“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                 

Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 10:07 | Çap et

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər. Makron bu barədə Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair X sosial şəbəkəsindəki hesabında yazıb. Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər". Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib ki, Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və onu sülhə təşviq etməsi xalqımız üçün ağrılı bir prosesdən xəbər verir. O, Makronun Paşinyanla hər görüşündən sonra İrəvanın Bakının lehinə qərarlar verdiyini söyləyib: “2022-ci il oktyabrın 6-da da Brüsseldə Paşinyanla Fransa prezidenti arasında müzakirə oldu, daha sonra Ermənistanın baş naziri “Artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədə imza atdı. Bütün Avropa liderləri də bunu alqışladı. 2023-cü ildə də isə ərazini tamamilə itirdik. İndi Makron Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının münasibətlərdə yeni səhifə aça biləcəyini söyləyib. Bəli, yeni səhifə açılır, amma Ermənistanın vilayətə çevrilməsi üçün”. Qeyd edək ki, baş nazir fransalı həmkarını yenidən Ermənistana dəvət edib. Deyib ki, İrəvan dost Fransanın davamlı mühüm dəstəyini və Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün qurulmasına yönəlmiş şəxsi səylərini yüksək qiymətləndirir.
 
Politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda ayrı-ayrı geosiyasi mərkəzlər möhkəmlənməyə çalışır. Ekspert vurğulayıb ki, qlobal güclə regionda öz maraqlarını qalıcı etmək niyyəti güdürlər:
"Avropa İttifaqının da məqsədi, məramı budur. Xatırladım ki, Aİ Azərbaycan-Ermənistan arasındakı sülh prosesində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Brüsseldə Aİ Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu ilə bir sıra görüşlər keçirildi. Həmçinin, Şarl Mişelin rəhbərliyi altında Avropa siyasi icmasının çərçivəsində də bu mediasiyanı gördük. Fransa Prezidenti E.Makronun cəhdləri oldu. Sonra Almaniya kanslerinin iştirakı ilə dördtərəfli format əmələ gəldi. Lakin Avropa İttifaqının Azərbaycana münasibətdə qərəzli mövqeyi qalmaqda idi. Baxmayaraq ki, müharibə Azərbaycan ərazisində getmişdi, işğala məruz qalan bizim torpaqlarımız idi, dağıdılan, viran qoyulan bizim şəhərlərimiz, kəndlərimiz idi, milyona yaxın köçkünümüz var idi, milyardlarla manat ziyan vurulmuşdu. Lakin proporsiya pozularaq Ermənistana daha çox maliyyə vəd edilirdi. Qrantlar, yardımlar formasında Ermənistan dəstəklənirdi. Azərbaycan Prezidenti İlham Əliyev buna qarşı çıxdı və bu məsələdə balansın qorunmasına çağırış etdi. Balans müəyyən mənada qorunandan sonra Azərbaycan tərəfi Brüssel formatındakı danışıqlara razılıq verdi. Danışıqlar ilk dövrdə Azərbaycanın maraqları kontekstində həyata keçirilirdi. Xüsusilə ATƏT-in Minsk qrupunun gündəmdən çıxarılması üçün Azərbaycan siyasi məqsədlər güdürdü. Yəni Avropa İttifaqı ATƏT-i tam əvəz etdi. Avropa İttifaqı ilə Rusiya arasında diplomatik yarış gedirdi. Ara-sıra ABŞ-nin də fəallığını görürdük. Lakin Brüsselin fəaliyyətinə Makronun müdaxilə etməsi fonunda bu format yavaş-yavaş gündəlikdən çıxdı".
 
Siyasi şərhçi qeyd edib ki, hazırda tərəflər birbaşa dialoq halındadır və bu, önəmli format, mühüm platformadır:
"Ermənistan və Azərbaycan danışıqlar prosesində bir sıra istiqamətlər mövcuddur. Liderlər səviyyəsində, baş nazirlərin müavinləri müstəvisində və XİN başçıları arasında mütəmadi təmaslar olur. Vasitəçilər olmadan birbaşa dialoq ən nəticəyönümlüdür. Əbu-Dabidə keçirilən görüş də bunun təzahürüdür. Maraqlıdır ki, Əbu-Dabi görüşü barədə pozitiv açıqlamalar, gözləntilər fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri olur. Paşinyan ən yaxın silahdaşı E.Makronla görüşür. Paşinyan Əbu-Dabi görüşünün nəticəsi barədə hesabat verməlidir. Bu hesabatı Parisdə, Brüsseldə verir. Başqa çıxış yolu da yoxdur. Ermənistanın "islahatlarına" 2.6 milyard avro məbləğində vəsait ayrılacaq. Burada bir sıra məqamlar da var. O da Ermənistan baş nazirinin şəxsi nüfuzunun, hakimiyyətinin qorunub saxlanmasıdır. Son günlər müzakirə olunan bir fikir var ki, Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkəti həyata keçirəcək. Hətta 100 illik zəmanətdən söhbət gedir. Azərbaycan buna qəti qarşı çıxdı, Ermənistan da qəbul etmədi. Avropa İttifaqı da Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya qovşağında iştirakçı olmaq arzusundadır. Ermənistanı da istifadə edir. Nikol Paşinyanın hakimiyyətdə qalıcı olması Brüsselin marağındadır. Çünki Paşinyan Ermənistanda həm Kilsə, həm də Rusiyanın göndərdiyi emmisarlarla ciddi mübarizə içindədir. Bu da Paşinyanın siyasi imicinə, reytinqinə ciddi təsir göstərir. Sosioloji sorğular da göstərir ki, Paşinyanın reytinqi aşağı düşüb, seçkiqabağı dövrdə bu, ciddi təhlükə hesab olunur".
 
İ.Hüseynovun sözlərinə görə, Fransa da anlayır ki, sülh müqaviləsinin alternativi yoxdur:
"Sülhün ümumiyyətlə heç bir alternativi yoxdur və olmayacaq. Regionda barış olmalıdır, yorucu, dağıdıcı müharibələrə son qoymaq lazımdır. Albaniyanın paytaxtı Tiranada Makronun Azərbaycan liderinə münasibətini hamı xatırlayır. Həmin mənzərə Makronun jestləri, mimikləri onun siyasi cəbhədə məğlubiyyətinin ifadəsi idi. Makron da başa düşür ki, Cənubi Qafqazda sülh domino effekti verəcək. Bir gün Rusiya-Ukrayna müharibəsi də bitəcək. Yeganə məsələ əməkdaşlıq və kommunikasiya xətləri üzərindən iqtisadiyyatın inkişafı barədə olacaq. Okeanın o tayında da ABŞ rəhbəri nikbin, sülhə dair fikirlər səsləndirir. Eləcə də, Donald Trampın Nobel sülh mükafatını almaq niyyəti var. Çalışır ki, ayrı-ayrı regionlarda dondurulmuş, arxa plana keçmiş münaqişələr də danışıq masasında bitsin. Hər bir geosiyasi mərkəz sülhdə öz payının olması mənzərəsini yaradır. ABŞ və Fransa da bu məqsədi güdür. Rusiya da sülh danışıqlarının onun nəzarətində getməsində maraqlıdır. Əlbəttə, geosiyasi mərkəzlərin istəyindən asılı olmayaraq, Bakı və İrəvanın sülhlə bağlı niyyəti ortadadır. Amma bizim tələblərimiz də aktualdır, masadadır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi Paşinyan hökumətinin özü üçün də sərfəlidir. Burada Kilsənin gücünü azaltmaq, hakimiyyəti möhkəmləndirmək və digər məsələlər var. Referendumu daxili auditoriyaya düzgün təqdim etməklə keçirmək önəmlidir ki, İrəvan sülh üçün irəliyə doğru addım ata bilsin".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru