ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                 

ZİYA MƏMMƏDOVUN AVTOBUS AYIBI
Tarix: 14-03-2012, 17:32 | Çap et
ZİYA MƏMMƏDOVUN AVTOBUS AYIBI

NN-NİN 798,3 MİLYON DOLLAR XƏRCLƏDİYİ AVTOBUSLARDA BİABIRÇILIQ

DİA.AZ: - Sərt keçən qış aylarında qısa fasilələrlə davam edən küləkli-çovğunlu qar paytaxtın avtobus nəqliyyatındakı problemləri daha da qabartdı. Təxminən ay yarım davam edən bu vəziyyət paytaxtın sərnişin nəqliyyatı infrastrukturunda idarəetmə sisteminin yarıtmaz vəziyyətdə olduğunu üzə çıxardı. Güclü qarlı və şaxtalı hava şəraitində Nəqliyyat Nazirliyi avtobusların iş qrafikini rəsmi olaraq yarıya qədər azaltdı. Qarlı və şaxtalı günlər geridə qaldıqca başqa bir problem özünü büruzə verməyə başladı. Bu dəfə avtobus salonlarına yayılan palçıq qarışıq su evdən işə, işdən evə tələsən sərnişinlərin üst-başını çirkləndirməklə ictimai narazılıq yaratdı. Qardan sonra yuyulmayan avtobuslarda salonlardan qalxan toz-torpaq isə sərnişinlər arasında növbəti narahatlığa səbəb oldu. Elə indi də paytaxt sakinlərinin narazılığına səbəb olan problemlərdən biri sərnişindaşıma xidməti göstərən avtobuslarda antisanitariya şəraitinin hökm sürməsidir. Belə ki, ilk görünüşdə avtobusların salonunda və oturacaqlardakı natəmizlik dərhal diqqət çəkir.

798,3 milyon dolların В«yuduğuВ» avtobuslar

Mütəxəssislər mövcud problemi avtoparklarda nəqliyyat vasitələrinə texniki qulluğun göstərilməməsi ilə əlaqələndirirlər. Ekspertlərin fikrincə, bu problem daha çox nəqliyyat şirkətlərinin və sürücülərin laqeydliyindən, qismən də avtobusların köhnəliyindən yaranır. Ancaq qəribədir ki, hazırda Bakıda sərnişindaşıma xidməti göstərən avtobusların əksəriyyəti dövlətin ayırdığı vəsait hesabına Nəqliyyat Nazirliyi tərəfindən xaricdən yenicə gətirilib. Hətta bu avtobusların bir qisminin xəttə buraxılmasının hələ bir ili tamam olmayıb.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə 2008-ci ildən xaricdən iritutumlu avtobuslar gətirməyə başlayıb. Həmin il avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. Ümumilikdə isə Azərbaycan hökuməti 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belorusdan 948 ədəd iri və orta tutumlu avtobus alaraq paytaxtın daxili sərnişindaşıma sistemini tamamilə yenidən qurub. Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı və keyfiyyətli avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərclər daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan В«MANВ» markalı avtobusların biri Azərbaycan hökumətinə 250 min dollara başa gəlib.

Çirkli avtobuslarla В«EurovisionВ»?

Maraqlıdır, bu qədər böyük məbləğli vəsaitlərin xərcləndiyi avtobuslarda xidmətin səviyyəsi niyə bu qədər aşağıdır? Paytaxtın avtobus parkının tam şəkildə yenilənməsinə baxmayaraq, avtobuslardakı mövcud natəmizlik Nəqliyyat Nazirliyini, onun müvafiq qurumlarını narahat etmirmi? Bəs, В«EurovisionВ» kimi beynəlxalq səviyyəli tədbirə hazırlaşan Bakıda sərnişin avtobuslarının fiziki görünüşü, xidmətin səviyyəsi şəhərə təşrif buyuran avropalı qonaqları razı salacaqmı?
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov həmişəki kimi nikbindir. Onun sözlərinə görə, hazırda paytaxtın nəqliyyat sektorunda çox cüzi problemlər var ki, onlar da В«EurovisionВ» yarışmasına qədər həllini tapacaq. Nazirlik rəsmisi avtobusların salonlarının çirkli və toz-torpaqlı olmasının bir səbəbini də şəhərin özünün natəmiz olması ilə əlaqələndirir. Onun sözlərinə görə, son illər paytaxtda genişmiqyaslı tikinti və yenidənqurma işləri aparıldığından şəhərdə toz və palçıq çoxalıb. Bu isə gün ərzində 12 saatdan çox xidmət göstərən sərnişin avtobuslarının da çirklənməsinə səbəb olur: В«Belə məsələlər daha çox Bakı Şəhər İcra Hakimiyyətindən asılıdır. Onlar şəhəri təmiz saxlasalar, küçələrdə, yollarda qazıntı işləri aparılmasa, avtobuslar da təmiz olarВ».

Avtobuslar parklarda yox, həyətlərdə В«gecələyirВ»

Xatırladaq ki, hələ sovet dövründə Bakıda sərnişindaşıma xidməti göstərən avtobuslar iş saatı başa çatdıqdan sonra bir qayda olaraq avtoparklarda saxlanılırdı. Burada avtobuslar hər gün yuyulmaqla yanaşı, texniki servis xidmətlərində xüsusi yoxlamalardan da keçirdi. Sürücülər isə adətən, səhər saatlarında avtoparka gələrək yuyulmuş və texniki baxışdan keçmiş avtobusları götürüb işə başlayar və axşam yenidən avtoparka qaytarardı.
Namiq Həsənov deyir ki, eyni növ xidmət hazırda da var və sərnişinlərin daşındığı avtobuslarda təmizliyə, sanitar vəziyyətə mütəmadi olaraq nəzarət olunur. Ancaq onun sözlərinə görə, sovet dövründə bu nəzarət sistemi vahid mərkəzdən idarə olunurdu və avtobuslar avtoparka daxil olan kimi ilk olaraq yuyulurdu: В«İndi isə Bakıda sərnişindaşıma xidməti özəl şirkətlərin əlindədir və avtobuslarda təmizliyə, sanitar və texniki vəziyyətə də şirkətlər özü məsuliyyət daşıyır. Mənim bildiyimə görə, indi Bakıda sərnişindaşıma xidməti göstərən şirkətlərin, o cümlədən В«Nihad motorsВ»un, В«TransgeytВ»in, В«SafВ» LTD, В«ÇinarlıВ» MMC-nin özünün avtoparkları var və orada avtobuslara bu xidmətlər göstərilir. Nəqliyyat Nazirliyi isə ümumi nəzarəti həyata keçirirВ».
Nəqliyyat Nazirliyinin rəsmisi onu da bildirir ki, təmsil etdiyi qurum avtobuslarda xidmətin səviyyəsinin yüksəldilməsi, sürücülərin yol hərəkəti və sərnişinlərlə davranış qaydalarına necə əməl etdiyini yoxlamaq məqsədilə mütəmadi reydlər keçirir. Onun sözlərinə görə, belə reydlərdə avtobusların texniki vəziyyətinə və təmizlik məsələlərinə xüsusi diqqət yetirilir: В«Yoxlamalar zamanı hansısa qüsurlar aşkarlanırsa, həmin avtobusun qapıları möhürlənir və məsələ araşdırılır. Əgər avtobusun natəmiz olmasında sürücünün, yaxud da həmin nəqliyyat vasitəsinin hüquqi sahibinin günahı sübut olunursa, müvafiq qaydada cəzalandırılır. Köhnə marşrutlarda belə problemlər daha çoxdur. Ancaq paytaxta yeni gətirilən avtobuslarda natəmizliyin ciddi problem olduğunu düşünmürəmВ».
Amma ortada olan reallıq bundan ibarətdir ki, marşrut avtobuslarında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Avtobuslarda atılan tullantılar həftələrlə təmizlənmir. Yağış yağanda sərnişinlərin ayağında avtobusun içərisinə yayılan palçıq yuyulmur. Belə halların üstündən bir neçə gün keçməsinə baxmayaraq, növbəti dəfə marşruta minəndə vəziyyəti ötən gün gördüyün kimi görürsən. Avtobusların salonlarında hökm sürən natəmizliyə görə sürücülərin günahlandırmaq düzgün deyil. Günah paytaxtın yollarında olan palçıqdadır. Paytaxt küçələri palçıq içərisindədir. Sərnişin ayaqqabısı palçıqlı halda marşruta minir, bu zaman zir-zibil salonda qalmalı olur. Sürücü avtomobili idarə etməlidir, təmizlik işləri ilə isə qarajlarda məşğul olmalıdırlar. Avtobuslar xəttə buraxılmazdan əvvəl yuyulub təmizlənməli, texniki baxışdan keçməlidir. Bu işlərlə avtodayanacaqlarda məşğul olmalıdırlar. Lakin avtobusların böyük əksəriyyəti heç qarajlara da getmir, onlar gecələr parklarda yox, sürücülərin öz həyətlərində saxlanılır. Ona görə də avtobusların salonları aylarla yuyulmur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru