Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? .....                     Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? .....                     İrandan Ermənistana rekord axın .....                     “ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil .....                     Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                     Bu gün təbii qazın real alternativi yoxdur .....                     "Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" .....                     Gənc şair Həsən Kür vəfat etdi .....                     Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                     Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... .....                     Putin Bakıya onları göndərdi: yeni təklif var .....                     Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb .....                 

Zelenski öldürülərsə, nə baş verər – Diqqət Ukraynaya!
Tarix: 8-04-2022, 11:06 | Çap et
Zelenski öldürülərsə, nə baş verər
Rusiya tərəfindən göndərilən muzdluların Ukrayna Prezidenti Volodimir Zelenskini öldürmək cəhdi ilə bağlı növbəti informasiyalar yayılıb. Məlumata görə, “Vaqner” yaraqlılarının rəhbəri Yevgeni Priqojinlə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlib və onların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları təkzib edib. Deyib ki, Rusiya Zelenskinin Moskva-Kiyev danışıqlarında irəli sürülən şərtləri qəbul etməsində maraqlıdır, hərbi əməliyyatı bu şəkildə bitirməyi hədəfləyir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra Zelenskiyə sui-qəsd cəhdləri ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Hətta Qərb dövlətlərinin başçıları onun təhlükəsizliyini təmin etmək məqsədilə Zelenskini ölkələrinə dəvət etsələr də, Ukrayna Prezidenti bu təkifləri qətiyyətlə rədd edib. Qeyd edib ki, ölümdən qorxmur və sona qədər ölkəsinin mənafeyini qoruyacaq.

Yerli kəşfiyyatın açıqlamasına görə, Rusiyaya bağlı cinayətkar şəbəkə Zelenskini və yaxın ətrafını qətlə yetirməklə Ukraynada hakimiyyət böhranı yaratmağa çalışır. Lakin Zelenskinin qətlə yetirilməsi ilə Moskvanın siyasi cəhətdən intihar edəcəyini və bu xüsusda Üçüncü Dünya müharibəsinin başlayacağını söyləyənlər də var. diaaz.space-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, Putin dəfələrlə rəqiblərinə qarşı bu cür texnologiyalardan istifadə edib: “2015-ci ilin fevralında Rusiya müxalifətinin lideri, Yeltsin dövründə Baş nazirin birinci müavini və energetika naziri vəzifələrində çalışmış Boris Nemtsovun Moskvanın mərkəzində qətlə yetirilməsi, ötən ilin yanvarında “Gələcək Rusiya” Partiyasının sədri Aleksey Navalnının Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən təyyarədə zəhərlənməsi, həyatına sui-qəsd edilməsi bu qəbildəndir. Təbii ki, bunlar geniş ictimaiyyətin bildiyi məsələlərdir. Lakin nə qədər cinayətlər də var ki, bu günə qədər üstü açılmayıb. Mümkündür ki, Kreml Zelenskini də aradan götürmək barədə düşünsün”.

“Hətta iddialar var ki, müharibə başlayandan on dəfə buna cəhd olub. Ancaq bu barədə bizim dəqiq məlumatımız yoxdur. Avtoritar lider olaraq Putin demokratik yollarla mübarizə apara bilmir və bunun nə olduğunu dərk etmir. Köhnə sovet KQB-sinin şinelindən çıxmış üsullarla rəqiblərini sıradan çıxarmağa çalışır. Öldürmək, zəhərləmək, sui-qəsd, kütləvi həbslər, repressiya - bütün diktatorlar kimi, Putinin mübarizəsi budur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmaq niyyətindədir: “Elə rəy aşılayırlar ki, guya müharibənin uzanmasında maraqlı deyillər və sülhdən yanadırlar. Əslində isə bu, qətiyyən belə deyil. Sadəcə Kreml anlayır ki, artıq canlı hərbi qüvvəsi tükənmək üzrədir. Bu baxımdan atəşkəs barədə müzakirələri ortaya atmaqla vaxt qazanmağa çalışır. Ukrayna hakimiyyəti, o cümlədən Qərb dairələri də bilir ki, Putin zaman qazanmaqla yenidən qüvvə toplamaq niyyətindədir. Bu imkanın ona verilməsi isə daha neçə min günahsız insanın qətli deməkdir”.

Analitikin fikrincə, Moskvaya inanmaq olmaz və o, bu imkanı əldə edərsə, bir müddət sonra yenidən təcavüzü davam etdirəcək: “Rusiya konfendensial, yəni qanunun icazə verdiyi silahlardan istifadə etməklə hərbi müdaxiləni davam etdirmək iqtidarında deyil. Kreml çox ümidsiz durumdadır və bunun heyfini günahsız insanlardan çıxır. Bu isə bəşəriyyətə qarşı təhdid, beynəlxalq hüquq və normaların ayaqlar altına atılması deməkdir”.

“ABŞ və Qərb minlərlə ukraynalının qətlinə seyrçi qismində yanaşmaqda davam edir. Dəhşətli bir mənzərə yaranıb. Ukraynada hər gün yüzlərlə məsum insan öldürülür. Qərb isə sadəcə kənardan müşahidə edir. Maliyyə və iqtisadi sanksiyalarla gələcək hədəf kimi əsas rəqiblərindən birini sıradan çıxarmağı düşünürlər. Nəticədə isə XXI əsrdə bir suveren ölkə xarabalığa çevrilir. ABŞ və Avropa da öz kefindədir. Gözləyirlər ki, bunlar nə vaxt bir-birilərini qırıb qurtaracaqlar”, - deyə Əlizadə vurğulayıb.

Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu da AYNA-ya açıqlamasında söyləyib ki, Zelenskinin qətlə yetirilməsinə cəhdlər mümkündür: “Lakin bunun baş verəcəyi inandırıcı deyil. Kifayət qədər həssas bir mövzudur. Təbii ki, işğalçı Kreml hər şeyə, o cümlədən Prezidentin qətlinə hazırdır. Onların təcrübəsində rəqiblərin fiziki baxımdan sıradan çıxarılması cinayəti az olmayıb. Lakin mövcud şəraitdə inanmıram ki, bu hadisə baş tutsun”.

“Çünki Prezident Zelenski kifayət qədər peşəkar qorunma altındadır. Hətta Putin bu məkrli planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək. Bu, hətta onun özünün siyasi intiharı olacaq. Putindən fərqli olaraq xalqı Zelenskini dəstəkləyir və onun arxasındadır. Rusiyanın təcavüzünə qarşı bütün xalq birləşib və heç bir qüvvə onun müqavimətini qıra bilməyəcək”, - deyə müsahibimiz bildirib.

Qeyd edib ki, Ukraynada vəziyyət stabil və gərgin olaraq qalmaqdadır: “Əsasən cənub tərəfdə şiddətli mübarizə gedir. Mərkəz Kiyevdə və digər şəhərlərdə isə nisbi sakitlikdir. Ukrayna xalqı qətiyyən ruhdan düşməyib. O cümlədən Ukraynada yaşayan azərbaycanlılar da qətiyyətlidir. Mübarizə ruhu çox yüksəkdir. Bütün bunlar göstərir ki, Rusiya Ukraynada öz məqsədinə nail ola bilmədi. Ukrayna xalqı düşmənə qarşı daha da aqressivləşib”.

“Əminliklə söyləmək olar ki, düşmənin arzusu gözündə qalacaq və yekunda onların özləri məğlub duruma düşəcəklər. Beynəlxalq birliyin Ukraynaya dəstəyi davam edir və Moskvaya qarşı təzyiqlər güclüdür. Ukraynaya təcavüzü ilə Rusiya özü üçün məzar qazdı və bunu artıq özləri də dərk etməyə başlayıblar. Böyük ümidlərimiz var ki, tezliklə müharibə başa çatacaq. Bu savaşın qalibi isə, heç şübhəsiz, mübariz və mətin Ukrayna xalqı olacaq”, - deyə Natiqoğlu fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Bu gün, 08:36
İrandan Ermənistana rekord axın
Bu gün, 08:32
“ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil - KİV
Bu gün, 08:29
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Dünən, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Dünən, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Dünən, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Dünən, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Dünən, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru