Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                 

Pentaqondan Moskvaya kritik siqnal: - ABŞ və Rusiya orduları Ukraynada toqquşa bilər
Tarix: 3-04-2021, 09:21 | Çap et
Pentaqondan Moskvaya kritik siqnal:
ABŞ-Rusiya qarşıdurmasının növbəti plasdarmı Ukrayna ola bilər. Daha doğrusu, elə 2014-cü ildən strateji müharibə arsenalına çevrilən Ukraynanın başı üzərində yeni qara buludlar dolaşmaqdadır. “Yeni Müsavat” bildirir ki, iki supergücün mübarizəsində Qərbdən rəsmi Kiyevə açıq siyasi dəstək ifadə olunsa da, bu, hələlik sözdə görünməkdədir.

Yəni Ukrayna Rusiya qarşısında öz gücünə dayanmağa məhkum edilib. Halbuki Qərb və ABŞ daha böyük dəstək vəd etmişdilər. İndi isə Donbas istiqamətində vəziyyətin gərginləşməsi ilə ABŞ-dan Ukraynaya yenə dəstək vədləri gəlməkdədir. Belə ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub. ABŞ müdafiə naziri öz ölkəsinin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı səylərinə dəstəyini bir daha ifadə edib. Ostin Ukraynanın şərqində Rusiyanın təxribatçı hərəkətlərini pisləyib və martın 26-da 4 əsgərin ölümü ilə bağlı ukraynalı həmkarına başsağlığı verib. ABŞ müdafiə naziri deyib ki, onun ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir və Ukraynanı Rusiya ilə qarşıdurmada yalnız buraxmayacaq.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib. Ancaq faktiki onu tək buraxıb. Pentaqon rəhbərinin ukraynalı həmkarı ilə sonuncu telefon söhbətindən sonra Vaşinqton Kiyevə nə kimi dəstək olacağı maraqla gözlənilir. Rusiya ilə hərbi qarşıdurma olacağı təqdirdə ABŞ Ukraynanı yenə yalqız buraxacaqmı?

Hər halda budəfəki açıqlama Vaşinqtondan Moskvaya olduqca ciddi siqnaldır və Baydenin gəlişi ilə başlayan ikinci “soyuq müharibə” dövrünə təsadüf edir. Bu, o deməkdir ki, ABŞ və Rusiya hərbi qüvvələri Ukraynada toqquşa bilərmi? Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib ki, Rusiyanın Ukraynanın şərqindəki addımları ötən ilin iyulunda ATƏT-in vasitəçiliyi ilə əldə olunmuş sabitliyi pozur.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a sözlərinə görə, Rusiya göz qorxudur və müharibə aparmaq istəmir: “Çünki müharibələrdən yorulub. Onu da yaxşı bilir ki, Ukrayna ilə açıq müharibə NATO ilə burun-buruna dayanmaq demək olacaq. Üstəlik, Ukrayna ordusu 7 il əvvələ baxanda indi daha mütəşəkkildir, hazırdır. Doğrudur, Rusiyanın potensialı onu çox üstələyir, müqayisə oluna bilməz, amma ABŞ səhvini təkrar etməyəcək, bu dəfə dəstəyini artıracaq”.

Ekspert güman edir ki, Ukrayna Azərbaycanın 44 günlük müharibəsindən ruhlanıb: “Amma fərq budur ki, onlarla döyüşən erməni yox, rusdur. Kiyev NATO və ABŞ-ın real dəstəyini aldığına əmin olmasa, irəli getməyə çalışmayacaq. O baxımdan rus silahlarına qarşı Ukraynanın savaşı məğlubiyyətə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Çin, Rusiya və İran arasında bir mərkəzləşmə gedir və bölgədə müharibənin alovlanması ehtimalını hələlik istisna edirəm”.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir. Onun sözlərinə görə, ABŞ 2014-cu ildən fərqli olaraq Ukraynanı Rusiya təcavüzündən qorumaqda israrlı görünür: “26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra aşağıdakı addımlar atıldı: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxladı; ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Rusiya və Ukrayna ordularının Baş Qərargah rəisləri ilə telefon söhbəti apardı; ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığının səviyyəsini yüksəltdi; ABŞ, Britaniya və Kanadanın Kiyevdəki hərbi attaşeləri Ukrayna müdafiə naziri və Ukrayna ordusunun ölkənin şərqindəki birləşmiş qüvvələrinin komandanı ilə görüş keçirdi; NATO qərargahında üzv dövlətlərin səfirlərinin toplantısı çağırıldı; ABŞ və Ukrayna müdafiə nazirləri Ostin və Taran arasında telefon söhbəti oldu. 2014-cü ildə Krımın ilhaqı zamanı və Donetsk-Luqansk vilayətlərində aqressiv separatizm baş qaldırarkən ABŞ bu cür diplomatik aktivlik göstərməmiş və Rusiyanı çəkindirəcək hər hansı addım atmamışdı”.

Ş.Cəfərlinin fikrincə, Tramp dövründə qlobal miqyasda zəifləmiş mövqelərini bərpa edəcəklər: “İndi Rusiyanın növbəti aqressiv cəhdlərinin qarşısını ala bilməsələr, onda bu sözlərin inandırıcılığı qalmayacaq və həyata keçirəcəkləri strategiya ilk başdan zərbə alacaq. Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır”.

Politoloq Qabil Hüseynlinin azpolitika.info-ya geniş müsahibəsində dediyinə görə, hazırda Ukrayna cavab zərbəsi hazırlayır: “Əlbəttə, Ukrayna Baş Qərargahının hansı tədbirləri nəzərdə tutduğunu mən bilmirəm, amma bildiyim qədər Ukrayna ilk növbədə Donetsk və Luqansk vilayətlərini bir-birindən ayıraraq Rusiya ilə sərhədlərə çıxmaq, dövlət sərhədini bütünlüklə nəzarətə götürmək istəyir. Bundan sonra Luqansk və Donetskdəki separatçılar, eləcə də ərazidəki rus hərbçiləri ilə məsələni birdəfəlik həll etmək niyyətindədir. ”Normand beşliyi"nin prinsipləri, eləcə də Minskdə olan əlavə razılaşmalar da buna icazə verir".

Analitik hesab edir ki, Ukrayna tək deyil, Kiyevin arxasında NATO, ABŞ dayanır: “Əgər Rusiya Ukrayna ilə bu şəkildə davranmağı sürdürsə, zənnimcə, çox qorxulu nəticələrlə üzləşəcək. Hər halda, Rusiya Ukraynaya hücum etməyə çalışsa, NATO qüvvələrilə üz-üzə dayanmalı olacaq”.

Ukraynalı politoloq Taras Berezoveç də bildirib ki, ölkəsinin müttəfiqləri vəziyyətin təhlükəli olduğunu başa düşürlər: “Yalnız onların Ukrayna rəhbərliyini düzgün istiqamətləndirə biləcəklərinə ümid qalır. Rəqib kiminlə iş gördüyünü gözəl bilir. Hər şey həddən artıq ciddidir”.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru