В«ZAMİNBANKВ»IN MÜBHƏM MAXİNASİYALARI
Tarix: 7-02-2012, 17:36 | Çap et
BU BANKDA VƏTƏNDAŞLARIN PULLARI QEYRİ-ADİ ÜSULLARLA MƏNİMSƏNİLİR
DİA.AZ: - Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Azərbaycanda 100 min manatlıq dələduzluğun üstünün açıldığı bildirilirdi. Məlumatda qeyd olunurdu ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən bir qrup şəhər sakinləri cinayət əlaqəsinə girərək ARDNŞ-nin В«AzərneftyağВ» NEZ-in, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, В«AzneftВ» İB-nin В«Neft DaşlarıВ» NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, В«Azərbaycan Hava YollarıВ» QSC-nin Heydər Əliyev adına Beynəlxalq Aeroportun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin, 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin В«Elektron Hesablayıcı MaşınlarВ» zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta arayışlar hazırlayaraq В«ZaminbankВ», В«ƏmrahbankВ», В«VTBВ» və В«NikoylВ» banklara təqdim etmələri və 100.000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.
Biz bir qəzet olaraq məlumatın ictimai əhəmiyyətini nəzərə alaraq müəyyən araşdırmalar aparmaq və bank mütəxəssisləri ilə problemi müzakirə etmək qərarına gəldik. Müzakirələrin nəticəsində bu qənaətə gəldik ki, bu bir neçə nəfərin adi dələduzluq hərəkəti deyil və cinayət işində hökmən bank tərəfdən kimlərsə iştirak edir. Yəni bu cinayət işində adıçəkilən banklar da bilavasitə iştirakçıdır. Bu prosesdə mütləq çoxtərəfli razılaşma-pay bölgüsü var. Ancaq istənilən halda bu banklarda baş verən cinayət hadisələri ilə bağlı bizim gəldiyimiz qənaət idi. Amma əlimizdə fakt yox idi. Görünür, bəzən fakt olmasa da, əlahəzrət məntiq düzgün nəticə çıxarmağa kömək edir. Deyəsən, fakt özünü çox gözlətmədi. Bu da fakt...
Bizim araşdırmamızdan çox yox, bir neçə gün sonra fakt özü gəlib çıxdı. Özü də yuxarıda adı çəkilkən banklardan biri olan В«ZaminbankВ»dan. Redaksiyamıza müraciət edən mənbənin dediyinə görə, o, 2010-cu il dekabrın 28-də В«ZaminbankВ»la 266 saylı depozit müqaviləsi imzalayıb. Əvvəlcə hesaba 100 manat, 2011-ci il yanvarın 18-də isə daha 99 min manat pul qoyub. Yəni cəm halında banka 100 min manat pul yatırılıb. Çingiz müəllimin dediyinə görə, bir ildən sonra həmin pulun üstünə 4 min manat faiz-divident gəlməli imiş. Elə həmin faizi götürmək üçün vətəndaş banka gedir və ona bildirirlər ki, onun hesabında pul yoxdur, pulu çıxarıblar: В«2012-ci ilin yanvarında getdim В«ZaminbankВ»a, dedim, burda mənim adıma pul var. Dedilər ki, pul yoxdur. Pulu çıxarıblarВ».
Vətəndaşın imzası olmadan pulumu bankdan kim götürə bilər? Burda yeganə bir variant var ki, tutaq ki, kimsə onun imzasını çəkər. Amma mənbəmizin sözlərinə görə pulun hesabdan çıxarılması haqqında heç bir sənədə imza atılması faktı yoxdur.
Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata görə belə hadisə В«ZaminbankВ»da birinci dəfə deyil ki, baş verir. Bir müddət əvvəl adının çəkilməsini istəməyən bir şəxsin 250 min dollarını da В«ZaminbankВ»dan saxta imza ilə kimsə çıxarıbmış. Mənbə bildirdi ki, bu barədə bank rəhbərliyinin məlumatı olub. Zərərçəkən tərəf məsələni ciddi şəkildə ortaya qoyanda və ölkə rəhbərliyinə şikayət edəcyini bildirəndə nazirlərdən birinin qardaşı xahiş edib və həmin şəxsin 250 min manatını və üstəlik, 3 otaqlı mənzil verməklə problemi birtəhər yoluna qoya bilib.
В«ZaminbankВ»da baş verənləri araşıdrarkən məlum oldu ki, bankda belə hadisələr dəfələrlə olub. Hətta 2008-ci ildə В«ZaminbankВ»ın В«MərkəzВ» filialının direktoru vətəndaşın 100 min manatını saxta yolla mənimsədiyinə görə, 10 il azadlıqdan məhrum edilib. Deməli, 100 min söhbəti artıq Zaminbank da ənənə halını alıb. Bəs görəsən, bank mütəxəssisləri bu barədə nə düşünür? Əhalini ayıq-sayıq olmağa çağırmaqla yanaşı, mütəxəssisin fikirinə diqqət yetirək. Adının çəkilməsini istəməyən bank işçisi bildirdi ki müştərinin özü olmadan onun bank hesabından pul çıxarılması mümkün deyil, hətta saxta imza ilə də bu, mümkün olan iş deyil, çünki vətəndaşın şəxsiyyət vəsiqəsi lazımdır. Digər tərəfdən ortada etibarnamə olmadığı üçün bu, ümumiyyətlə, mümkün deyil.
Ekspert zarafatla qeyd etdi ki, hətta pulu xakerlər götürsə belə, bank məsuliyyət daşıyır və pulu bank ödəməlidir. Çünki müştəri ilə bank arasında müqavilə bağlanır və qarşılıqlı öhdəlik götürülür.
Yeri gəlmişkən, onu da qeyd edək ki, iki ay öncə В«RoyalbankВ»da da oxşar hadisə baş verib. Və vətəndaş banka qoyduğu 30 min manat В«yoxa çıxıbВ».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30 |
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32 |
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00 |
|
|
|
|