"Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                 

Rusiyaya kütləvi dron hücumunun ƏSAS SİRRİ - “Quşlar” haradan uçub gəliblər?
Tarix: 3-09-2023, 07:51 | Çap et
Rusiyaya kütləvi dron hücumunun ƏSAS SİRRİ
Rusiya qoşunları Kiyevi raketlərlə və dronlarla atəşə tutan gecə Rusiya ərazisində və ilhaq edilmiş Krımdakı obyektlərə dronlarla kütləvi zərbələr endirildi. Rusiya zərbəsi nəticəsində Ukraynada iki nəfər həlak oldu. Rusiyaya zərbələrdən sonra ölən insanlar haqqında xəbər gəlmir.

Lakin maddi ziyandan danışsaq, Pskov aerodromuna zərbənin nəticəsi xeyli ağır oldu. Rəsmən təsdiqlənməyən son məlumatlara görə, orada İl-76 hərbi-nəqliyyat təyyarəsinin ikisi məhv edilib, daha dördü də xəsarət alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov yerli “Babel” nəşrinə müsahibəsində dörd İl-76 təyyarəsinin məhv edildiyini, daha bir neçəsinin zədələndiyini deyib.

O, Rusiyaya dron hücumunu Ukraynanın təşkil edib-etməməsi barədə heç nə deməyib.

Maddi itkilər

Rusiya tərəfi dörd təyyarənin zərər gördüyünü deyir. Bu da, çox güman, o deməkdir ki, onlar sıradan çıxıblar: hətta xəsarətlər yüngül olsa belə, təyyarələr ətraflı tədqiq olunmalıdır. Xəsarətlər ciddi olsa, təyyarələri uzun təmir gözləyir.

İki ağır nəqliyyat təyyarəsinin itirilməsi və dördünün müvəqqəti sıradan çıxması Rusiya üçün kritik itki deyil. “Flight International” jurnalının “World Air Forces 2023” dosyesinə əsasən, Rusiyanın hərbi-nəqliyyat aviasiyasının ixtiyarında 119 İl-76 var. Amma necə də olsa, onlar qoşunların nəqli ilə məşğul olan bahalı təyyarələrdir.

Rusiya üçün daha bir ciddi maddi itki – Tula vilayəti üzərində və Moskva vilayətinin bir hissəsi üzərində hava məkanının qapadılmasıdır. Orada bir gecə ərzində iki dəfə “Xalı” rejimi tətbiq olundu. Səmada arzuolunmaz uçan obyektlər görünərsə və ya belə obyektlərin görünmə təhlükəsi varsa həmin rejim elan olunur.

Bu halda rejim tətbiq olunan zonadakı bütün təyyarələr oranı tərk etməli və ehtiyat aerodromlara yönəlməli, ya da başqa zonada gözləməlidirlər.

Bundan əlavə, hava limanlarında uçuşlar təxirə salınır, bu da böyük məsrəf deməkdir. Moskva səması son həftələrdə dəfələrlə PUA-lar üzündən qapadılıb.

Dronlar haradan uçub?

Bircə gecədə dronlar Rusiyanın altı regionuna və ilhaq olunmuş Sevastopola uçublar. Bu, ən kütləvi hücum aktlarından biridir.

Pskov aerodromuna hücumun özəlliyi ondadır ki, hədəf UkrayAnanın ən yaxın sərhədindən təxminən 700 km aralıda yerləşir. Bu, yetərincə böyük məsafədir.

Ukraynada uçuş məsafəsi min kilometr və daha çox göstərilən dronlar var: məsələn, Raybird-3 və ya Bober. Hesab olunur ki, Rusiya ərazisinə həmlələrdə onlardan istifadə ediblər.

Amma düz xətlə 700 km olan məsafə gerçəkdə daha uzanır, çünki uçuş zamanı dron, yəqin ki, manevr edir. Üstəlik, əgər qarşıdan və ya yandan əsən külək varsa, bu da yanacaq sərfiyyatını artırır.

Buna görə də sosial şəbəkələrdə dronların Ukrayna ərazisindən deyil, başqa yerdən buraxılması haqda versiyalar yayıldı. Həmin yerin Belarus və hətta Baltik ölkələri ola biləcəyi təxmin olundu.

Bu şübhələr bir tərəfdən məntiqlidir, çünki həqiqətən də kütləvi hücum idi: təkcə Pskov aerodromuna 10-dan çox dron buraxılmışdı.

Bu sayda uçuş aparatları – əgər onlar Rusiya ərazisindən buraxılıbsa – sərhədi keçməli, HHM tərəfindən aşkar olunmadan və vurulmadan Rusiya ərazisi üzərində uçmalı idi. Bu, təəccüblü görünür.

O zaman güman etmək olar ki, dronlar Rusiya ərazisindən buraxılıb və bunun üçün hərbi radarların nəzarət etmədiyi xəlvət ərazi seçilib.

Amma yetərincə iri aparatları (belə dronun iki qanadının cəmi uzunluğu adətən 2-3 metr təşkil edir) Rusiya və Belarus ərazisinə keçirib oradan buraxmaq versiyası daha təəccüblü görünür.

Start üçün ya dronun təyyarə kimi sürət yığacağı hamar müstəvi olmalıdır, ya da katapult ki, bunun özü də olduqca iri konstruksiyadır.

Çətin vəzifə

Buna görə də dronların həqiqətən Ukraynadan buraxılması və Rusiya HHM-nin onları tuta bilməməsi ehtimalı daha böyükdür.

Bu, həqiqətən də çətin vəzifədir: aşağı hündürlükdə uçan belə PUA-ları radar vasitəsilə izləmək çətindir, qaranlıqda isə vizual görmək və atıcı silahla vurmaq zor işdir.

Rusiya mənbələrinin məlumatına görə, dronların çoxu ya vurulub, ya da radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.

Amma vurulan hər dron HHM və RMV yeri barədə qiymətli informasiya verir. Buna görə də hər hücum zamanı havadan müdafiə sistemindəki boşluqlar haqqında daha çox məlumat əldə olunur.

Ola bilər, Pskov aerodromuna zərbə endirmək məhz buna görə mümkün olub. Ondan öndəki Bryansk vilayətində xeyli dron vurulurdu.

Cavab gedişi

Sözügedən hücumun daha bir xüsusiyyəti kütləvi olmasıdır. Dronlar bir şəhərdə bir hədəfi vurmadılar, onlar Rusiyanın müxtəlif regionlarında və ilhaq olunmuş Krımda göründülər.

Ukrayna xeyli müddətdir ki, pilotsuz uçuş aparatlarının hazırlanmasına və istehsalına vəsait ayırır. Dron hücumlarının getdikcə daha kütləviləşdiyinə əsasən fikir yürütsək, Kiyevin onları ya müstəqil istehsal etmək, ya da haradansa almaq imkanı var.

Rusiya Ukrayna ərazisini İran istehsallı dronlarla atəşə tutanda Moskvanın adlamalı olduğu çətinliklərdən – elektronikaya açıq və leqal çıxışın olmaması, benzin mühərriklərinin çatışmaması və s. – çox danışılırdı.

Sanksiya altında olmayan, əksinə, çoxlu ölkələrdən yardım alan Ukraynanın belə problemləri olmamalıdır. Bu oyun ikitərəfli oynanıla bilər və Rusiyadakı obyektlərə Ukrayna hücumlarının getdikcə kütləvi olduğunu nəzərə alsaq, belə çıxır ki, USQ bu dəvəti qəbul edib.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru