiyyata mənfi təsir göstərməsin.

ALLAH İNSAF VERSİN!

Elçin Qurbanov”
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru