Qəbələ icra hakimiyyəti qaçqın ailəsini qovur - “Deyirlər, çıxın, gedin Ağdama…”
Tarix: 23-05-2019, 10:08 | Çap et
 “Bu, yerləşdirildiyimiz ikinci çadır idi, yenə su basdı, səhərə yaxın qaçdıq çölə… İki gecədir çöldə yatırıq, hara gedəcəyimizi bilmirik”.
Ağdamdan məcburi köçkün olan və 26 ildir ki, Qəbələnin Nij kəndi yaxınlığında məskunlaşan Əliyevlər ailəsinin gecələməyə yeri yoxdur. Ailə başçısı Zabil Əliyev danışır ki, mayın 20-dən 21-nə keçən gecə güclü yağış nəticəsində məskunlaşdıqları çadıra su dolub, ailə üzvləri iki gündür ki, daldalanmağa yer tapmır. Ailə nə edəcəyini, harada gecələyəcəyini bilmir.
Ötən gecə çadırı su basıb
Hər şey ondan başlayıb ki, bu il martın 26-da Zabil Əliyevin məskunlaşdığı fermanın ərazisindəki fin tipli, taxta konstruksiyalı otaqlar yanıb. Ailə üzvləri bir neçə gün küçədə qaldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onlara elə fermanın yaxınlığında çadır qurub. Zabil Əliyevin sözlərinə görə, hər şeyləri yandığından, çadırın bəzi vacib əşyalarını (köhnə çarpayı, yorğan-döşək, uşaqlara geyim) elə yaxınlıqdakı uşaq bağçasından veriblər. Ancaq qısa müddətdən sonra yağış nəticəsində həmin çadırı su basıb. FHN ailəyə bir qədər aralıda başqa çadır qurub. Ötən gecə yağış nəticəsində bu çadıra da su dolub. “Deyirlər, çıxın, gedin Ağdama…”
Zabil Əliyev hələ aprelin əvvəlində – birinci çadırda məskunlaşdıqları vaxt yerli KİV-ə müraciət edərək çadır həyatının dözülməzliyindən danışmışdı. Onun deməsinə görə, yazı sayta yerləşdirildikdən sonra Qəbələ Rayon İcra Hakimiyyətinin işçiləri ailəyə baş çəkərək tapşırıb ki, bundan sonra saytlara məlumat verməsin:
“Dedilər ki, bunlar hamısı xarici, bizə düşmən olan saytlardır. Bizim inkişafımızı gözləri götürmür. Bir də saytlara müraciət eləmə… Özümüz səninçün ev də tikəcəyik, şərait də quracağıq. Həmin çadırı su basdı, gətirib bizə başqa çadır qurdular. Adamların verdiyi yorğan-döşəyi, çarpayını suyun içindən çıxarıb, qurudub gətirib ikinci çadıra yığdıq. Buranı da su basdı. Evimizi itirəndən iki aya yaxın vaxt keçib, nə ev tikmək fikirləri var, nə də yardım etmək… Son sözləri də budur ki, Ağdamdan gəlmisiz, yığışın, çıxın, gedin Ağdama, oralarda sizə gün ağlasınlar”.
Zabil Əliyev deyir, Nij kəndi yaxınlığında – məskunlaşdıqları ərazidə iki hektar torpaq sahəsi, bir qədər də qoyun-quzusu var. İllərdir ki, heyvandarlıqla məşğul olaraq ailəsini saxlayır. Bu səbəbdən də başqa yerə köçə bilməz: “Biz burda oturuşmuşuq. Burda 26 ilimiz keçib. Uşaqlarım, nəvələrim burda dünyaya göz açıb, böyüyüb. Mənim malım-heyvanım var. Çörəyim heyvandarlıqdan çıxır. Bu boyda ailəni götürüb Ağdama qayıtsam, acından öləcəyik. Orda heç nəyimiz yoxdur. Elə bir hökumətimiz də yoxdur ki, mənə torpaq, heyvan versin, heyvandarlıq işimi sıfırdan qurmağa kömək eləsin…”
Çadır həyatı ailə üzvlərini xəstə edib
Əliyevlərin məskunlaşdığı taxta tipli otaqlar Sovet vaxtı çobanların daldalanacaq yeri olub. 1993-cü ildə Ağdamdan köçkün düşəndən ailə buraya sığınıb. Yanğına səbəb evin üzərindən hörümçək toru kimi sallanan qəzalı elektrik naqillərindəki qısaqapanma olub. Son iki ayda yaşadıqları çadır həyatı ailə üzvlərinin sağlamlığını əllərindən alıb. Xüsusilə də ailədəki azyaşlılara çətindir. Onlardan biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. Çadır həyatı başlayandan məktəbə getmirlər. Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçkün ailəsinin məskunlaşdığı ev yandığı üçün ailəyə evi Fövqəladə Hallar Nazirliyi tikməlidir. Ya da ailəyə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sahib çıxmalı, onları qeydiyyatda olduqları Ağdama köçürməlidir. “Qaçqınkom” ailəni Ağdamda, yaxud yaxınlığında məcburi köçkünlər üçün yaradılmış yaşayış yerlərinə yerləşdirməlidir. Bununla bağlı icra hakimiyyəti həmin quruma müraciət edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|