ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                 

“İran üçün İsraillə müharibə faydalı deyil” - Yaxın Şərqdə bitməyən savaş
Tarix: 31-07-2024, 06:42 | Çap et
 “İran üçün İsraillə müharibə faydalı deyil”
Yaxın Şərqdə gərginlik davam etməkdədir. İsrail Livandan Qolan təpələrində futbol meydançasına 12 nəfərin ölümünə səbəb olan raket zərbəsindən dərhal sonra, bazar günü Livanda Hizbullahın hədəflərini vurub. Qərb diplomatları isə Yaxın Şərqdə münaqişəni genişləndirə biləcək növbəti hərbi əməliyyatların qarşısını almağa çalışırlar. İsrail hərbi qüvvələri bazar günü endirilən zərbələrin Hizbullahın silah və infrastruktur anbarları kimi təsvir etdiyi obyektləri hədəf aldığını bildirib. Lakin zərbələr şənbə günü əsasən yeniyetmələr və azyaşlı uşaqların ölümünə səbəb olan hücumdan sonra təhdid edildiyi kimi güclü reaksiya olaraq görünmür.

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabineti ilə görüşmək və vəziyyəti qiymətləndirmək üçün ABŞ-a səfərindən erkən qayıdıb. İsrailin müdafiə naziri Yoav Qallant bazar günü səhər sosial mediada açıqlamasında Məcdəl Şəms hücumunun qurbanları üçün yas tutduğunu bildirərək deyib ki, “biz İranın etibarlı nümayəndəsi olan Hizbullahın bu itkinin bədəlini ödəyəcəyini təmin edəcəyik”. Bundan öncə Netanyahu xəbərdarlıq edib ki, “Hizbullah bunun üçün hələ ödəmədiyi ağır bədəli ödəyəcək”.

ABŞ dövlət katibi Antoni Blinken Yaponiyada mətbuat konfransında bildirib: “İnsan həyatlarının itkisi bizi dərindən kədərləndirdi. Hər şey raketin həqiqətən də Hizbullah tərəfindən atıldığını göstərir”.

ABŞ-ın yüksək səviyyəli rəsmilərindən biri deyib ki, Birləşmiş Ştatlar hücumu Hizbullahın həyata keçirdiyinə inansa da, bunun qəza ola biləcəyinə inanır və hücumun arxasında hansı məqsədin dayandığı ilə bağlı hələ bir nəticəyə gəlməyib.

Xarici işlər naziri Abdullah Bou Həbib “Reuters”ə bildirib ki, bazar günü Livan hökumətinin də ABŞ-ın İsrailə təmkinli olmaq çağırışı da daxil olmaqla, İsrailin cavabını dayandırması üçün diplomatik danışıqlar aparılıb. Xəbər agentliyi bildirib ki, Livanın xarici işlər naziri ABŞ-ın Livan hökumətindən də Hizbullaha təmkin mesajı verməsini istəyib.

BMT-nin baş katibi Antonio Quterreş bəyanatında bütün tərəfləri “maksimum təmkinli olmağa çağırıb və hər hansı bir gərginliyin qarşısını almaq üçün bütün maraqlı tərəflərə çağırışını bir daha təkrarlayıb”.

Bununla belə, diplomatiya həm İsrail, həm də İranın eskalasiya ilə hədələdiyi bir vaxtda baş verir. İran Xarici İşlər Nazirliyi İsrailə növbəti hücumlarının “gözlənilməz nəticələri” barədə xəbərdarlıq edib, İsrailin təhsil naziri Yoav Kiş isə “bu hətta hərtərəfli müharibəyə girmək demək olsa belə” sərt cavab verməyə çağırıb.

İsrail hücumda Hizbullahı günahlandırsa da, İranın dəstəklədiyi qrup hücumla hər hansı əlaqəni inkar edir. İsrail ordusunun sözçüsü daha əvvəl jurnalistlərə bildirib ki, ekspertiza raketin İran istehsalı olan “Fəlaq-1” raketi olduğunu göstərib. Hizbullah şənbə günü “Fəlaq-1” raketinin İsrail ordusunun qərargahını hədəf aldığını bildirib.

Baş verənləri şərh edən siyasi təhlilçi Aqşin Kərimov hesab edir ki, Hizbullahla İsrailin bir-birlərinə qarşı həyata keçirdiyi əməliyyatlara rəğmən tərəflər bir-birləri ilə genişmiqyaslı müharibədən yayınırlar: Bunu təsdiqləyən hərəkətlər var. İsrailin Təhlükəsizlik Kabineti Hizbullaha qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə tərəddüd edir, Hizbullah mediaya bəyanatlar sızdırır ki, o, İsraillə əsl müharibə istəmir. İran xarici siyasət strategiyasının mərkəzi sütunu olan proksi qüvvələrin ali səviyyəli institutu Hizbullah İsrailə diş göstərməklə Tehranın Yaxın Şərqdəki təsir dairəsini effektiv şəkildə möhkəmlətməyə çalışır. Proksi orduların elitası olan Hizbullah İrana strateji məqsədlərə nail olmaq imkanı versə də, onun güzəşt siyasətinin tərkib hissəsi olması üçün cəhdlərin olduğunu da söyləyə bilərik. Yəni İran regional gücünün saxlanılması və genişləndirilməsində mühüm rol oynayan Hizbullaha verdiyi dəstəyini rəngini bir az açmağa çalışa bilər”.

“Yəqin Hizbullah da İranın himayəsindən tamamilə asılı olduğu günləri geridə qoyub, bu asılılıqda nisbi azalmaya nail olmağa can atır. Hizbullahın İsraillə apardığı döyüşlər də onun İranın iradəsindən qismən kənar hərəkətlərə meyilləndiyini göstərə bilər”, - deyə analitik qeyd edib.

Təhlilçi bildirib ki, İran iqtisadiyyatdakı problemlərin xarici səbəblərini aradan qaldırmağa səy göstərir: “Çünki İranın yürütdüyü siyasət ölkə iqtisadiyyatını taqətdən salan sanksiyalara məruz qoyub. Buna görə də, İran üçün İsraillə müharibə aparmaq faydalı deyil, lakin Tehranın kursunun mənalı şəkildə dəyişməsi Hizbullahla İsrail arasındakı “müharibə” fonunda az ehtimal olunandır. İran regional münaqişələrin danışıqları yolu ilə həllində proksi qüvvələrin iştirakını nəzərdə tutmağa hazırdır. Bu məsələ İranın öz vəkillərinin davranışını mülayimləşdirmə siyasətinin işartılarını versə də, onların bütövlükdə kurs dəyişməsi proqnozlaşdırılmır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru