"Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                 

Trampın zəfəranlı İranı - Az qaldı…
Tarix: 14-01-2026, 03:09 | Çap et
2019-cu ilin apreli. Nyu York. Trampın birinci prezidentlik dönəmi. Nyu York meri, Trampın müşaviri Rudi Culianinin təşkilatçılığı ilə “İranın gələcəyi” adlı geniş tərkibli 2 günlük müzakirələrin başlamasına saatlar qalır.
Şahçılar, kürdlər, bəluclar, ərəblər, qaşqaylar, giləklər…, yavaş-yavaş yerlərini alırlar. Güney Azərbaycanı yalnız bir təşkilat təmsil edir - Azərbaycan Mərkəz Partiyası (AMP). Şahçılar qatıldığı üçün Güney Azərbaycanın digər təşkilatları dəvəti qəbul etməyib. Amma fərd olaraq dünyanın bir çox bölgəsində yaşayan güneylilər gəliblər - ABŞ-dan, Kanadadan, Fransadan, İsveçdən, Norveçdən… Müzakirələrdən tam uzaq qalmaq istəmirlər.
Biz də ordayıq. AMP-nin göndərdiyi dəvətnamə ilə ABŞ-ın Bakı böyükelçiliyi 1 gün içində bizə - Azərbaycan Respublikasından gedəcək 5 nəfərə 1 illik çoxgirişli viza verib.
Nyu Yorkun mərkəzindəki Ruzvelt otelə yerləşdirilmişik. Toplantı da burada olacaq. Molla rejiminin ola biləcək təxribatlarını önləmək üçün son dərəcə ciddi güvənlik tədbirləri görülüb. Otel polis kordonları ilə çevrələnib, paralel-perpendikulyar küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, oteldən 1 saniyəlik belə çıxsan, üçqat yoxlamadan keçmədən geridönüş mümkünsüzdür.
Toplantı salonu girişində ABŞ üçün xarakterik “coffe break” yerinə çeşid-çeşid İran şirniləri düzülən çay süfrəsi açılıb. Şirniyə, şərbətə qatılan zəfəranın xoş qoxusu Nyu York havasına girməyə imkan vermir) Toplantının da simgəsi zəfərandır. ABŞ İranın gələcəyi üçün məhz zəfəranı simgə seçib. Akkreditə kartını alan hər kəsə bir ədəd də zəfəran təsvirli yaxa sancağı verilir. Sonra Rudi Culiani izah edəcəkdi ki, İranın gələcəyini dəyərli və gözəl gördükləri üçün bu özəllikləri daşıyan zəfəranı simvol seçiblər.
Rza Pəhləvi də oradadır. 3-5 tərəfdarı ilə bir kənarda dayanıb söhbət edir. Heç ona tərəf baxan da yoxdur…
Toplantıya 10-15 dəqiqə qalmış salondaki son yerlər dolur. Kameralar, miktafonlar son dəfə test edirlir. Az sonra Rudi Culiani və digər rəsmilər protokoldakı yerlərini alırlar. Kürsüyə də ilk Culiani çıxır. O zaman hələ adı Ukraynadakı korrupsiya qalmaqalına qarışmamış mer çox əmin danışır:”Sizi Nyu York meri və prezident müşaviri kimi əmin edirəm - 2 il sonra yer üzündə İran İslam Respublikası adlı dövlət olmayacaq”. Bu onun təxminən 20 dəqiqəlik çıxışının ən təntənəli cümləsi idi. Amma çıxışda barmaq silkələmə də vardı - mollalara yox Fransaya:”Tehran rejimi hər gün edam qərarları verir. Minlərlə insan sadəcə azad yaşamaq arzularına görə asılır. Fransa embarqolara baxmayaraq İrana iqtisadi qapılar açır. Paris!!! Bil ki, İranda günahsız insanların boğazına keçən hər kəndir həm də sənin pulunla alınır, o tökülən qanlarda sənin də əlin var. Bunun hesabını mütləq verəcəksən”.
ABŞ-ın rəsmisi Fransanı açıq-aşkar fars molla rejiminin hamisi adlandırırdı…
Ən gözlənilməz olay Culianinin çıxışından sonra oldu. İlk söz Azərbaycan Mərkəz Partiyası başqanı Saleh Kamraniyə verildi… Kürsünün tam önündə oturan şahçılar qurdalanmağa, salona dağınıq halda yayılan kürdlər vurnuxnağa başladılar… “Niyə biz yox, türklər” sualını bütün vücudları ilə canlandırdılar.
Kamrani əhatəli bir çıxış etdi. Sonrakı fəaliyyətində bəyənmədiyimiz məqamlar olsa da, ogünkü çıxışı dərin idi. İslam inqilabından sonra molla rejiminin xalqlara divan tutmasını, din qiyafəsinə bürünüb insan azadlıqlarına, fikir çeşidliliyinə savaş açdığını, milyonlarla insanı repressiya maşınından keçirdiyini, 80 milyonluq böyük bir toplumun zülm altında inlədiyini faktlarla danışdı. Sonda dünya ölkələrini Xamneyi rejiminin iranlılara qarşı törətdiyi dövlət te@rroruna səssiz qalmamağa çağırdı.
Kamranidən sonra söz digərlərinə verildi. Bu gün də düşünürəm ki, Ağ Evin təşkil etdiyi toplantıda ilk sözün Güney Azərbaycan təşkilatına - İran türklərinə verilməsi “əlifba olayı” deyildi. ABŞ belə bəsit deyil. Bu, dərin bir analizin sonucu kimi ortadaydı. ABŞ İranı yeniləyə biləcək ən təsirli güc kimi türkləri gördüyünü mollalara qarşı ondan mədəd umanlara göstərirdi.
Sonra… Pandemiya başladı. Culianinin “2 il sonra İran olmayacaq” proqnozu yubandı. Ardınca Tramp dönəmi başa çatdı, daim bayğın Bayden dönəmi gəldi. Tehran Ağ Evdən yeni embarqolar və bəyanatlardan başqa nəsnə görmədi.
İndi - ikinci dönəmində Tramp qaldığı yerdən davam edir. Köhnə nizamı sındırıb yenisini qurmağa çalışır. Mollalarla hesablaşmaq zamanının gəldiyini düşünür. Sürətli və qərarlı görünür. Saat kimi işləyən bir mexanizm qurulduğu ortadadır. Xamneyiyə göz açdırmır. Hərbi gücü haqqında əfsanələr quraşdırılan İranı daxili təhlükəsizliyini qorumaqda aciz ölkə kimi ifşa edir.
Pəhləviləri Nyu York toplantısındakı kimi indi də birinci sırada “oturdub”. Amma “ilk sözü” türklərə - məsələn, Pezeşkiana verməyəcəyi nə məlum? ABŞ-dan ən çox “biz İranın sərhədlərinin dəyişdirilməsinin tərəfdarı deyilik” cümləsi səsləndirilmirmi? ABŞ-ın regiondakı tərəfdaşları da İranın sərhədlərinin dəyişdirilməməsinin tərəfdarı deyillərmi?
Az qaldı…
14.01.2026, Bakı.
Aygün Muradxanlı - "DİA-AZ"
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR 










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru