Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                 

Partlayışın İranla ABŞ arasında görüşün keçirildiyi gün baş verməsi təsadüfi sayıla bilməz - “Bəndər Abbas hədəsi” kimə ünvanlanıb?
Tarix: 29-04-2025, 00:16 | Çap et
 Partlayışın İranla ABŞ arasında görüşün keçirildiyi gün baş verməsi təsadüfi sayıla bilməz
Aprelin 26-da İranda faciəvi hadisə baş verib. Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib. Hadisə nəticəsində 40 nəfərin öldüyü, 1200-dən insanın xəsarət aldığı bildirilir. Ölkə üzrə aprelin 28-də matəm elan edilib.

İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Nazirlik xəbərdarlıq edərək bildirib ki, partlayış nəticəsində ammiak, kükürd dioksidi və azot dioksidi də daxil olmaqla, təhlükəli çirkləndiricilər yayılıb. Nazirlik sakinlərə evdə qalmağı, açıq fəaliyyətlərdən çəkinməyi və pəncərələri bağlı saxlamağı tövsiyə edib.

Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara xüsusi maskalar taxmaq tövsiyə olunub. Sakinlərə tez-tez əl-üzlərinin yumağı, qoruyucu geyimlərdən istifadə etməyi məsləhət görüblər.

Rəsmi mənbələr partlayışın səbəbi barədə açıqlama verməyib. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir.

İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei bir gün sonra - apreln 27-də hadisə ilə bağlı açıqlamasında Şəhid Rəcai limanındakı “yanğın”ı “kədər və narahatlıq səbəbi” adlandırıb: “Təhlükəsizlik və ədliyyə məmurları hərtərəfli araşdırma aparmağa, istənilən səhlənkarlıq və ya qəsdən edilmiş əməli üzə çıxarmağa, nizam-intizam əsasında onu təqib etməyə borcludurlar”.

Onun sözlərinə görə, rejimin səlahiyyətliləri “acı və zərərli hadisələrin qarşısını almağa” borclu olmalıdırlar.

Xameneinin ismarışından da göründüyü kimi, hadisənin konkret səbəbi göstərilmir. Bununla belə o, təhlükəsizlik tədbirlərin görülməsində səhlənkarlıq və ya qəsd olması ehtimalını qeyd edib.

Rəsmi məlumat, yaxud versiya olmadığından müxtəlif ehtimallar irəli sürülür. Məsələn, bildirilir ki, İranın ballistik raketlər proqramı üçün lazım olan yanacaqlar “Müstəzəfan fondu”nun taxıl anbarında gizlədilib. Hadisə yanacaqla bağlı materialların alışması nəticəsində baş verdiyi ehtimal edilir.

“İran İnternational” saytının icraçı redaktoru Əli Əsgər Ramazanpur “Tirt-e Əvvəl” proqramına müsahibəsində deyib: “Bəndər Abbas hadisəsi ilə bağlı rəsmi statistika həm təhqiredici, həm də narahatedicidir. Təhqiredicidir, çünki bu, hökumətin vətəndaşların həyatına əhəmiyyət vermədiyini göstərir, narahatedicidir, çünki yardım saxta statistikaya əsaslanaraq verilə bilər və daha çox insan həyatını riskə ata bilər”.

“New York Times”ın yazdığına görə, Bəndər Abbas partlayışlarının mənbəyi İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus ballistik raket yanacağı olub. Qvardiyaya yaxın mənbə bildirib ki, İranın ən mühüm ticarət limanı olan Bəndər Abbasda baş verən partlayışlar “natrium perxlorat” (“sodium perchlorate”) kimyəvi birləşməsinin daşınması və saxlanmasında ehtiyatsızlıq nəticəsində baş verib.

Həmin materialdan SEPAH-ın ballistik raketləri üçün bərk yanacaq hazırlamaq məqsədilə istifadə olunur.

Bundan əvvəl “Associated Press” agentliyi “Embry Marine Security Company”yə istinadən məlumat vermişdi ki, partlayışlara səbəb qvardiyanın ballistik raketləri üçün bərk yanacaq yüklərinin saxlanmasında yol verilən ehtiyatsızlıq olub. Bununla belə, havadan çəkilmiş görüntülər partlayışlarda təxribat olduğuna dair şübhələr yaradır.

“Əl-Cəzirə”nin İrandakı müxbiri də bu hadisəni 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla müqayisə edib. O vaxt Livanın yüksək səviyyəli liderləri “Hizbullah”ın tam nəzarəti altında olan Beyrut Limanında baş verən partlayışın SEPAH-ın “Quds” qoşunları tərəfindən minlərlə ton natrium perxloratın qanunsuz saxlanması nəticəsində baş verdiyini bildirmişlər.

Havadan görüntülər partlayışlarının üç ayrı yerdə baş verdiyini göstərir. Bu da partlayışların təxribat nəticəsində törədildiyi şübhəsini gücləndirir.

İranın Müdafiə Nazirliyi isə hadisənin hərbi yüklərlə əlaqəsi olmadığına dair açıqlama yayıb.

Qurum bəzi xəbərlərin dərcini “düşmənlərin psixoloji əməliyyatları” və “xarici medianın əməlləri” adlandırıb.

İslam Respublikası Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, rəsmilər - ölkənin Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatı və Daxili İşlər Nazirliyi partlayışların "əsas və ikinci dərəcəli səbəblərini" "uyğun zamanda" elan edəcəklərini bildiriblər. Onlar ictimaiyyəti əmin edib ki, hadisə bölgəsində və bütün Şəhid Rəcai Limanında ballistik raket üçün yanacaq, yaxud hərbi istifadə üçün idxal və ya ixrac edilən yüklər yoxdur.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə bəyanatlarında Bəndər Abbasda baş verən partlayışları "qəza" adlandırıb.

Hadisənin səbəbi bütün hallarda təhlükəsizliyin təmin olunmamasıdır.

Tehran ABŞ və İsraili, eləcə də onların tərəfdaş və müttəfiqlərini tez-tez hədələyir. Bildirir ki, İslam Respublikası ərazisinə hücum ediləcəyi halda İsrail və ABŞ-nin, müttəfiqlərinin, tərəfdaşlarının bazalarına zərbələrin endirəcək.

Şəhid Rəcai limanındakı partlayış, səbəbi nə olursa-olsun, regional və qlobal miqyasda xəbərdarlıq sayıla bilər. İrana xəbərdarlıq nədən ibarətdir? Bu hadisə İranın kimyəvi, neft-qaz, nüvə obyektlərində partlayışlardan yarana biləcək fəsadların, faciənin miqyasını, nəticəsini göstərdi.

Partlayış Omanda ABŞ və İran nümayəndələri arasında Tehranın nüvə məsələsinə dair birbaşa olmayan görüsün keçirildiyi tarixdə baş verib. Ona görə də belə ehtimal etmək olar ki, ABŞ və müttəfiqləri hadisənin törədilməsində iştirak etmir. İran hakimiyyəti daxilində bu görüşü qəbul etməyən qüvvələr var. Onlar bütün tərəflərə - Vaşinqtona, Təl-Əvivə və Tehrana regionu və İranı “Şəhid Rəcai limanına çevirə bilərik” ismarışı verməklə, danışıqların davam etməsinə qarşı çıxıblar. Danışıqların dördüncü mərhələsinin keçiriləcəyi də nəzərdə tutulub.

Beləliklə, Şahid Rəcai limanındakı hadisə İranla İsrail və ABŞ münasibətlərinin nəticəsi olaraq ortaya çıxa bilər. Belə hadisələrin təkrarlanması daha fəlakətli nəticələr ortaya çıxarar…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru