Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                 

London Rusiyaya qarşı ikinci cəbhəni də açdı – Bu dəfə Aralıq dənizində
Tarix: 29-06-2021, 11:17 | Çap et
London Rusiyaya qarşı ikinci cəbhəni də açdı
NATO qüvvələri Qara dənizdə Rusiyanın tam burnunun ucunda Sea "Sea Breeze 2021" (Dəniz yeli 2021) hərbi təlimlərinə başlayaraq-başlamaz Rusiya da öz hərbi gəmilərini və sualtılarını Aralıq dənizinə göndərib.

Ovqat.com-un məlumatına görə, Aralıq dənizindəki hərbi təlimlərə rus gəmiləri ilə yanaşı səsdəniti “Xənçər” raketləri ilə silahlanan MİQ-31 təyyarələri də qatılıblar.

Rus hərbi donanmasının Aralıq dənizindəki bu aktivliyi ingilis mətbuatının da gözündən yayınmayıb. Böyük Britaniya mediası istisna etmir ki, ötən həftə Qara dənizdə Böyük Britaniyanın "HMS Defender" hərbi gəmisi ilə üz-üzə gələn rus donanması Aralıq dənizində də ingilis əngəli ilə qarşılaşa bilər. Məlumata görə, Böyük Britaniyan ən güclü və müasir təyyarə gəmisi “HMS Queen Elizabeth (R08)”-ni artıq bu məqsədlə Aralıq dənizinə göndərib. Ən güclü zirehlə örtülən həmin gəmi 40 hərbi təyyarə daşıyır. Bu baxımdan onu orta səviyyəli bir ölkənin hərbi hava qüvvəsi ilə müqayisə etmək olar.

İngiltərənin “Daily Express”-in nəşrinin köşə yazarı Marko Janangeli vəziyyəti şərh edən məqaləsində bildirib: “İngilis Kral Donanması Putinin Aralıq dənizindəki qüvvələri ilə qarşı-qarşıya gəlməyə hazırlaşır”.

Müəllif xatırladır ki, “HMS Queen Elizabeth (R08)” təyyarə gəmisi polad qoruyucu üzüklə əhatə olunub: “Onun müdafiəsini "NATO 30" və "NATO 31"çağırışları ilə uzaq radiolokasiya aşkarlama təyyarələri (AWACS) təmin edir. Təyyarələr Uoddinqton aviabazasından Kiprə uçublar”.

Müəllifin iddiasına inansaq, London bu qərarı Rusiyanın öz hərbi gəmi heyətini Aralıq dənizinə göndərilməsindən, strateji bombardmançı təyyarələrini və səsdəniti “Xənçəl” raket sistemlərini isə Suriyada yerləşdirilməsindən sonra verib.

Jurnalist Rusiyanın Aralıq dənizindəki təlimlərə hansı döyüş gəmilərini göndərdiyindən də bəhs edib. Onun bildirdiyinə görə, Rusiya “Moskva” raket kreyserini və ən yeni fırkateynləri “Admiral Essen”i və “Admiral Makarov”u Aralıq dənizinə göndərib. Bundan əlavə, rus hərbi donanmasının bir sualtısı da Aralıq dənizindədir. Məqalədə həmin sualtı "Stary Oslo" kimi göstərilir.

Kraliyyət Donanmasının yüksək rütbəli nümayəndəsinin müəllifə verdiyi məlumatdan belə anlaşılır ki, London hərbi donanması Rusiyanın Suveyş kanalını nəzarətə götürməsi ehtimalının qarşısını almaq üçün Aralıq dənizinə göndərilib: “Moskvanın Suveyş kanalına gedərkən Şərqi Aralıq dənizində təyyarə gəmimiz “HMS Queen Elizabeth (R08)”-ə yaxınlaşdırmağa çalışacağı gözlənilir. Təyyarə daşıyıcımız Rusiyanın mümkün qədər yaxınlaşmaq cəhdlərinə qarşı çıxmaq üçün hər cür ssenariyə hazırdır”.

Ovqat.com-un şərhi

Qeyd edək ki, Rusiya hələ bir neçə il əvvəl Suriyanın Tarsusdakı hərbi bazasını dünya dəniz ticarətinin önəmli keçid məntəqələrindən sayılan Qırmızı dənizə daşımaq istəyirdi və bununla bağlı Sudanın keçmiş rəhbəri Ömər əl-Bəşir ilə müqavilə imzalamışdı. Müqaviləyə görə, Rusiya Port-Sudan limanında öz hərbi bazasını yaradacaq və bu bazada hərbi gəmilərlə yanaşı 300-ə qədər rus əsgəri daimi xidmət göstərəcəkdi. Maraqlıdır ki, Sudan parlamenti bu müqaviləni ratifikasiya etməmiş 2019-cu ildə Ömər əl-Bəşir devrildi. Yeni hərbi hökumət isə bir neçə ay əvvəl Post-Sudandakı Flaminqo hərbi bazası üçün nəzərdə tutulmuş məkanda aparılan inşaat işlərini dayandırdı. Məlumata görə, Sudan Hərbi Keçid Hökumətinin sədri general Əbdül əl-Burhan bununla da kifayətlənməyib Baş nazir Abdullah Həmdukun təsdiqi ilə Sudan ordusunun Qırmızı Dəniz Hərbi Dairəsi Komandanlığına Rusiya gəmilərinin və əsgərlərinin Flamingo hərbi bazasına yaxınlaşmasının qarşısını almağı tapşırdı.

Rəsmi Xartumun bu əndişəsi yersiz deyildi və qlobal güclərin hərbi poliqonuna çevrilmək istəməməsindən qaynaqlanırdı. Belə ki, bu ilin fevral ayının 28-də Rusiyanın ən müasir “Kalibr” raketləri ilə silahlanmış “Admiral Qrigoroviç” freqatı Qırmızı dənizdəki Port Sudan limanına girmiş, ertəsi gün həmin limanda ABŞ-ın 'USS Winston S. Churchill' adlı hərbi gəmisi də peyda olmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələri bu səfərin Sudanla bir neçə gün əvvəl əldə olunan razılaşma çərçivəsində hərbi əlaqələri inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdi. Nəticədə Rusiyanın devrilmiş Sudan rəhbəri Bəşirlə, ABŞ-ın isə indiki hərbi keçid hökuməti ilə müqavilə imzaladığı ortaya çıxmışdı. Rusiyanın istinad etdiyi bu müqavilə isə ratifikasiya olunmadığı üçün həmin vaxt heç bir hüquqi qüvvəyə malik deyildi.

Moskvanın ciddi təzyiqi ilə Sudan parlamentinin bir neçə gün əvvəl həmin müqaviləni ratifikasiya etdiyi barədə məlumatlar yayıldı. Ardınca da rus hərbi gəmilərinin Tartus limanından Qırmızı dənizə hərəkət etmək adıyla hərbi təlim keçirməyə hazırlaşdığı məlum oldu. Böyük Britaniya mediasına inansaq, Londonun ən güclü gəmisini Suveyş kanalına göndərməsi də bu keçidin qarşısını almaq məqsədi daşıyır.

Sual oluna bilər: Qırmızı dəniz Rusiyanın nəyinə lazımdır?

Zənnimizcə, Rusiyanın Qara dəniz vasitəsilə Aralıq dənizinə çıxması və ordan Suveyş kanalı ilə Qırmızı dənizə və Hind okeanına açılması xarici ticarət marşrutu baxımından ən qısa yoldur. Rusiya bütün bu marşrut üzərində öz nəzarətini təmin etmək istəyir. Nəzərə alsaq ki, Qırmızı dənizin Sudan sahilləri dəniz quldurlarının ən çox fəaliyyət göstərdiyi bölgədir, Rusiyanın burada nəzarət imkanlarını genişləndirməsinin legitim səbəbləri də var. Üstəlik, Sudanın parçalanmasından sonra bütün təbii sərvətlərini və su ehtiyatını itirməsi hazırda bu ölkənin ən populyar qazanc mənbəyi də dəniz quldurluğudur, bu da bölgəyə nəzarəti zəruri hala gətirir.

İkinci başlıca səbəb Rusiyanın Qırmızı dənizi ələ keçirməklə özünün alternativ ticarət yolu layihəsini dünyaya təqdim etməsindən qaynaqlana bilər. Məlumdur ki, qlobal istiləşmə səbəbindən Şimali Buzlu okean daha qısa zaman ərzində buzlaqlarla örtülü qalır. Rusiyanın isə buz əngəllərini aşaraq marşrutu dəniz ticarətinə açan 20-dən artıq buzqıran gəmisi var və bu da onun beynəlxalq ticarət tranzitindən daha çox pul qazanmasına imkan yarada bilər. Bunun üçün isə Qırmızı dəniz Qərb dövlətləri üçün güvənsiz hala gəlməli və Moskvanın insafından asılı olmalıdır. Başqa sözlə, beynəlxalq dəniz ticarəti yollarına nəzarət planı Böyük Britaniya ilə Rusiyanı Aralıq dənizində üz-üzə gətirir.

Təsadüfə bax ki, Sudan hökuməti bir neçə ay əvvəl Flaminqo hərbi bazasını Rusiyanın üzünə bağladıqdan qısa müddət sonra Suveyş kanalında 400 metrlik “Ever Given” konteyner gəmisi dibə oturmuş və kanal bir neçə gün bağlı qalmışdı. Rusiya həmin dövrdə öz alternativ tranzit layihəsini gündəmə gətirmiş və bunun təbliğatını aparmışdı. Bir çox ekspertlər Suveyş kanalında baş verən bu qəzanın ən çox Rusiyanın xeyrinə işlədiyinə inanır, dolayısıyla təsadüfi saymırdılar.

Rusiyanın alternativ kimi təqdim etdiyi Şimali Buzlu okeanı variantı ən çox Avropanın şimal ölkələri, o cümlədən Böyük Britaniya üçün məqbul görünə bilərdi. Çünki bu marşrut şimal ölkələrinə daha yaxındır. Görünür, London da bir-birinin ardınca baş verən hadisələrə determinist nöqteyi-nəzərdən baxır və bunları böyük bir planın tərkib hissəsi kimi alqılayır. Özünün iqtisadi boğazının Moskvanın əlinə keçməməsi üçün Suveyş kanalına və Qırmızı dənizə ondan daha tez sahiblənməyə çalışır. Üstəlik, bununla da kifayətlənməyib, Rusiyanın Qara dəniz nəfəsliyini də kəsib onu tam zərərsiz hala gətirmək istəyir.

Məsələlərə bu aspektdən baxanda, yaxın 10-15 gün ərzində Londonla Moskvanın Aralıq və Qara dənizlərdə daha ciddi hesablaşacağını gözləməyə dəyər.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru