Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                 

Nazir məktəbin yanında qanunsuz göydələn tikir - NARAZILIQ!
Tarix: 23-04-2021, 09:38 | Çap et
Nazir məktəbin yanında qanunsuz göydələn tikir
Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib.

Bakupost.az xəbər verir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılmışdı.

Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə başlanılıb.

Nazir məktəbin yanında qanunsuz göydələn tikir

Sakinlər nəyə etiraz edir

Sözügedən ərazi qapalıdır, Gəncə prospektinə birbaşa çıxışı yoxdur. O binaya yol mütləq yandakı binaların həyətindən keçməlidir. Tikilinin prospektə çıxışını isə “Şəms” mərasim evinin böyük binası bağlayır.

Tikilməyə başlanılan göydələnin sol tərəfində 3 binadan ibarət, 455 mənzilli kompleks, sağ yuxarı tərəfində isə 130 mənzilli bina var. 4 binanın heç birinin həyəti, demək olar ki, yoxdur və maşınların saxlanılması, uşaqların oynaması üçün şərait mövcud deyil. Üstəlik, ərazinin sağ tərəfində 7 binadan ibarət böyük kompleks də tikilib və məskunlaşmasına başlanılıb.

Nazir məktəbin yanında qanunsuz göydələn tikir

Hazırda ciddi sıxlıq, avtomobillərin binaya girişində dəqiqələrlə gözləmə, parklanmada çətinliklər var. Bir müddət öncə binada baş verən yanğın zamanı FHN-in yanğınsöndürəni yanğın baş verən mənzilə yaxınlaşmaq üçün 30 dəqiqədən artıq gözləməyə məcbur olmuşdu. Çünki həyətdəki sıxlıq iri qabaritli maşınların hərəkətini mümkünsüz edir.

Yalnız bundan sonra həyətə giriş-çıxışa nəzarət gücləndirilib. Buna baxmayaraq, sıxlığa nəzarət etmək yenə də mümkün deyil.
455 mənzilli kompleksdə məskunlaşma tam başa çatmayıb, hələ 70-dən çox mənzil boşdur. Məskunlaşmanın tam başa çatmasından sonra binanın həyətinə düşən yoldakı sıxlığın hansı səviyyədə olacağı indidən bəllidir.

Ərazidə yalnız 269 saylı məktəbin önündə 0,3 hektar boş ərazi var – yəni 30 sot. Yeni binanın da tikintisinə orada başlanılıb.

Aksiya və İH məsələyə qarışır

Ötən il 44 günlük savaşdan dərhal sonra sözügedən ərazidə Qaya-İnşaat MTN bina tikilməsi üçün ikinci dəfə qazıntı işlərinə başladı. Sakinlər bu binanın sıxlığı dəhşətli dərəcədə artıracağı, bu ərazidə yaşamağın artıq mümkünsüz olacağını bildirərək, aksiya keçirdi və Xətai rayon İcra Hakimiyyətinə müraciət edildi.

Xətai Rayon İcra Hakimiyyətindən gələn nümayəndələr ərazidə bina tikintisinin münasib olmadığını, bu tikintiyə icazənin ləğv edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edildiyini, cavab alındıqdan sonra sözügedən ərazidə kiçik park düzəldiləcəyini elan etdi.

Xətai İH-in mediaya da təqdim etdiyi rəsmi açıqlaması budur:
“Xətai rayonu, Gəncə prospekti 2942A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün “Qaya-İnşaat” MMC-yə icarəyə verilib.
Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə “Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.
Bu açıqlamadan qısa müddət sonra Fövqəladə Hallar Nazirliyindən əraziyə baxış üçün mütəxəssislər gəldi.

FHN mütəxəssisləri nələri aşkarladı?

FHN mütəxəssisləri ərazidə bina tikintisinin mümkün olub-olmadığını müəyyən etməli idilər. Onlar sakinlərin sözünü eşitmədən, ərazidə də heç bir ölçmə aparmadan yalnız MTK rəhbəri ilə “müzakirələr aparıb” çıxıb getdilər.
Ötən gün ərazidə tikintinin yenidən başlaması isə sübut edir ki, FHN tikintinin “normalara uyğun olması”na qərar verib - baxmayaraq ki, bir neçə ay öncə yanğın törəyən mənzilə FHN yanğınsöndürəni yaxınlaşa bilməmişdi. FHN hansı əsasla icazə verib, hansı ölçmə aparıb, prospektə birbaşa çıxışı olmayan, yolsuz, məktəbdən cəmi 8 metr məsafədə göydələn üçün dərin bünövrə qazılmasını necə sənədləşdirib?

Buna FHN cavab verməlidir.

Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə bina tikintisinin tikinti normalarına uyğun olmadığını mediaya açıqlamasında təsdiqləmişdi və bu barədə MTK rəhbərinə təlimat veriləcəyini vəd etmişdi.

Qeyd edək ki, Şəhərsalma və Arxitektura Komitəsinə 2020-ci ilin yanvar ayında yeni sədr təyin edilib. Prezident İlham Əliyev yeni sədr Anar Quliyevə təlimatlar da vermişdi: Bakıda özbaşınalığa son qoymaq, tikintiləri şəhərin arxitekturasına və yaşayış minimumlarına uyğun aparmaq və s.
A.Quliyev komitə sədri təyin olunandan sonra tikintilərin dayandırılması və yoxlanılması ciddi bir ümid də yaratmışdı. Üstəlik, Komitənin mediaya açıqlaması bu qanunsuz icazənin ləğv ediləcəyi, ərazinin yaşayış üçün cəhənnəmə çevrilməsinin qarşısının alınacağına ümid yaradırdı.
Ancaq qısa müddət sonra Xətai İH-in nümayəndəsi ərazidə yaşayan sakinlərə bildirdi ki, İH verdiyi vədi icra edə bilməyəcək. Çünki Qaya-İnşaat MTK-nı “nüfuzlu bir nazir” himayə edir və o, həm Arxitektura Komitəsinə, həm də İH-ə təsir edir. İH isə bu təsirə dözmək iqtidarında olmadığını etiraf etdi.

Kimdir bu iri nazir?

Hansısa nazirin bu kiçik ərazidə insanların həyatını cəhənnəmə döndərmək üçün təkid etməsi ağlasığmazdır. Niyə, məsələn, alternativ yer təklifi qəbul edilmir? Niyə mütləq məktəbin önündə bu bina tikilməli, məktəbin yolu bağlanmalı, ərazi dözülməz sıxlığa məhkum edilməlidir?

Bu sualların hamısı açıq qalır və hələlik, o nazirin adı də açıqlanmır.
Ərazidə yaşayan sakinlər isə həftə sonu aksiyaya hazırlaşırlar...













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru