Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                 

“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-09-2023, 14:00 | Çap et
“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir”
XXI əsrin üçüncü onilliyi xüsusi özəllikləri ilə yadda qaldı. Bu dövrdən etibarən dünya yeni siyasi-hərbi nizam, iqtisadi düzən axtarışına çıxdı. Daha doğrusu, sözügedən zaman kəsiyində regional qarşıdurmalar yavaş-yavaş lokal müstəvidən çıxaraq geniş məkanlara yayılmağa başladı.

Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi Qərb və anti-Qərb koalisiyası arasında münasibətləri düşmənçilik həddinə çatdırdı. Son illərin ən böyük siyasi-hərbi hadisəsi mübahisəsiz olaraq Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü sayılır. Yüzminlərlə insanın həlak olduğu qanlı döyüşlər davam edir və bu müharibənin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı narahatlıqları var.

Beynəlxalq ictimaiyyəti düşündürən əsas suallar bunlardır: Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? Bu müharibənin qalibi kim olacaq – Rusiya, yoxsa Ukrayna? Postmüharibə dövründə regionda sabitliyi bərqərar etmək mümkün olacaqmı? Daha bir sual isə Rusiyanın və yaxud Ukraynanın qalib gələcəyi təqdirdə, nələrin baş verəcəyi ilə bağlıdır.

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Rusiya müharibənin ilkin dövründə qalib gələ bilərdi: “Keçici olaraq Rusiyanın müəyyən uğurları ola bilər. Misal üçün, hansısa ərazini ələ keçirə və müəyyən üstünlüyü ələ ala bilər. Lakin bu, uzunmüddətli qələbə olmayacaq. İlkin dövrdə Rusiya Ukraynanı məğlub edə bilərdi. Bunun üçün çox qısa zamanı var idi. Yəni, məsələni bir neçə həftə ərzində həll etməli idi. Çünki onda güclüydülər, iddialıydılar, resursları var idi. Ardınca Litva, Latviya, Estoniya, Polşa və digər ölkələr hədəfdə olacaqdı. Buna nail olmadılar. İndi isə Rusiya daha əvvəlki Rusiya deyil. Nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var. Nüvə ritorikası da mənasızdır. Bu, Rusiyanın sonu deməkdir”.

“Hazırda daxildən də Putinə dəstək yoxdur. Ukrayna əhalisi müqavimət ruhuna bürünsə də, ruslar müharibədən yayınmağın yolları barədə düşünürlər. Hesab edirəm ki, bu müharibədə Rusiya məğlub olacaq. Bu baxımdan onlar üçün ən düzgün yol qoşunlarını geri çəkməkdir. Bunu nə qədər tez etsələr, gözlənilən təhlükədən yayına biləcəklər. Proses uzandıqca Rusiya bütün dayaqlarını itirəcək”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərov əmindir ki, Ukrayna bu müharibədə qalib gələcək və bu qələbə dünya nizamını dəyişəcək: “Rusiyanın təzyiqləri olmayacaq. Bu da öz növbəsində regionda separatizm təzahürlərinin aradan qalxması deməkdir. Eyni zamanda, dünyanın siyasi, iqtisadi mənzərəsi dəyişəcək. Hərbi sahədə fərqli situasiyanın şahidi olacağıq. Elə Azərbaycanın özü Qarabağda çox şeyi dəyişəcək”.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli də AYNA-ya şərhində söyləyib ki, sözügedən müharibənin nəticələri böyük dəyişikliklərə yol açacaq: “Ukraynanın qələbəsi bütün postsovet məkanı üçün perspektivlər açacaq. Təkcə keçmiş ittifaq ölkələri yox, bəzi dünya dövlətləri üçün də bu, böyük qələbə deməkdir. Çünki Moskva imperialist siyasət yürüdür və bu dövlətləri öz nəzarətindən kənar təsəvvür etmək istəmir. Kim ki, onun iradəsinə qarşı çıxır, həmin bölgələrdə münaqişə ocaqları yaradırlar”.

“Ukrayna bu müharibədə qalib gələrsə, bu, artıq Rusiyanın qeyd olunan regionlara nəzarəti itirməsi demək olacaq. Bu, dünyada yeni nizam yaradacaq və bundan milyonlar, bəlkə də milyardlarla insan üçün ümid işığı doğacaq”, - deyə analitik vurğulayıb.

Müsahibimiz əmindir ki, əgər müharibə Rusiyanın qələbəsi ilə yekunlaşarsa, region üçün təhlükəli vəziyyət yaranacaq: “Təsəvvür edin ki, bundan sonra MDB məkanı Rusiyanın imperiya siyasətinin tərkib hissəsinə çevrilə bilər. Onsuz da müharibədən qabaq Moskvanın planı da elə bu idi. Rusiya Ukraynada qalib gələrsə, dayanmayacaq. Digər MDB ölkələrini də bu və ya digər şəkildə tam nəzarət altına almaq istəyəcək və mümkündür ki, buna nail olsun. Bunun isə hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək belə, dəhşətlidir”.

“Lakin hesab edirəm ki, bu, artıq mümkün deyil. Çünki Rusiya kifayət qədər zəifləyib. Əvvəlki qüdrəti yoxdur. Ukrayna da güclənib. Qərb dairələri Ukraynaya dəstək nümayiş etdirir. Bu dəstəyi azaldaraq, özlərini yenidən 30-40 il arxaya atmazlar. Bu müharibə uzun çəkə bilər. Yəni, bir neçə aya, yaxud da bir neçə ilə başa çatmaya bilər. Amma bu müharibənin yekunda qalibi Ukrayna olacaq. Əsas məsələ hansı şərtlərlə qalib olmasıdır. Rusiya bu müharibədə tam şəkildə məğlub olsa, bu, regionun qələbəsi olacaq”, - deyə Hüseynli fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru