"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                     Həyasızlığın pik həddi .....                     Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? .....                     Bu universitetin prorektoru vəzifəsindən azad olundu .....                     "Balaəli özünə pullu sponsor axtarır" .....                     Ruslar etiraf etdilər: .....                 

Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Tarix: 10-07-2025, 09:00 | Çap et

İsveçrəli deputatlar Erix Fontobelli və Lukas Reymann Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti doktor Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”nü təqdim etmək və ABŞ-ın cənubda uzunmüddətli ədalətli əməkdaşlığın daha fəal qurulmasını təşviq etmək üçün bu ölkədə səfərdədirlər.

Konfransın məqsədi “Azərbaycan hakimiyyəti ilə Dağlıq Qarabağın köçkün erməni əhalisinin nümayəndələri arasında beynəlxalq nəzarət altında könüllü, kollektiv və ləyaqətli qayıdış üçün danışıqlara yönəlmiş birbaşa dialoqa başlamaqdır”.

Qeyd edək ki, iyulun 7-də nümayəndə heyəti ABŞ Dövlət Departamentində olub və dövlət katibinin köməkçilərinin müavinləri Ceyk Makqi və Monika Eyyqer Yakobsenlə görüşüb. Müzakirələrdə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin hüquqları, eləcə də Cənubi Qafqazda və daha geniş regionda baş verən proseslər” müzakirə olunub.

Dövlət katibi Mark Rubionun müavinlərinin köməkçiləri ilə görüş bütün hallarda yaxşı hal deyil. ABŞ-ın yeni administrasiyası Qarabağdan köçən ermənilərin məsələsini müzakirə etməməlidir, ona görə ki, belə bir məsələ yoxdur, qapanıb. Yəni onların qayıdışı ilə bağlı Bakının şərtləri məlumdur. Biz də qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışını qarşılıqlı şəkildə tələb edirik.

Bəs Bakı bu oyunları necə poza bilər?

Siyasi ekpert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, erməni lobbisinin pulları hələ də səmərəsiz layihələrə xərclənməkdədir. Onun sözlərinə görə, ABŞ-da baş tutan bu görüşlərin heç bir nəticəsi ola bilməz. “Sadəcə, hesabat xarakterli tədbirlər təşkil olunur. İsveçrəli deputatlar və onlara qoşulan Vardan kimilər ağalarına nümayiş etdirirlər ki, guya ABŞ-da Qarabağ mövzusunu qaldırıblar. Bu görüşlərin keçirilməsindən erməni lobbi və diasporunun verdiyi pulun qoxusu gəlir. Bununla Qarabağdan köçən ermənilərin məsələsini gündəmdə saxladıqlarını hesab edirlər. Halbuki nə gedən ermənilər, nə rəsmi İrəvan geri qayıdış barədə danışır. Birincisi, əksəriyyəti ya Ermənistan vətəndaşıdır, ya da Rusiyaya, Avropaya köçüblər. İkincisi, qərbi azərbaycanlıların qayıdışı təmin olunmalıdır. Bu proses qarşılıqlı baş tutmalıdır. Üçüncüsü, ermənilər Qarabağa qayıtmaq istəmirlər”.

Z.Qarayevanın fikrincə, bu görüşlər Azərbaycanı narahat etməməlidir, lakin reaksiya da verilməlidir: “Biz ilk növbədə Dövlət Departamentinin nümayəndələrinə etiraz etməliyik ki, belə bir məsələni niyə müzakirəyə çıxarırlar. Qarabağdan gedən ermənilərin bir qismi separatçı, bir hissəsi tərk-silah edilmiş hərbçilər idi. Həmçinin onların arasında separatizmə dəstək vermiş şəxslər var idi. Yəni bu adamları məzlum, guya ev-eşiyindən qovulmuş adamlar kimi qələmə vermək kökündən yanlışdır. Azərbaycan humanist addım atıb, o dövrdə gedənlər üçün avtobuslar belə təşkil etmişdi, su, qida və digər ehtiyacları qarşılanmışdı. Kimisinə təcili tibbi yardım kömək edirdi, kimisi şokolad yeyirdi. İndi Oskanyan kimilər Vaşinqtonda nağıllar uydururlar ki, guya dinc erməni əhalisi etnik təmizləməyə məruz qalıb və bunu amerikalı diplomatlara sırıyırlar, onları inandırmağa çalışırlar. Hərçənd reallıqları ABŞ diplomatları əla bilirlər”.

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, ermənilərin qayıdışı üçün heç bir maneə yoxdur, amma özləri bunu istəmirlər: “Onlar qalmaq istəsəydilər, elə o vaxt getməzdilər. Deməli, Azərbaycan qanunları ilə yaşamağı seçmədilər. İndi qayıdışı ABŞ məmurları ilə niyə müzakirə etməlidirlər ki? Onlar bizim pasportları, vətəndaşımız olmağı qəbul eləmədilər. O halda, yenidən geri dönmək də niyyətində deyillər. Yəni bu məsələdə böyük yanlışlıq var”.

Onun fikrincə, əgər ermənilərin qayıdışı müzakirə edilirsə, onun yolları, forması da açıqlansın: “Desinlər ki, bunu necə təsəvvür edirlər. Məsələn, vətəndaşlığı qəbul etmədən Xankəndidə yaşamağı nəzərdə tuturlarmı? Bu, nonsesdir. Özləri üçün icma yaradırlarmı, ya başçı seçirlərmi? Bir sözlə, mexanizmi də yoxdur, təklif də səsləndirmirlər. Sadəcə, tutuquşu kimi eyni sözləri hansı ölkəyə getdilər, təkrarlayırlar. Axı qayıdış deməklə iş olmur, ermənilərin bir özlərindən soruşmaq lazımdır ki, sən Ağdərədə, ya Xocavənddə yaşamısan, indi Azərbaycan vətəndaşı kimi ora qayıtmağa hazırsanmı? Əksəriyyət razı olmayacaq. Əgər belə bir istək olsaydı, elə o vaxt qalardılar. Azərbaycan dövləti həmin dövrdə çağırışlar etdi, fermerlər üçün subsidiyalar, güzəştlər, müəyyən sosial paketlər açıqladı. Onlar parlament, bələdiyyə seçkilərində iştirak edəcək, özlərinə erməni deputat seçəcəkdilər. Hətta Azərbaycan tərəfi də buna hazırlaşmışdı. Ancaq imtina etdilər və öz xoşları ilə getdilər. Əslində qalsaydılar, indi Qarabağda fərqli mənzərə olacaqdı. Eyni zamanda onların buradakı varlığından müxtəlif güc mərkəzləri bizə qarşı təzyiq rıçağı kimi istifadə edəcəkdilər. Yaxşı ki, könüllü şəkildə getdilər. Ermənilər birgəyaşayışa hazır deyil və bizə nifrəti davam etdirirlər”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Dünən, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Dünən, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Dünən, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Dünən, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru