Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                 

Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Tarix: 27-12-2024, 06:32 | Çap et
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi
Dekabrın 29-da qonşu Gürcüstanda siyasi böhran gərgin fazaya qədəm qoya bilər. Həmin gün Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər. O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib.

Gərginlik ona görə gözlənilir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin və dekabrın 14-də keçirilən prezident seçkilərinin nəticələrini tanımır. Etiraz aksiyaları keçirən müxalifət yeni parlament seçkilərinin keçirilməsini tələb edir.

Müxalifətin tərəfində dayanan hazırkı Prezident Salome Zurabişvili prezident seçkilərini “qeyri-legitim” sayır və postundan ayrılmayacağını bildirmişdi. Dünən isə "İnterpressnews"a videomüraciəti zamanı Zurabişvili qeyd edib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası və müxalifət yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı kompromis əldə etməsələr, o zaman Gürcüstan “rejimin devrilməsi” ilə üzləşəcək: “Böhran elə bir mərhələyə çatıb ki, bizim başqa seçimimiz qalmayıb".

Zurabişvili hesab edir ki, mövcud vəziyyətin iki həll yolu var: ya dekabrın 29-na qədər yeni seçkilərin vaxtını təyin etmək və “seçicilərin etimadını bərpa etmək”, ya da “indiki rejimi devirmək”.

“Bu rejim öz-özünə dağılır və heç kim buna qarışmır. Bu, sizin günahınızdır".

Hakim “Gürcü Arzusu” Zurabişvilinin çağırışına məhəl qoymur və Prezidenti “xaricə işləməkdə”, “ölkədə inqilaba cəhddə” günahlandırır.

Qeyd edək ki, gürcü müxalifəti andiçmə gününə Tiflisin mərkəzində mitinq təyin edib. Gözlənilir ki, mitinqdə böyük etirazçı kütlə iştirak edəcək, gürcü polisi mitinqi zorakılıqla dağıdacaq. Ekspertlər hesab edirlər ki, bu siyasi böhran inqilabla əvəzlənə bilər ki, ölkədə qarışıqlıq daha ciddi vüsət ala bilər.

Azərbaycanlı politoloq İlyas Hüseynov AYNA-ya bildirib ki, həqiqəqtən də qonşu ölkədə baş verənlər, gərginlik kifayət qədər ciddidir: “Bunun da günahı hesab edirəm ki, daxili proseslərə xarici müdaxilədir. “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi və parlament seçkiləri ərəfəsində Qərbin Gürcüstanda baş verən proseslərə açıq müdaxiləsi müşahidə edilirdi. Özünü müxalifətin lideri kimi təqdim edən Prezident Zurabişvili hakimiyyəti təhvil vermək istəmir. Zurabişvili parlamentin legitimliyini şübhə altına alaraq təkrar seçki tələb edir. Hesab edirəm ki, xanım Zurabişvili bununla gürcü xalqının siyasi iradəsinə hörmətsizlik edir”.

“Zurabişvilinin postundan getmək istəməməsi, onun hansısa formada postunu qorumaq istəyi Gürcüstanda böyük toqquşmalara gətirib çıxara bilər. Çünki hakim "Gürcü Arzusu" geri çəkilmək niyyətində deyil. Bu isə böhranın dərinləşəcəyi ehtimalını artırır”, - analitik qeyd edib.

İ.Hüseynov hesab edir ki, Zurabişvili öz səlahiyyətlərini təhvil verməsə, onun həbs edilməsi mümkündür: “Çünki hakim partiya başqa yolu qalmadığını bəyan edə, xanım ölkə başçısını cinayət məsuliyyətinə cəlb edə bilər. Zurabişvilinin məqsədlərinə çatmaq istəyi, özünü müxalifətin lideri kimi təqdim etməsi sabiq Prezident Mixail Saakaşvilinin addımlarını xatırladır. Bu günlərdə Baş nazir İrakli Kobaxidzenin “Zurabişvilinin dəmir barmaqlılar arxasında ola biləcəyi” barədə söylədiyi fikir də təsadüfən deyilməyib. Düşünürəm ki, bu, bir xəbərdarlıq mesajıdır”.

“Azərbaycan dövləti və vətəndaşları Gürcüstanda gərginliyin olmasında maraqlı deyil. Bizim üçün maraqlı oldur ki, qonşu və tərəfdaş olan Gürcüstanda sabitlik bərpa olunsun. Hər halda, 29 dekabr Gürcüstan tarixi üçün kritik gündür. Andiçmə günü hər şeyin baş verməsi mümkündür”, - deyə analitik fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Dünən, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Dünən, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Dünən, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Dünən, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru