"Aeroflot" Tehrana bütün reyslərini ləğv edib .....                     Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR .....                     “Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir” .....                     “Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI... .....                     Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi .....                     “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” .....                     Mənzil bazarında manipulyasiya .....                     İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır .....                     Rubio Lavrovala görüşmək istəyir .....                     Yeni rəis Rəşad Əhmədov məhkumları incidir .....                     Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ .....                     Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir .....                     İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub .....                     Yekaterinburqda saxlanılan Ayaz Səfərovun .....                     Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb .....                     Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... .....                     Dövlət Departamentində Qarabağ müzakirəsi .....                     Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... .....                     “166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... .....                     "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                 

Putindən qonşu ölkələrə: həm tövsiyə, həm təhdid - GƏLİŞMƏ
Tarix: 8-03-2022, 07:59 | Çap et
Putindən qonşu ölkələrə: həm tövsiyə, həm təhdid
Rusiya Prezidenti Vladimir Putin ötən həftə çıxışı zamanı qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb: “Həmişə demişik ki, bizim heç bir qonşumuza qarşı pis niyyətimiz yoxdur. Mən onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və yerinə yetirməyə davam edəcəyik”.

O bildirib ki, münasibətlərin və əməkdaşlığın normallaşmasına çalışmaq lazımdır: “Əgər kimsə Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəmirsə, biz qarşımızda duran vəzifələri həll edəcəyik, çünki biz yeni səlahiyyətlərə yiyələnəcəyik”.

Rusiya Prezidentinin bu çağırışı analitiklər tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilir. Əksər politoloqlar bunu qonşu ölkələrə çağırış kimi yox, Kreml rəhbərinin xəbərdarlığı və ya təhdidi kimi dəyərləndirirlər. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü postsovet məkanında təbii olaraq narahatlıq yaradır:

- Bu reallığı Kremldə də anlayırlar. Burada Azərbaycan Prezidentinin Moskvaya səfəri zamanı Putinin verdiyi açıqlamalar yada düşür. Həmin vaxt Rusiya Ukraynada separatçı rejimləri tanımışdı, amma hücum hələ başlamamışdı. Putin postsovet ölkələrinə heç bir narahatlığın olmadığı mesajını verdi və qeyd etdi ki, Ukrayna məsələsi fərqlidir. Moskva bilirdi ki, belə bir işğal planı bütün qonşu ölkələrdə qorxuya səbəb olacaq. Hücum olduqdan sonra artıq Rusiyanın ətrafındakı bütün ölkələrin narahatlığı daha da artdı və Putin bu açıqlaması ilə “sizi təhlükə gözləmir” demək istəyir. Lakin bu mesaj ikibaşlıdır. Bir tərəfdən qonşu ölkələrə “narahat olmayın” demək istəyisə, digər tərəfdən anti-Rusiya cəbhəsində yer almamalarına dair xəbərdarlıq hesab oluna bilər.

- Ola bilərmi ki, qonşu ölkələrin Qərb sanksiyalarına qoşulacağı ilə bağlı Kreml rəhbərində məlumatlar var?

- Təbii ki, hazırda Rusiyanın əsas qorxusu Qərb cəbhəsi ilə yanaşı, ətrafındakı ölkələrin da sanksiya dalğasına qoşulmasıdır. Müharibədən öncə Kremlin atdığı addımlar göstərir ki, hücuma hərbi müstəvi ilə yanaşı, siyasi-iqtisadi müstəvidə də hazırlıq görülüb. Qərblə bütün körpülərin yandığı vaxt Rusiya qonşu ölkələrə, ümumilikdə, Asiya bazarına ümid edir. Ukrayna müharibəsindən sonra postsovet məkanında Rusiyaya qarşı sanksiyalara qoşulacaq ölkənin olacağı inandırıcı deyil, ən azı yaxın dövrdə. NATO-nun “açıq qapı” münasibəti qurduğu əsas ölkələrdən olan Gürcüstan belə, bu prosesə qoşulmaqdan imtina etdi. Rəsmi Tbilisi bunu Gürcüstan vətəndaşlarının əziyyət çəkməsi ilə əlaqələndirir, lakin həm də Rusiyanın hücum edə bilməsindən narahatdır. “Beş günlük” müharibə ilə onlar bu təcrübəni yaşayıblar.

Fikrimcə, Putinin bu xəbərdarlığı postsovet məkanı ilə yanaşı, Uzaq Şərqə də ünvanlanıb, xüsusilə, Yaponiyanın sərgilədiyi mövqe Rusiyanı narahat etməyə bilməz. Söhbət təkcə iqtisadi sanksiyalardan yox, Rusiyaya qarşı açıla biləcək ikinci cəbhədən də gedir. Yaponiya Kuril adaları məsələsini yenidən aktuallaşdırdı və Uzaq Şərqdə mümkün eskalasiya Ukraynada işğal müharibəsi aparan Rusiyanın imkanları xaricindədir. Moskvanın hücuma keçəndən sonra nüvə silahını aktiv vəziyyətə gətirməsi də ikinci cəbhənin açılması riskinə qarşı strateji çəkindirmə gedişi idi.

Hazırda Ukraynaya hücumu davam etdirən Rusiya üçüncü tərəflərin müharibəyə birbaşa qoşulmasının qarşısını almaqla üstün mövqe əldə etsə də, hadisələrin inkişafını proqnozlaşdıra bilmir. Çünki Ukraynada ciddi müqavimətlə qarşılaşdı və müharibənin uzanması əlavə çətinlik yaradır. Zaman keçdikcə anti-Rusiya cəbhəsinin genişlənəcəyi də mümkün ola bilər. Putin hadisələrin bu istiqamətdə inkişafının qarşısını almaq üçün öncədən xəbərdarlıq edir.

- Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüklə bağlı müraciət etdi. Sizcə, Putin onlara “buna getməyin” deyə səslənir?

- Gürcüstan və Moldova da bu xəbərdarlıq mesajının ünvanlarındandır. Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələ aktuallaşan kimi Gürcüstan və Moldova da bununla bağlı müraciət etdi. Üzvlük məsələsi asan olmasa da, hər iki ölkə Ukrayna presedentindən yararlanmaq istəyir. Ukrayna müharibəsi həm də bu ölkələrlə bağlı məsələnin həllini aktuallaşdırır. Bu baxımdan, Gürcüstan və Moldovanın üzvlüyü məsələsinin tezləşdirilməsi baş verə bilər. Moskvanı təbii ki, bu, narahat edir. Çünki hər iki ölkə Rusiyanın sərhədləri dibindədir və ikinci cəbhə olaraq istifadə edilə bilər.

- Ola bilərmi ki, Rusiya onunla razı olmayan qonşu ölkələrə təcavüz etsin?

- Ukraynaya qədər bu haqda əminliklə danışmaq çətin olsa da, indi şübhəsiz ki, belədir. Ukraynaya hücum göstərdi ki, Moskva siyasətini bəyənmədiyi qonşu ölkələr üçün böyük təhlükədir. Hətta Ukraynadan fərqli olaraq, postsovet məkanının digər ölkələrinə hücum Rusiya üçün daha asan ola bilər. Putinin xəbərdarlığı da göstərir ki, Rusiya hətta niyyətini gizlətmir belə.

- Azərbaycan hansı önləyici addımlar atmalı, hansı siyasət həyata keçirməlidir?

- Rusiya təhlükəsinə qarşı iki istiqamətdə strategiya həyata keçirmək mümkündür: birincisi, Qərblə münasibətləri dərinləşdirmək, ikincisi, Rusiyanın özü ilə münasibətləri isti saxlamaq. Hər ikisi qurban tələb edir, lakin veriləcək qurbanların miqyasını hesablamaq, buna uyğun addım atmaq lazımdır. Qərbə dərin inteqrasiya Rusiyanın işğal hücumunu vəd edir, bu hücum hazırda Ukraynadakı kimi genişmiqyaslı da ola bilər, yaxud separatizm fəaliyyəti üzərindən də. Rusiya ilə isti münasibətlər ölkənin inkişafına, sivil dünyaya inteqrasiyasına mane olur. Bizim üçün tarix boyu torpaq daha önəmli olub. Qarabağ məsələsinə görə çox qurban vermişik, problemin böyük hissəsi həll olunub, separatizmi ləğv etmək üçün də Rusiya ilə münasibətləri nəzərə almalıyıq.

Rəsmi Bakı bu strategiyanı izləyir, lakin sivil dünyadan uzaqlaşmamaq xəttini də davam etdirir. Avropa İttifaqı ilə saziş imzalamaq məsələsinin gündəmdə olması da bunu deməyə əsas verir. Bununla yanaşı, Rusiya ilə imzalanan mütəffiqlik Bəyannaməsi də təhlükənin neytrallaşdırılması məqsədi daşıyır. Fikrimcə, ən doğru gediş nə Rusiya, nə də anti-Rusiya cəbhəsinə keçməkdir. Azərbaycanın həyata keçirdiyi siyasət də budur. Bakı geosiyasi qarşıdurmada iştirak etmir və əsas seçimi Türkiyədən yanadır. Türkiyə Azərbaycana qarşı mümkün təhlükələrdə qalxan rolunu oynaya bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Aeroflot" Tehrana bütün reyslərini ləğv edib
Bu gün, 10:40
Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR – Erməni blogerdən SENSASİON AÇIQLAMA
Bu gün, 10:31
“Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir” - deputat
Bu gün, 10:24
“Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI... - "Kartdakı pulu nağdlaşdırsaydım, nə edəcəkdiniz?"
Bu gün, 10:22
Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi aşağı instansiya məhkəməsinə qaytarılıb
Bu gün, 10:17
“Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
Mənzil bazarında manipulyasiya - Qiymətlər niyə şişirdilir...
Bu gün, 10:14
İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır - FAKT BUDUR!
Bu gün, 10:12
Rubio Lavrovala görüşmək istəyir - “Reuters”
Bu gün, 10:08
Yeni rəis Rəşad Əhmədov məhkumları incidir - NARAZILIQ VAR...
Bu gün, 10:06
Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:58
Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir - TOPLANTI OLACAQ
Bu gün, 09:38
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 09:28
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 09:26
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb - TƏFƏRRÜAT
Bu gün, 09:23
Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... - İlk yerləşim yeri isə...
Bu gün, 09:13
Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54
“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... - GİLEY
Bu gün, 08:50
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru