Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                     Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                 

Rusiyanın indiki durumdan iki çıxış yolu var
Tarix: 16-11-2016, 09:03 | Çap et
Rusiyanın indiki durumdan iki çıxış yolu var
“RBK” portalı Postsənaye cəmiyyətlərinin öyrənilməsi Mərkəzinin direktoru Vladislav Inozemtsev-in Rusiyada korrupsiya və onun fəsadları barədə məqaləsini dərc edib.

Müəllif yazır ki, korrupsiya geniş məfhumdur. Ancaq onun əsas cəhəti qaydaların seçkili tətbiqidir. Yəni, məsələn, sizə bir obyekti tikməyə icazə vermirdilərsə, lazımi adamları "gördükdən" sonra bu icazəni verirlər, yaxud tenderlə bağlanmalı olan dövlət kontraktını şirkətiniz tendersiz alır və s.

Beləliklə, hüquqi və əxlaqi baxımdan vahid sayılan anlayış iqtisadi baxımdan ikiyə parçalanır.

RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA

“Adi rüşvətxorluq” dediyimiz aşağı səviyyəli korrupsiyanın iştirakçıları polis, yerli məmurlar, müfəttişlər və s. dövlət qulluqçularıdır. Onlar topladıqları vəsaiti sonradan maşınlara, qiymətli əşyalara, ev və torpaq sahələrinə, uşaqlarının xaricdəki təhsilinə xərcləyirlər. Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ÜDM-in 3–5%-i məhz bu yolla yenidən paylanır.

Digər tərəfdən, artıq “adi rüşvətxorluq” adlandıra bilməyəcəyimiz irimiqyaslı korrupsiya var. Bu, yüksək rütbəli məmurların analoji hərəkətləridir. Burada mənimsənilən vəsaitlərin miqyası dəfələrlə çoxdur. Üstəlik, bu vəsaitlər və onlarla bağlı fəaliyyət ölkənin sərhədləri xaricinə çıxır. Gəlirlər o qədər böyükdür ki, onları ölkə sərhədləri daxilində yatırmaq təhlükəsiz deyil. В«Panama sənədləriВ», Рѕfşor şirkətlər, xarici hesablar və daşınmaz əmlak da buradan qaynaqlanır. Korrupsiyanın bu növü qat-qat daha təhlükəlidir: o, ölkəni talayır, yoxsullaşdırır və vəsaitlərin mənasız israfına yol açmaqla ən yüksək səviyyədə idarəetmənin məntiqini təhrif edir.

Rusiyanın unikallığı korrupsiyanın miqyasında deyil, korrupsion vəsaitlərin dövriyyəsinin leqal görünməsindədir. Bu zaman qanunlar pozulmur. Çünki bu qanunların özünü də bilərəkdən zənginləşənlərin xeyrinə qəbul edirlər. YUKOS-un işini yadımıza salaq: "Yuqansknefteqaz" şirkətinin üzərində ölkə tarixində ən böyük vergi borcu var idi. Ancaq "Rosneft" bu şirkəti alanda o, məhkəmə qərarından şikayət etdi və qərar ləğv edildi.

RUSİYA QANUNLARI

Rusiya qanunlarına görə, baş nazirin müavini oliqarxa 5 milyon dollar kredit verib beş ildən sonra ondan 119 milyon dollar ala bilər. Qubernatorların qohumlarına məxsus şirkətlər büdcə kontraktlarını qanuni şəkildə alırlar. Bu insanların heç birinə korrupsiya ittihamı irəli sürülmür. Onlar əmindirlər ki, bu qanunidir. Ona görə də Duma heç zaman Konstitusiyanın 20-ci maddəsini (məmurların qeyri-qanuni varlanmasına görə cəzalanmaya dair) təsdiqləməyəcək.

Məmurların xalqın hesabına sistematik və daimi varlanması bu gün Rusiyadakı siyasi rejimin mahiyyətidir. Ona görə də, bu sistemin В«boltlarıВ» həbs olunduqları zaman haqlı olaraq inciyirlər. O yerdə ki, hakimiyyət demokratiya və hüquqlara fokuslanıb, biz Avropa və Amerika modellərini görürük. O yerdə ki, hökumətin prioriteti texnologiya bazarıdır, biz Çin və neft əmirliklərinin inkişaf yollarını görürük. Rusiyada isə hakim dairələrin əsas məqsədi şəxsi varlanmadır. Ona görə də, ölkədə hər hansı inkişaf nəzərə çarpmır.

BƏS BU SİSTEMİN SONU NƏ ZAMAN ÇATACAQ?

Rusiyada yaradılmış sistem iki cəhəti ilə seçilir. Birincisi, o, heç bir yeni məhsul, yaxud xidmət istehsal etmir və dünyaya heç bir innovasiya təklif etmir. O, renta gəlirlərinin daimi axını hesabına yaşayır. Bu gəlirlərsə dayanmadan artmalıdır. Müəyyən vaxta qədər onlar doğrudan da artıb: 2000-2004-cü illərdə neft satışından gəlir 1999-cu illə müqayisədə ildə 33,5 milyard dollardan artıq idi. 2005–2008-ci illərdə bu göstərici ildə 223,6 milyard , 2011–2013-cü illərdə isə ildə 394 milyard dollar idi. Ancaq bu artım dayananda sistem onu nə ilə əvəzləyəcəyini bilmir. Bu gün təbii ehtiyatlardan gələn gəlirlərin xərclənməsindən başqa heç bir yeni çıxış yolu təklif olunmayıb. Ehtiyatlar bitəndən sonra hakimiyyətin fantaziyasını görmək maraqlı olardı. Ancaq həm də hökumət vətəndaşların gəlirlərini və sosial proqramları məhdudlaşdırmağa cəsarət etmir. Onların fikrincə, nə qədər ki, pul var, "xalqın susqunluğunu" təmin etmək gərəkir.

İkincisi isə, ölkənin iqtisadi sisteminin qeyri-effektivliyidir. Ölkənin sərvətlərinə "çıxış" və imkanları birbaşa ölkənin rəhbərliyinə "sədaqət" prinsipi ilə düz mütənasib idi. Özü də, sədaqət meyarları müəyyən edilirdi, ancaq mənimsənilən vəsaitlərin həcmi yox. Sonucda, mənimsənilən hissənin həcmi dayanmadan böyüyür, bəzi hallarda hətta 50%-ə çatırdı. Maraqlıdır ki, 2013-cü ildə yol tikintisinin dəfələrlə maliyyələşdirilməsinə baxmayaraq, ölkədə 2000-ci ildəkindən 2,5 dəfə az yeni yol çəkilib. Ancaq Moskva küçələrinin daş döşəməsini son illərdə üç dəfə dəyişiblər. Hələlik, hakimiyyətlə xalq arasında В«ictimai sazişВ» mövcud sistemi dəstəkləyir.

ÖZÜNÜMƏHVİN QARŞISINI ALMAQ

Başqa sözlə, bütün digər norma və prinsipləri rədd edərək, məmur elitanın hər cür varlanmasını özünün əsas prinsipinə çevirmiş sistem bu gün maraqlı vəziyyətlə üz-üzədir: həmin varlanma dövlət və xalqın qarşısındakı hər hansı vacib məsələlərin həlli imkanını çıxdaş edir. Müəllif hesab edir ki, son aylarda gördüyümüz В«korrupsiyaВ» işləri təkcə sistemin daxilindəki fərqli klanlar arasında mübarizə deyil, həm də özünüməhvin qarşısını almaq cəhdidir. Ola bilsin ki, prezident və ətrafı hələ də vicdanlı bürokratların (В«texnokratlarınВ») talançıları hakimiyyətdən sıxışdırıb çıxaracağına inanır. Siyasi və inzibati elitanın daxilində kiçilməkdə olan В«piroqunВ» bölünməsi uğrunda mübarizə kəskinləşəcək. Özü də bu müddətdə dövlətin get-gedə daha çox vəzifəsi yerinə yetirilməmiş qalacaq. Sistemin bunun öhdəsindən gəlib-gəlməyəcəyi isə bəlli deyil.

Yaranmış durumdan iki çıxış yolu var: Birincisi, imperiya iddialarından əl çəkərək Rusiyanı normal ölkə saymaq və sakitcə onun sərvətlərini talamağa davam etməkdir. Bu zaman sistemin ömrü xeyli uzana bilər. Bir də, əksinə, bütün dünyaya qarşı xəyali müharibəyə atılmaq, virtual layihələrə ayrılan real pulları bu yolda xərcləyib bitirmək, axırda da "qazanılmış" milyardların yatırıldığı yerlərə köçüb gözdən itmək olar. Ancaq hansı ssenarinin reallaşacağını bilmirik. Çünki Rusiyada yaranmış bu qrotesk sistem son yarım əsrdə inkişaf etmiş ölkələrin heç birində mövcud olmayıb. Ona görə də bizə, sadəcə, bu eksperimentin nə ilə bitəcəyini gözləmək qalır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru