Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                     Həyasızlığın pik həddi .....                     Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? .....                     Bu universitetin prorektoru vəzifəsindən azad olundu .....                     "Balaəli özünə pullu sponsor axtarır" .....                     Ruslar etiraf etdilər: .....                     "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." .....                     “Sinəsini açana Xalq artisti adı verirlər” .....                     SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... .....                 

Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Tarix: 10-07-2025, 06:41 | Çap et

on günlər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda Moskvanın Ermənistandakı hərbi fəallığı və siyasi manevrləri analitik dairələrdə narahatlıq doğurur. Həm Ukrayna kəşfiyyatı, həm də siyasi müşahidəçilər Kremlin Cənubi Qafqazda yeni oyun qurmağa çalışdığını iddia edirlər. Bu oyun təkcə Ermənistanın siyasi xəritəsini deyil, həm də Azərbaycanın təhlükəsizlik sistemini təhdid edə bilər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Rusiya Ermənistandakı Gümrü hərbi bazasını sürətlə komplektləşdirir. Eyni zamanda, Şimali Osetiya və Adıgeydən könüllülər cəlb edilir, bu da Cənubi Qafqaz istiqamətində qoşun hazırlığını gücləndirmək məqsədi daşıyır. GUR-un iddiasına görə, məqsəd region ölkələrinə, xüsusən də Azərbaycana hərbi və siyasi təzyiq mexanizmlərini genişləndirməkdir.

Həbsdə olan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili isə daha irəli gedərək bildirib ki, Rusiya Ermənistan hökumətini devirməyi, öz adamlarını hakimiyyətə gətirməyi və həmin hökumət vasitəsilə Azərbaycana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.

Onun fikrincə, “Paşinyanın yerinə Kremlə sadiq bir rejim gətirildikdən sonra Azərbaycana qarşı Rusiya iştirakı ilə hücum planlaşdırılır”. Saakaşvili, həmçinin Rusiyanın Gürcüstanı tam nəzarətə almağa çalışdığını, bu məqsədlə oliqarx İvanişvili ilə əməkdaşlıq etdiyini bildirir. Onun təqdim etdiyi “Rusiya planı” bunlardır:

Azərbaycan-Ermənistan sülh prosesini pozmaq;

Türkiyənin regiondakı rolunu zəiflətmək;

Gürcüstanı Moskvanın orbitinə qaytarmaq;

Suriyadakı məğlubiyyətin revanşını almaq.

O, çıxış yolu kimi sülh sazişinin dərhal imzalanması, Azərbaycanda Türkiyə hərbi bazasının açılması və Gürcüstanda xalq etiraz hərəkatına dəstək verilməsini təklif edir.

Azərbaycanlı ekspertlər Fərhad Məmmədov və Arif Yunus Pressklub.az-a bu iddiaların arxa planını geniş şəkildə təhlil ediblər.

Fərhad Məmmədov: “Moskvanın təsir alətləri daralır, təzyiqlər açıq və ardıcıl xarakter alıb”

Politoloq Fərhad Məmmədovun fikrincə, hazırda Rusiya paralel olaraq həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə ciddi pozuntular yaşayır. O, konkret nümunələr göstərərək bildirir: “Azərbaycanda “Rossotrudniçestvo” ofisinin fəaliyyəti dayandırılıb, “Sputnik Azərbaycan”ın da fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Ermənistanda isə Rusiya vətəndaşına məxsus olan “Elektrik Şəbəkələri” milliləşdirilib, bu proses gələcəkdə dəmir yollarına da şamil oluna bilər”.

Məmmədov hesab edir ki, Moskvanın Paşinyanı devirmək cəhdləri Ermənistan daxilində ifşa olunub və Rusiya bu istiqamətdə artıq uğursuzluğa düçar olub: “Kiriyenko vasitəsilə Ermənistanda Paşinyana qarşı yaradılmış şəbəkə ifşa olundu. Revanşistləri hakimiyyətə gətirmək cəhdləri nəticə vermədi. Əgər bu planlar uğur qazansaydı, Bakı susmayacaqdı. Azərbaycan Ermənistandan gələcək təhlükələri neytrallaşdırmaq üçün qabaqlayıcı addımlar atmağa hazır olduğunu artıq açıq şəkildə bəyan edib”.

Məmmədova görə, Kiriyenkonun regiona dair bütün planları uğursuzluğa uğramalıdır, əks halda bölgədə yeni qarşıdurmalar qaçılmaz olacaq: “Əgər Rusiya Ermənistanda siyasi dəyişikliklərə nail olarsa, Azərbaycanın təzyiq və təhdidlərlə qarşılaşma ehtimalı çoxalacaq. Bu səbəbdən, Bakı bu prosesə qarşı əvvəlcədən mövqe sərgiləyir və geri çəkilməyəcək”.

Arif Yunus: “Kreml illərdir çevrilişə çalışır, Paşinyan hələlik dayanır, amma təhlükə qalır”

Tanınmış konfliktoloq Arif Yunus Saakaşvilinin iddialarına ehtiyatla yanaşsa da, onun dediklərinin ümumi tendensiyalardan çox da uzaq olmadığını düşünür. Yunusun əsas vurğuları belədir: “Mixail Saakaşvilinin bəyanatlarını sensasiyalı saysam da, bu, Rusiya üçün yeni plan deyil. 2018-dən, xüsusilə 2020-ci ildən sonra Kreml Paşinyanı devirməyə çalışır. Paşinyan isə bu təhlükəni neytrallaşdırmaq üçün konkret addımlar da atılıb – Müdafiə Nazirliyində və güc strukturlarında Rusiyaya yaxın zabitlər ya həbs olunub, ya da vəzifədən uzaqlaşdırılıb”.

O, əlavə edir ki, Ermənistandakı Gümrü bazasına qoşun yeritmək də texniki baxımdan sadə deyil: “Rusiya ilə Ermənistan arasında quru sərhəd yoxdur. Hərbi texnika havadan göndərilə bilməz, çünki hava limanları Paşinyana yaxın qüvvələrin nəzarətindədir. Gürcüstan da öz ərazisindən Rusiya zirehli texnikasına keçid vermir. Hətta keçid versə belə, Gürcüstan-Ermənistan sərhədini keçmək lazımdır və oraya da Paşinyana sadiq qüvvələr nəzarət edir”.

A.Yunusun fikrincə, Ermənistanda Paşinyan devrilərsə, sülh prosesi çökə bilər: “Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb, sülh sazişinə hazırdır. Amma əgər Koçaryan, Karapetyan kimi Putin tərəfdarları hakimiyyətə gəlsə, Rusiya sülhməramlıları və Qarabağ erməniləri məsələsi yenidən qayıda bilər. Bu isə yeni qeyri-sabitlik dövrünə aparar”.

Konfiliktoloqun qənaətinə görə, Azərbaycan üçün ən doğru strategiya hazırkı vəziyyətdən istifadə edərək sülh müqaviləsini bağlamaqdır. Bu fürsət bir daha ələ düşməyə bilər.

Ekspertlərin də qeyd etdiyi kimi, Rusiya Cənubi Qafqazda təsir dairəsini bərpa etmək üçün yeni siyasi və hərbi alətlər işə salmaq niyyətindədir. Moskvanın Ermənistandakı revanşist dairələrlə əməkdaşlıq cəhdləri, Azərbaycana qarşı informasiya müharibəsi elementləri və Gümrü bazasının aktivləşdirilməsi bu prosesin hissələridir.

Lakin bu planların qarşısında:

Azərbaycan və Türkiyənin strateji koordinasiyası;

Ermənistanda daxili müqavimətin güclənməsi;

Gürcüstanda Rusiya təsirinə qarşı ictimai reaksiyalar;

Ukrayna müharibəsinin Kremlin resurslarını zəiflətməsi dayanır.

Beləliklə, Azərbaycan üçün prioritetlər dəyişməz qalır: sülh müqaviləsinin imzalanması, Türkiyə ilə hərbi əlaqələrin dərinləşdirilməsi və Rusiya təxribatlarına qarşı çevik diplomatik mövqe sərgilənməsi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Dünən, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Dünən, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Dünən, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Dünən, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Dünən, 16:12
Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Dünən, 16:09
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Dünən, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru