ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                     Nicat Rəhimovun səhhətində problem yaranıb .....                     Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? .....                     İzzət Bağırov buna görə çimərlikdən qorxur .....                     Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? .....                     Xanım aparıcı metronun mətbuat katibi təyin edildi .....                     Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir .....                     İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır .....                     İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                 

ABŞ-Türkiyə münasibətlərində kritik gün: - Bayden “soyqırımı” deyəcəkmi?
Tarix: 24-04-2021, 09:00 | Çap et
ABŞ-Türkiyə münasibətlərində kritik gün:
Bu gün - aprelin 24-də ABŞ-Türkiyə münasibətləri üçün qırılma nöqtəsi ola bilər. “Yeni Müsavat” xəbər verir ki, aprelin 24-də Bayden administrasiyası qondarma erməni soyqırımını tanımaq qərarı versə, Vaşinqton Ankara kimi bir müttəfiqini, NATO dövlətini itirə bilər. Türkiyənin Prezident Administrasiyası da Ağ Evi xəbərdar edib ki, əgər Bayden “erməni soyqırımı” ifadəsini işlətsə, ABŞ Türkiyə kim mühüm bir müttəfiqini itirəcək. Ancaq Amerika hökumətinin qərarının nə olacağı qətiləşməyib.

Obama hakimiyyətdə olduğu dövrdə 24 apreli “faciə” adlandırmışdı, amma seçkiqabağı verdiyi vədi yerinə yetirməmişdi. Bayden də seçki ərəfəsində ermənilərin səsini almaq və Türkiyəyə təzyiq üçün bu vədləri verirdi. Təhlilçilər güman edirlər ki, ABŞ prezidenti Türkiyəni itirmək qədər ağır qərar verməyəcək, lakin çıxışında “soyqırımı” ifadəsi işlədə bilər. Bununla belə, Ağ Ev rəhbəri saxtakar ermənilərə görə Ankara-Vaşinqton əlaqələrinə lüzumsuz gərginlik qatmaya da bilər.

Bu arada “The Wall Street Journal” etibarlı öz mənbələrinə istinadən yazıb ki, “Bayden ”soyqırımı" deyə bilər, lakin hələ qəti qərara gəlməyib. Ola bilsin, sələfləri kimi ənənəvi sözdən istifadə eləsin. Və ya “soyqırımı” desin". Bir məqamı da nəzərə almaq lazımdır ki, prezident postunu tutandan bu yana - son 3 ayda Co Bayden bir dəfə də olsun Ərdoğanla danışmayıb.

Bayden ötənilki seçki kampaniyası zamanı “erməni soyqırımı”nı tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini bildirmişdi. “Mən şənbə Anım Günündə bununla bağlı daha çox şey söyləyəcəyimizi təxmin edirəm. Amma mənim ondan öncə deyəcək sözüm yoxdur,”- Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin vədi ilə bağlı suala cavab olaraq bildirib.

ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət ermənipərəst qrup isə Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırımı kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırıb. “Birləşmiş Ştatlar hökuməti çox uzun müddət erməni soyqırımı ilə əlaqəli tarixi faktla bağlı biabırçı şəkildə səssiz qalıb və buna artıq son qoyulmalıdır. Biz Sizi vədlərinizi yerinə yetirməyə və həqiqəti dilə gətirməyə çağırırıq”, - qanunvericilər yazıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq. Bu halda ABŞ prezidenti hansı seçimi edəcək: “soyqırımı”nı tanıyacaq, yoxsa Türkiyəni itirmək istəməyəcək?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla, Bayden “soyqırımı” ifadəsini işlədəcək. Onun sözlərinə görə, fevraldan başlayaraq Baydenə yaxın ekspertlər siyasi kluarlarda etdiyi qeyri-rəsmi söhbətlərlə bu məsələyə diqqət çəkirdilər: “ABŞ-dakı ”dərin dövlət" Türkiyə ilə münasibətlərdə düşmənçilik yanaşmasını ortaya qoyur. Baydenin ilin-günün bu vaxtında belə bir addım atması paradoksaldır. ABŞ-ın Türkiyə ilə münasibətlərini korlaması Ərdoğanın qəbul etməməsi ilə bağlıdır. Amerikada Türkiyə liderinin müstəqil siyasətinə əsəbidirlər".

Z.Məmmədovun sözlərinə görə, Türkiyə addımları ilə həm daxildə güclənib, həm Aralıq dənizi sahillərində regional faktora çevrilib: “Onun hərbi sənayedə NATO-dan asılılığının azaldığını demək lazımdır. Bir zamanlar NATO-dakı müttəfiqlərindən asılı olan Türkiyə indi müstəqil siyasət aparır və bu, bir çoxlarının xoşuna gəlmir. Ancaq Bayden ”soyqırım" deməklə heç nə dəyişməyəcək, çünki siyasi qərardır, tarixi deyil.

Hər halda bu qərar iki ölkə arasında münasibətlərə pis təsir edəcək, Ankaranın Vaşinqtondan uzaqlaşmasına gətirəcək. Görünür, ABŞ hər şeyi gözə alıb, Türkiyəni cəzalandırmaq istəyir. Amma Türkiyə bununla daha da möhkəmlənəcək, güclənəcək, itirən Vaşinqton və müxtəlif siyasətçilər olacaq. Ermənistanda belə qaldırılmayan məsələnin ABŞ üçün bu qədər əhəmiyyətli olması göstərir ki, “soyqırımı” siyasi mahiyyət daşıyır".

Politoloq İlqar Vəlizadə deyir ki, Baydenin “soyqırımı” ifadəsi işlədəcəyini düşünmür: “Çünki bunu iddia edənlər onun seçki zamanı erməni lobbisinin dəstəyini qazanmaq üçün səsləndirdiyi fikirləri əsas götürür. Bayden, bəlkə də, aprelin 24-də ”soyqırımı" ifadəsi işlədə bilərdi, lakin indiki halda çətin ki, o, Türkiyə ilə münasibətləri poza biləcək belə bir addımı atsın".

Politoloqun sözlərinə görə, Ukrayna ətrafında gedən proseslər Vaşinqtonu Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davranmağa vadar edir: “Həm ABŞ, həm də AB-nin Ukraynaya yardım göndərmək üçün boğazlara ehtiyacı var. Boğazların nəzarəti isə Türkiyənin əlindədir. Yəni indiki halda Vaşinqton Ankaraya hava, su kimi ehtiyac duyur. Bu mənada çətin ki, Bayden ”soyqırımı" ifadəsi işlətsin. Bu, açıqca boğazların Vaşinqtonun üzünə bağlanması, Kremlə isə ciddi bir fürsət vermək deməkdir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Bu gün, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Bu gün, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Bu gün, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Bu gün, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Bu gün, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Bu gün, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Bu gün, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru