Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? .....                     “Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” .....                     Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... .....                     Vladimir Solovyovun “psixoloji travması”: .....                     İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab .....                     Rusiya ilə gərginlik belə bitəcək .....                     ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur .....                     Təbii problem: Süni məsuliyyətsizlik .....                     Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb .....                     Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə .....                     Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı .....                     SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı .....                     Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? .....                     “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək .....                     Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına .....                     İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi .....                     Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: .....                     Bakı Limanına yeni baş direktor təyin edilib .....                     Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... .....                     “Sədərək”dəki icarədarlar narahatdır .....                     Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ .....                     Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi .....                     Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? .....                     Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… .....                     Rusiya qalib olsa, trilyonlar xərclənəcək! .....                     Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü .....                     Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     Burda müştərinin məhsulunu təftiş edirlər... .....                     DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? .....                     "Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." .....                     Rafail Quliyevin BARAMA YEYİNTİSİ .....                     Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək .....                     Vergini sən demə, Vasif Talıbova veriblər... .....                     Oğuzda Ana Təbiətin qəsdinə duranlar .....                     Rusiyaya növbəti zərbə: planlar dəyişdi .....                     Nizami rayonunda daha bir ÖZBAŞINALIQ .....                     “TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? .....                     Geyimlərini imkansızlara paylaşayacaq .....                     “Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" .....                     Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək .....                 

Putinə arxadan zərbə, yoxsa Qərbə “icazəli yaxınlaşma” – Tokayevdən qəfil dönüş
Tarix: 2-05-2022, 11:01 | Çap et
Putinə arxadan zərbə, yoxsa Qərbə “icazəli yaxınlaşma”
Qazaxıstanda 9 May Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bununla bağlı Qazaxıstan hökuməti məlumat yayıb. Bildirilib ki, buna səbəb büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli ilə bağlı yaranan zərurətdir.

İddialara görə, Tokayev hökuməti Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı yönələn sanksiyalardan yayınmaq üçün belə bir addım atıb. Nəzərə alanda ki, Rusiyaya qarşı sanksiyalar fonunda Prezident Tokayev də özünə təhlükə hiss edir, bu xüsusda onun Qərbə yaxınlaşmaq üçün Rusiyadan uzaqlaşmaq kursu götürdüyü istisna olunmur.

Xatırladaq ki, Ukraynaya təcavüzdən iki ay öncə məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyi ilə kütləvi etirazlara qalxan Qazaxıstan vətəndaşlarına qarşı repressiyalar həyata keçirildi və nəticədə Tokayev hakimiyyətdə qala bildi.

Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarusun “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını, gələcəkdə digər postsovet ölkələrinin də bu sırada yer alacağını deyib. Lukaşenko hələ Ukraynaya qarşı hərbi müdaxilənin ilk günlərindən ölkəsinin Moskvanın yanında yer aldığını deyərək, Qazaxıstanın da bu sırada yer almalı olduğunu bildirmişdi. Tokayev hökumətinin Rusiya ilə soyuq münasibətləri həm də bu amillə izah olunur. DİA.AZ xəbər verir ki, AYNA mövzu ətrafında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyevlə həmsöhbət olub.

- Qazaxıstan hökuməti rəsmi olaraq bəyan etdi ki, Qələbə Gününə həsr olunan hərbi parad keçirilməyəcək. Bu qərar Rusiya KİV-lərində sərt tənqid və təhdidlərə səbəb olub...

- Ukraynaya hərbi təcavüzdən sonra Rusiyaya qarşı beynəlxalq koalisiya yarandı. Məhz bu hərbi müdaxilədən sonra bütün dünyanın nəzəri Rusiyanın əleyhinə yönəldi. Şimal qonşumuza qarşı tətbiq olunan çoxvektorlu sanksiyalar, netf-qaz embarqolarının gündəmə gəlməsi Moskvanı çətin duruma salıb. Rusiya işğal siyasəti nəticəsində Ukraynada hərbi gücünü itirir, hərbçilərini qurban verir, hərbi texnikası sıradan çıxır, lakin heç bir əhəmiyyətli nəticə əldə etməyib. Məlum embarqolar rus iqtisadiyyatında böyük problemlər və hakimiyyət daxilində fikir ayrılıqları yaradır. Əhalinin kütləvi şəkildə Putin rejiminə qarşı etirazlara qalxacağı ehtimalları mövcuddur.

Belə bir təklənmiş durumda heç bir ölkə adının Rusiya ilə yanaşı çəkilməsini istəmir, onunla həmrəylik nümayiş etdirmir. Daxildən dəstəyi olmayan hökumətlər isə bundan daha çox təşviş keçirir və hər fürsətdə müstəqil siyasət yürütdüyünü nümayiş etdirməyə çalışır. Qazaxıstanın Qələbə Günü ilə bağlı məlum qərarı da əslinə bu məqsədə xidmət edir. Tokayev görür ki, Rusiya kifayət qədər zəifləyib və onunla birlikdə olmaq özünün hakimiyyətinə təhlükə vəd edir, bu baxımdan müstəqil siyasət yürütdüyünü nümayiş etdirir.

- Belə iddialar da var ki, Kreml özü Tokayevin Qərbə “icazəli yaxınlaşmasında” maraqlıdır və bununla bağlı gələcək planlar qurub...

- Qazaxıstan Rusiya ilə müttəfiq dövlətdir və bu siyasətindən imtina etməyib. İmtina etməsi də gözlənilmir. Qazaxıstanın Qərbə “icazəli yaxınlaşması” Moskvaya nə verəcək? Əgər burada Rusiyanın hər hansı marağı yoxdursa, niyə buna getsin ki?! Mövcud şəraitdə belə bir marağın konturları aydın deyil. Lakin bu ehtimal da istisna edilmir. Böyük siyasətdə hər şey mümkündür. Region kifayət qədər həssas mərhələyə qədəm qoyub. Qərb Putin rejiminin devrilməsinə nail olmaq niyyətini gizlətmir. Düzdür, Rusiya böyük ölkədir və buna nail olmaq üçün zamana ehtiyac var. Belə bir gedişat Moskvanın dəstəklədiyi Tokayev kimilər üçün də təhükəli ola bilər. Bu baxımdan müəyyən diplomatik gedişlər edir. Strateji mənada isə Rusiya ilə ilə münasibətləri davam etdirməyə məhkumdur. Çünki Rusiya həm də Qazaxıstanın ən böyük iqtisadi tərəfdaşıdır.

- Belarus Prezidenti Aleksandr Lukaşenko “Suveren Dövlətlər İttifaqı” yaradacaqlarını bəyan edir. Bəlkə, elə buna görə, Tokayev əl-ayağa düşüb?

- İlk növbədə onu qeyd edim ki, Belarus xalqı Lukaşenkonu dəstəkləmir. Son prezident seçkiləri zamanı o, hakimiyyətdən getməyin bir addımlığında idi. Yalnız Moskvanın dəstəyi ilə sonda öz hakimiyyətini qoruya bildi. Təsəvvür edin ki, Belarus xalqı inqilab yolu ilə onu devirsəydi, nə baş verəcəkdi? Heç şübhəsiz, Rusiya Belarusa qarşı da təcavüz siyasətini işə salacaqdı. Bu gün belaruslar ukraynalılarla birlikdə Mosvanın işğalçılıq siyasətinə qarşı mübarizə aparacaqdılar. Onun yalnız bir məqsədi var - nəyin bahasına olursa-olsun, öz hakimiyyətini qorumaq. Hansı “Suveren Dövlətlər İttifaqı”ndan danışır? Onun Rusiya ilə birlikdə görmək istədiyi ölkələrin əksəriyyətinə qarşı Kreml işğalçılıq siyasəti yürüdür. Ukrayna Böyük Vətən müharibəsində ən çox itki verən sovet dövlətlərindən biridir. Bu gün Rusiya ukraynalılara qarşı təcavüzə yol verir, hər gün minlərlə günahsız insanı qətlə yetirir. Lukaşenko istəyir ki, bütün potsovet ölkələri Belarusun gününə düşsün. Bu arzusu isə gözündə qalacaq. Çünki buna heç kim getməyəcək - nə Qazaxıstan, nə Azərbaycan, nə Özbəkistan, nə də digərləri.

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Sizcə, tərəflər anlaşa biləcəkmi, yoxsa bu müharibə hələ uzun müddət davam edəcək?

- Təcavüzə qədər Rusiyada iqtisadi böhran hökm sürürdü. Son üç ildə isə daha da dərinləşmişdi. Vəziyyət Kremli radikal dəyişikliklərə təhrik edirdi. Bu, cəmiyyətdən gələn sosial sifariş olsa da, Putin komandası bunun qarşısını özünməxsus üsullarla almağa çalışırdı. Həbslər, şərləmək, sərbəst toplaşmaq azadlığınının pozulması, müxalifət fəallarının həbsi və s. Görəndə ki, artıq repressiv yollar köməyə çatmır, müharibə variantını seçdilər. Əks halda daxildə təlatümlər qaçılmaz olacaqdı. Rusiya daxildən etirazlara “hamilə” idi, buna görə Ukraynaya hücum etdi.

Burada bir məqamı unutmaq lazım deyil ki, Qərb Ukraynaya dəstək versə də, Rusiyada sabitliyin pozulmasında maraqlı deyil. Çünki anlayır ki, daxili inqilablar, anarxik vəziyyət nüvə silahının işə düşməsi riskini artıra bilər. Rusiya çalışacaq ki, Ukrayna Donetsk və Luqanskın SSRİ zamanında mövcud olan vilayətləri səviyyəsində müstəqilliyini tanısın. Təbii ki, hər şey göründüyü kimi deyil və bu amili nəzərdən qaçırmaq olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:12
“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59
Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54
Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51
ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48
Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46
Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Bu gün, 10:42
Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə - TƏFƏRRÜAT
Bu gün, 10:38
Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35
SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:34
Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? - SƏBƏB
Bu gün, 10:31
“Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
Bu gün, 10:28
Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına 270 min xərcləyəcək
Bu gün, 10:24
İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
Bu gün, 10:14
Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: - Sergey Markovdan sərt təhlil
Bu gün, 10:02
Bakı Limanına yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:00
Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... - ÇÜNKİ...
Bu gün, 09:48
“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Bu gün, 09:40
Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ - DETALLAR
Bu gün, 09:38
Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14
Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06
Rusiya qalib olsa, trilyonlar xərclənəcək! - "Forbes"
Bu gün, 09:02
Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ - "...döyülərsiniz!"
Bu gün, 08:54
Burda müştərinin məhsulunu təftiş edirlər... - FOTOFAKT
Bu gün, 08:49
DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? - "...bir müəlliməni bu qədər incitməzlər"
Bu gün, 08:42
"Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." - ETİRAZ
Bu gün, 08:28
Rafail Quliyevin BARAMA YEYİNTİSİ - BU DA FAKT!
Bu gün, 08:16
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
Bu gün, 08:09
Vergini sən demə, Vasif Talıbova veriblər... - Naxçıvanda sahibkarlara TOTAL HÜCUM
Bu gün, 08:07
Oğuzda Ana Təbiətin qəsdinə duranlar KİM(LƏR)DİR?
Bu gün, 06:35
Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
Bu gün, 06:07
Nizami rayonunda daha bir ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?
Bu gün, 04:17
“TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? - ÇAĞIRIŞ
Bu gün, 04:02
Geyimlərini imkansızlara paylaşayacaq - FOTO
Bu gün, 03:42
“Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" - Politoloq ŞƏRHİ
Bu gün, 03:39
Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək
Bu gün, 03:31
Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır - Leonid Slutskidən ETİRAF
Bu gün, 03:29
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ yazır...
Bu gün, 03:24
"İnanın Allaha, iki gün əvvəl mənə yazdı"
Dünən, 20:01
“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək
Dünən, 19:59
Putin danışıqlar üçün Bakıya onu göndərir - sensasion iddia
Dünən, 19:56
Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? - Kremlin XAİN PLANI
Dünən, 18:37
Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə - AKTUAL
Dünən, 18:31
Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib - KİV
Dünən, 18:24
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Dünən, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Dünən, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru