Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                 

“Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək, lakin...” - GƏLİŞMƏ
Tarix: 1-12-2021, 09:12 | Çap et
“Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək, lakin...”
Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirdiyi, ABŞ və NATO rəhbərliyinin Kremlin bu ölkəyə hücum planları haqda xəbərdarlıqlar etdiyi bir vaxtda Türkiyə bu məsələdə vasitəçilik təklif edib.

“Türkiyə regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində deyib. “Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Bu problemin həllində iştirak etmək istəyərdik”, - deyə, Ərdoğan bildirib.

Rusiya ilə qarşıdurma həddində olan NATO-nun aparıcı üzvlərindən birinin Kiyev və Moskva arasında vasitəçi olmaq təklifi əlbəttə ki, diqqət çəkir. Türkiyənin dünyada artan rolu, son olaraq Qarabağ münaqişəsinin həllində fəal iştirakı, Suriyada, Liviyada sülhyaratma missiyası buna sübutdur. Ukrayna məsələsi isə olduqca həssas və spesifikdir. Rusiya Normanda formatı (Almaniya, Fransa, Rusiya və Ukrayna) çərçivəsində danışıqlarda iştirak edir, amma bu format da çoxdan işlək deyil, Minsk Qrupu kimi heç bir uğura imza atmayıb. O səbəbdən Türkiyənin bu işi təkbaşına üzərinə götürmək istəməsi də anlaşılandır. Amma Qərbin tam təsiri altında olan hazırkı Ukrayna hakimiyyətinin onların razılığı olmadan Türkiyənin vasitəçiliyinə “hə” deməsi mümkünsüz görünür. Prezident Vladimir Putin dəfələrlə Ərdoğanın sözünə güvənilən lider olduğunu desə də, Rusiya da bu təklifə isti baxmaya bilər. Çünki bu vasitəçilik Türkiyənin dünyadakı nüfuzunu daha da artıra bilər ki, bu da hakim olmaq istədiyi regionda Moskvaya sərfəli deyil.

Vasitəçilik alına bilərmi? Moskva, Kiyev və NATO-nun mövqeyi necə ola bilər?

Siyasi analitik Asif Nərimanlı məsələni geniş şərh etdi: “Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik təklifi tərəflərin razılaşıb-razılaşmamasından öncə mövcud vəziyyətin çıxılmazlığı fonunda alternativ təqdim etmək məqsədi daşıyır. Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normand formatı işə yaramayıb və bundan sonra nəsə edə biləcəyi də çətindir. Çünki Avropa - Fransa, Almaniya və Rusiya arasında yaradılan bu formata ABŞ heç vaxt isti baxmayıb və Vaşinqton zaman-zaman Avropa ilə Rusiyanın anlaşmasına qarşı Ukrayna üzərindən uğurlu müdaxilələr edib. Bu format əslində münaqişənin həllindən daha çox, yenidən alovlanmasının qarşısını almaq məqsədi daşıyırdı və iqtisadi-siyasi əlaqələr baxımından həm Avropaya, həm də Rusiyaya sərf edirdi, xüsusilə Avropada enerji tələbatına görə. Almaniya da Rusiya ilə birlikdə ”Şimal axını" layihəsini reallaşdırmaq üçün zaman qazanmağa çalışırdı. İndi vəziyyət dəyişib, Merkeldən sonrakı dövrdə Almaniyanın yeni koalisiya hökuməti Rusiyaya, eləcə də Moskvanın “Şimal axını” layihəsinə qarşıdır. Bayden administrasiyası da həm Rusiyanın Avropada təsirinin artmasının qarşısını almaq, həm də köhnə müttəfiqlərini rus təhlükəsinə qarşı öz çətiri altında birləşdirmək üçün Ukrayna münaqişəsindən vasitə olaraq istifadə edir. Amma bu, yenə də münaqişənin həll ediləcəyi demək deyil. Ukrayna və Rusiya nə qədər açıq qarşıdurmaya getsələr də bu vəziyyət heç birinə sərf etmir. Kiyevin önündə iki yol var: ya münaqişəni hərbi yolla həll etməlidir, ya da daha real nəticələr əldə edə biləcəyi formatı tapmalıdır. Ukrayna separatçılara qarşı II Qarabağ müharibəsi ssenarisinin tətbiqi üzərində düşünür. Lakin onu da anlayır ki, qarşısındakı Rusiyadır və Moskvanın cavab hücumu ağır nəticələrə səbəb ola bilər. Bu hücuma qarşı Qərbin dəstəyinə də bel bağlaya bilmir. Avropa son qarşıdurmalara görə Ukraynanı ittiham edir, ABŞ isə qeyd etdiyim kimi, məsələdən daha çox strateji planları üçün istifadə edir və bütün bunlarla yanaşı, keçmişdən çıxarılan dərslər də var. Bu vəziyyətdə Ukrayna üçün yeni formatda həll variantının müzakirə edilməsi daha məqbul görünür. İstisna deyil ki, Kiyev indiki halda hərbi variantı ön plana çıxarmaqla Qərbin yaratdığı formatın işləməsinə nail olmaq, prosesi ölü nöqtədən tərpətmək və separatçılar üzərində müəyyən hərbi qələbələr əldə etməklə danışıqlara güclü şəkildə qatılmaq niyyətindədir. Lakin Rusiyanın cavabının hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir və toqquşmanın nəzarətdən çıxması bölgədə daha böyük münaqişəyə gətirib çıxara bilər. Bunu da nə Avropa, nə də ABŞ istəyir. Rusiya da Ukraynada yeni cəbhə ilə üzləşmək istəmir. Bu, həm yeni sanksiyalara səbəb olacaq, həm də “Şimal axını” layihəsinin reallaşması gözləntilərinə zərbə vuracaq".

Ekspert hesab edir ki, qardaş ölkə yaranmış vəziyyət qarşısında öz təklifini irəli sürür: “Ümumilikdə Moskva Ukrayna münaqişəsinin ona davamlı şəkildə maneələr yaratdığını da anlayır. Lakin Qərblə də anlaşmaq istəmir. Və prosesin inkişafını yaxşı anlayan Türkiyə yaranmış vəziyyətdən istifadə edərək öz vasitəçiliyini təklif edir. Bu, həm Rusiya, həm də Ukrayna üçün məqbul variant ola bilər. Çünki Rusiya bu məsələni Qərblə həll etməyəcək, əvəzində Cənubi Qafqazda və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da güc balansını Türkiyə ilə paylaşmaq daha sərfəli görünür. Bununla həm də ABŞ qarşısında qalxan yarada bilər. Ukraynaya isə real nəticələr lazımdır və Kiyev anlayır ki, Ankara nələrsə edə bilər. Türkiyənin məqsədi də Şərqi Avropadan Mərkəzi Asiyaya qədər coğrafiyada təsir gücünü artırmaqdır. Bu, Rusiyanın postsovet məkanında təsir gücünə alternativ yaradır, amma dediyim kimi, Moskva yeni geosiyasi reallıqlarda təkbaşına döyüşməyin çətin olduğunu da anlayır və belə demək mümkünsə, daha çox pay istəyən, onun daxili işlərinə müdaxilə edən Qərbdənsə, bərabərhüquqlu və eyni gücdə gördüyü Türkiyə ilə anlaşmaq daha sərfəli ola bilər. Rusiya üçün Qara dənizdəki vəziyyət də risklidir. Ankara və Kiyevin yaxınlaşması Türkiyənin dənizdəki gücünü artırır, o cümlədən münaqişənin davam etməsi ABŞ-ın bölgəyə müdaxiləsinin də önünü açır. Ruslar üçün bu, gələcəkdə riskləri daha da artıra bilər. Bu baxımdan, Rusiya Ukrayna məsələsində də Cənubi Qafqaz ssenarisinə razı ola bilər, yəni Qərbin bölgəyə müdaxiləsini minimuma endirə və məsələni Türkiyə ilə həll edə bilər. Türkiyənin prosesdə aktiv iştirakını ABŞ və Avropa qəbul etməyəcək. Lakin son geosiyasi proseslər NATO daxilində Britaniyanın dəstək verdiyi Ankaranın mövqelərinin gücləndiyini göstərir və mümkündür ki, Şərqi Avropadan Asiyaya qədərki coğrafiyada sabitlik yeni dünya nizamında ingilislərin də maraqlı olduğu məsələdir. Hərçənd məsələyə maksimal formada da yanaşmamalıyıq, yəni Ukrayna münaqişəsinin tamamilə həll edilə biləcəyini, Rusiyanın ilhaq etdiyi Krımdan çıxacağını demək də çətindir. Fikrimcə, Türkiyə ən azı Donbas və Luqansk məsələsində Ukraynanın xeyrinə irəliləyişə nail ola bilər. Rusiya Krımı verməyəcək. Bu bölgə Rusiyanın tarixdən gələn isti dənizlərə çıxış strategiyasının tərkib hissəsidir. Krımla bağlı Kipr, yaxud hansısa başqa ortaq model tapıla bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru