Prezidentdən qəti mövqe: .....                     ABŞ Lukaşenkonu araqla razı saldı .....                     Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır .....                     Rus politoloqların isterikasının isti dövrü .....                     TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq .....                     “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? .....                     Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR .....                     Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? .....                     Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı .....                     “O qədər şey vəd etdilər, heç nə olmadı” .....                     Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. .....                     Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... .....                     "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" .....                     Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... .....                     Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                     Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır .....                     İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb .....                     Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki .....                     Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda .....                     Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb .....                     VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? .....                     Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı .....                     Zaur Mikayılov əhaliyə yenə zülm edir .....                     Tahir Budaqovdan kadr təyinatı .....                     Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... .....                     Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq .....                     ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... .....                     Emin Milli Şuşa Media Forumuna qatılıb .....                     Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... .....                     Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... .....                     Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... .....                     İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... .....                     Naxçıvan sakinləri İranda GİROV TUTULUR .....                     Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır .....                 

İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər? – “Beynəlxalq düzən” təhdidi
Tarix: 4-05-2021, 09:29 | Çap et
İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər?
Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab və ABŞ Dövlət Katibi Antony Blinken bu gün Londonda keçiriləcək G7 Xarici İşlər nazirləri toplantısından qabaq görüşüblər.

Ovqat.com Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər görüş zamanı "Rusiyanın sistematik olaraq sabitliyi pozan hərəkətləri"ni və “Çinin Sincan Uyğur Muxtar Bölgəsi və Hong Kongdakı fəaliyyətlərini müzakirə ediblər.

Toplantıda həmçinin Əfqanıstan, İran və Efiopiyadakı son durum barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında London və Vaşinqtonun bir sıra məsələlərdə "çiyin-çiyinə" olduqları mesajı verilib. Blinken, ABŞ-ın İngiltərədən "daha yaxın müttəfiqi və ortağının olmadığını" diqqətə çatdırıb.

Jurnalistlərin suallarına cavab verən Böyük Britaniyanın Xarici İşlər naziri D.Raab isə Rusiyanın qeyri-rəsmi də olsa G7 görüşlərinə qatılmaması ilə bağlı hər hansı bir düşüncələrini bildirərkən deyib ki, bu məsələdə hər şey Moskvadan asılıdır. Londonun yaxşı diplomatik münasibətlərə qapısının "həmişə açıq" tutduğunu vurğulayan Raab bunun ancaq Rusiyanın davranışlarını dəyişməsi halında mümkünlüyünü bildirib.

"Dəyişdirilməsi lazım olan davranış Rusiyanın beynəlxalq hüququn əsas normalarına zidd olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvünə yaraşmayan hərəkətləridir”,-deyən nazir qeyd edib ki, bu hərəkətlər təkcə kiber hücumları, dezinformasiya siyasətləri, müxalif lideri Aleksey Navalnının insan haqları pozulması ilə də məhdudlaşmır. Rusiya həm də öz torpaqlarında bəyənmədiyi şəxsləri kimyəvi hücumla zəhərləmələrə və regionda yürütdüyü "qorxu siyasəti və güc nümayişi"nə son qoymalıdır.

"Rusiya ilə daha yaxşı bir əlaqə qurmaq fürsətimiz hələ də var və bunu alqışlayırıq. Ancaq hər şey Rusiyanın davranış və hərəkətlərdən asılıdır", - Dominik Raab belə deyib.

Eyni dəyərləri bölüşən və çoxtərəfli sistemi qorumaq istəyən ölkələr topluluğuna tələbat və ehtiyacın artdığını vurğulayan Raab Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrikanın Xarici İşlər nazirlərinin də G7 sammitinə dəvət edilməsini bunun əlaməti sayır və Londonda keçirilən sammitin eyni dəyərləri paylaşan ölkələr modelinə keçidin nümayişi kimi qiymətləndirir.

Qeyd edək ki, G-7 sammitlərinə ev sahibliyi edən ölkələrin bəzi dövlətləri də toplantılara çağırmaq haqqı var və Böyük Britaniyalı nazirin sözlərindən belə anlaşır ki, London adlarını sadladığı dövlətlərə üstünlük verib.

ABŞ dövlət katibi Blinken də ABŞ-ın Rusiya ilə daha sabit münasibət qurmaq istədiyini, bunun Kremlin hərəkətlərindən asılı olduğunu təsdiqləyib.

"Prezident Bayden bu barədə fikirlərini çoxdan açıq-aşkar ortaya qoyub. Əgər Rusiya ehtiyatsız və ya aqressiv olmağı seçərsə, cavab verəcəyik. Amma biz vəziyyəti gərginləşdirməyə çalışmırıq, daha sabit, daha proqnozlaşdırıla bilən bir münasibətə üstünlük veririk. Rusiya necə hərəkət edərsə, biz də ona qarşı adekvat davranacağıq”, - Blinken belə deyib.

Böyük Britaniyalı həmkarı Raabdan fərqli olaraq Blinkenin üzərində əsas dayandığı məsələ isə “Çin təhdidi” olub. Blinken Qərbin Pekini "məhdudlaşdırmağa" və ya "boğmağa" çalışmadığını söyləyib. Həyata keçirməyə çalışdıqları siyasətin ancaq beynəlxalq qaydalara əsaslanan sistemi qorumaq olduğunu bildirən Blinken vurğulayıb ki, Çin mövcud dünya düzəninə meydan oxuduğu üçün Vaşinqtonun təpkiləri ilə qarşılaşır: "Hər hansı bir ölkə, Çin və ya başqa birisi mövcud qaydalara əsaslanan nizama meydan oxuyarsa, yaxud onu pozan hərəkətlər edər və aşındırmağa çalışarsa, öhdəliklərini yerinə yetirməzsə, biz ayağa qalxar, illərlə oturuşmuş dünya düzənini müdafiə edərik".

London sammitinə gəlməmişdən əvvəl ABŞ-da bir televiziya proqramına müsahibə verən Blinken Çini ən ciddi düşmən kimi xarakterizə edərək demişdi: "Çin ABŞ-ın dünyada qorumağa qərarlı olduğu qaydalara əsaslanan düzəni pozmaq və ya meydan oxumaq üçün hərbi, iqtisadi və diplomatik potensiala sahib yeganə ölkədir. Məqsədimiz Çini dayandırmaq və ya yıxmaq deyil, meydan oxuduğu mövcud dünya düzənini qorumaqdır".

Dövlət katibi 31 Mart tarixində ABŞ administarsiyası üçün hazırlanan “2020-ci il İnsan Hüquqları Hesabatı”nın təqdimatında isə Pekinin Sincanda Uyğur Türklərinə qarşı həyata keçirdiyi insan haqları pozuntularını "soyqırım" kimi qiymətləndirmişdi.

Ümumiyyətlə, ABŞ və Böyük Britaniya yetkililərinin çıxışlarına diqqət yetirdikdə, Rusiya ilə Çinə qarşı mübarizəni öz aralarında bölüşdürdükləri sezilir. Sanki Londonun öhdəsinə Rusiyanı, ABŞ-ın öhdəsinə isə Çini çökdürmək vəzifəsi düşüb. Təsadüfi deyil ki, Böyük Britaniyanın bir müddət əvvəl açıqlanan "Qlobal Britaniya: Rəqabət Çağında" başlıqlı hərbi doktrinasında Rusiya “ən böyük düşmən (təhdid)” elan olunmuş və önümüzdəki 10 ildə onun regional təsir gücünün azaldılması üçün heç nəyin əsirgənməyəcəyi vurğulanmışdı. Çin isə həmin doktrinada daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndirilmişdi. ABŞ-ın Dövlət Departamenti isə Çini dünya düzənini hərbi, iqtisadi cəhətdən pozmağa qadir yeganə güc olaraq görür və bu xüsus Blinkenin açıqlamalarında aydın şəkildə nəzərə çarpır.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36
Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31
“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28
Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27
Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21
"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14
Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29
Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23
ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18
Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11
Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03
Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52
Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45
İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30
Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22
Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08
Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35
ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20
“Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17
Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59
Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57
Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53
Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru