Duma üzvünün Türkiyə haqda dediklərinin arxasında nələr yatır? - GƏLİŞMƏ
Tarix: 1-05-2021, 09:53 | Çap et
 ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsi işlətməsi hələ də dünya gündəmini zəbt edib. Son olaraq, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitə sədri Leonid Slutski bu barədə danışıb.
O deyib ki, Baydenin “soyqırımı” tanıması Ankara üçün ABŞ məhkəmələrində Türkiyəyə qarşı çoxsaylı iddiaların qaldırılmasına gətirə bilər. Sitat: “Bu, rəsmi Ankara üçün heç də təhlükəsiz deyil”.
Rusiyalı siyasətçi düzmü söyləyir? Hansı iddialardan söhbət gedə bilər?
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev yaranan suallara bu cür aydınlıq gətirdi: “ABŞ prezidenti Baydenin 24 aprel müraciətində “soyqırım” ifadəsini işlətməsi Türkiyə üçün nə qədər xoşagəlməz olsa da, eyni zamanda, erməniləri sevindirsə də, bu ifadənin Türkiyəyə hüquqi məsuliyyət daşıtdıracaq gücü yoxdur. Dünyanın ən güclü dövlətinin prezidentinin dilindən belə bir ifadənin səsləndirilməsinə nail olmaq ermənilər üçün daha çox mənəvi məsələ idi. İstəsələr belə, bundan o yana gedişləri yoxdur. 4 ildən sonra ABŞ-ın yeni prezidenti kim olacaqsa, o məlum gündə bu ifadəni işlətməyə bilər. 1981-ci ildə ABŞ prezidenti Reyqan 24 aprel müraciətində “soyqırım” ifadəsini işlətmişdi.
Ondan öncəki və sonrakı prezidentlər Baydenə qədər bu ifadəni işlətməmişdilər. Bu çıxışının ABŞ məhkəmələrində Türkiyəyə qarşı hər hansı iddialar qaldırması, təzminat davası açması üçün şərait yaratma perspektivini görmürəm. ABŞ daxilində ayrı-ayrı məhkəmələr istənilən məsələni müzakirə edib qərar verə bilərlər. Amma qərarların “soyqırım”ın beynəlxalq statusda tanınması ilə bağlı heç bir əlaqəsi olmayacaq. Eyni zamanda, belə məhkəmələrin başqa dövlətlərə qarşı qaldırdığı iddiaların da heç bir hüquqi gücü olmur. Bayden bu ifadəni hansısa səbəbdən işlətməyə məcbur olubsa, belə bundan sonra daha da qabağa getməklə Türkiyəni itirmək təhlükəsi ilə üz-üzə qalmaq istəməz. Hətta şəxsən istəsə belə ona imkan verməzlər. Türkiyəyə qarşı qərar verə biləcək yeganə orqan Beynəlxalq məhkəmələrin verəcəyi qərarlar ola bilər. Bu günə kimi belə məhkəmənin olmamasının yeganə səbəbini isə beynəlxalq səviyyədə hüquqi araşdırma olacağı halda ermənilərin 100 ildən artıq müddətdə yalan və saxta “soyqırım” təbliğatı apardıqlarının məlum olacağıdır. Yeri gəlmişkən, Türkiyə beynəlxalq səviyyədə araşdırmanın aparılmasını uzun illərdir tələb edir və həmin dövrə siyasətçilərin dili ilə yox, hər tərəfdən arxivlərin açılmasından və tarixçilərin araşdırmasından sonra qiymət verməyə çağırır”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də Türkiyə üçün təhlükə görmür: “Ümumiyyətlə, ABŞ məhkəmələrində Türkiyə qarşı iddialar əvvəllər də qaldırılıb. Bu iddiaların hüququ mexanizmi və məcburiyyət prinsipi nə qədərdir? Burada söhbət başqa bir ölkədən gedir. İrəli sürülən iddialar beynəlxalq qanunvericiliklə tənzimlənməlidir. Burada Türkiyə tərəfi “soyqırım” iddiasını qəbul edərsə, bu zaman deyilənlər mümkün ola bilər. Amma belə bir hadisənin olmadığını hər kəs bilir. ABŞ məhkəmələrinin çıxardığı qərarlar əslində birtərəfli xarakter daşıyır. Hazırda Rusiya Türkiyə-ABŞ arasında yaşanan soyuq münasibətlərdən çox razıdır. Düşünürəm k, bu açıqlamanın verilməsi də təsadüf sayıla bilməz. Bir növ Türkiyəyə uyarı da ola bilər. Özlərini ABŞ-ın yerində Türkiyəyə müttəfiq kimi göstərirlər. Qardaş ölkəni ciddi şəkildə təhlükələrin gözlədiyini düşünmürəm”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01 |
|
|
|
• ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57 |
|
|
|
• Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54 |
|
|
|
• Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52 |
|
|
|
• TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46 |
|
|
|
• “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43 |
|
|
|
• Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40 |
|
|
|
• Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36 |
|
|
|
• Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• “O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28 |
|
|
|
• Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08 |
|
|
|
• Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48 |
|
|
|
• "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
• Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35 |
|
|
|
• Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32 |
|
|
|
• Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19 |
|
|
|
• Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16 |
|
|
|
• Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03 |
|
|
|
• Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01 |
|
|
|
• VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58 |
|
|
|
• Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53 |
|
|
|
• Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52 |
|
|
|
• Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45 |
|
|
|
• Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43 |
|
|
|
• Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42 |
|
|
|
• Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29 |
|
|
|
• Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23 |
|
|
|
• ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18 |
|
|
|
• Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11 |
|
|
|
• Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03 |
|
|
|
• Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52 |
|
|
|
• Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45 |
|
|
|
• İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30 |
|
|
|
• Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22 |
|
|
|
• Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08 |
|
|
|
• Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35 |
|
|
|
• ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• “Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17 |
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
|