TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                 

MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Tarix: 5-12-2013, 15:12 | Çap et
MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Azərbaycanda bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halları davam edir. Onlar insanları sıxışdırmaq, təzyiqlər etmək, rahatlıqlarını pozmaqla məşğul olur, özlərindən aşağı səviyyədə dolanan insanlara qarşı sayğısız yanaşırlar. Bu da sonda xalqın dövlətdən narazı salınması ilə nəticələnir. Hər hansısa bir vəzifəyə təyin olunan bəzi məmurlar həmin vəzifənin əbədi olacağını zənn edərək vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə ictimai maraqları nəzərə almır. Sonda bu şəxsin etdiyi hər hansısa bir özbaşınalıq aşağı təbəqənin zərbə almasına gətirib çıxarır.

Bu cür çıxılmaz vəziyyətdən biri də paytaxt Bakının mərkəz hissəsində-Yasamal rayonunda yaranıb. Burda bir ailə demək olar ki, bəzi məmurlar tərəfindən “gözümçıxdıya” salınıb. Söhbət Yasamal rayonunun Hüseyn Cavid prospekti, ev 1-də yaşayan ailədən gedir. Redaksiyamıza müraciət edən, həmin ünvanda yaşayan, uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkən Məlahət Babayeva artıq bu ünvanda yaşamağın imkansız olduğunu deyir. Məlahət Babayeva deyir ki, artıq o ailəsilə birlikdə bərbad vəziyyətdə yaşayır. Səbəb isə rayonda bəzi məmurların onlara qarşı amansız mövqeyidir.

Yasamal məmurları ailə ilə prinsip aparır

Şikayətçinin dediyinə görə, o ailəsi ilə birlikdə uzun illərdir ki, həmin evdə yaşayır. Amma, son bir neçə ildə Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin məmurları tərəfindən sıxışdırılır. Belə ki, birliyin rəhbərliyi prospektdəki bütün zibil yeşiklərini həmin ünvana, həyətin qarşısına qoydurub. Nəticədə Məlahət Babayevanın mənzilinin qarşısı zibilxanaya çevrilib: “Özüm 10 ildir ki, şəkərli diabet xəstəsiyəm və yaşamağım “insulin” iynəsindən asılıdır. Tez-tez təngnəfəsliyim tutur, nəfəs almağım çətinləşir. Zibilxananın bizim mənzilin qarşısına köçürülməsi vəziyyətimi daha da ağırlaşdırır. Şəhərin mərkəzində mənzilimdə həşəratlardan dayana bilmirik. Ev təmiz antisanitar vəziyyətə düşüb. Dəfələrlə həyətimin qarşısını pul verib təmizlətdirmişəm ki, natəmizlik aradan qalxsın. Amma, heç bir faydası yoxdur. Əksinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi mənzilimin qarşısını daha da biabırçı vəziyyətə salıb”.

Məlahət xanım deyir ki, bir neçə il əvvəl evinin qarşısında cəmi bir zibil yeşiyi quraşdırılıb ki, bura da bütün məhəllə sakinləri zibil töküblər. Bununla bağlı xahiş edib ki, vəziyyəti ağır olduğu üçün zibil yeşiyini başqa yerə köçürsünlər. Amma, əksinə, xahişdən sonra həmin ərazini əməlli-başlı zibilxana ediblər: “Ağır xəstə olduğum üçün xahiş etdim ki, həmin zibil yeşiyini qapımın ağzından götürüb bir az kənara qoysunlar. Bu kiminsə xoşuna gəlmədi və evimin qarşısını tam zibilxanaya çevirdilər. İndi başqa məhəllələrdəki zibil yeşiklərini də gətirib qoyublar qapımın ağzına. Nə iydən evə girmək olur, nə həşəratlardan yaşamaq. Vəziyyətimiz tam acınacaqlıdır. Heç kim də bizim vəziyyətimizi nəzərə almır. Tam çarəsiz vəziyyətdə qalmışıq. Əvvəllər yalnız öz məhəlləmizin sakinləri həmin yeşiyə zibil atırdısa, indi bütün prospekt mənzilimin qarşısını zibilxana edib. Heç kimə heç nə deyə bilmirəm”.

Milyonçular məhəlləsində zibilliklər içərisində yaşayan ailə

Məlahət xanım deyir ki, məhəllədəki sakinlərin əksəriyyəti imkanlı məmurlar olduğundan Mənzil Kommunal Təsərrüfatı Birliyi onlara söz deyə bilmir və onların evlərinin qarşısındakı zibil yeşiklərini yığışdırıb. Əvəzində isə həmin zibil yeşiklərini bir yerə-onun evinin qarşısına gətirib qoyublar: “Məmurların evlərindən başqa burda “Ağ çiçəyim” gül mağazası, “Sevimli dad” kolbasa və sosis mağazası və iki iri restoran var. Həmin obyektlərin də zibilləri bura atılır: “Heç bir obyektin qarşısına zibil yeşiyi qoymurlar. Hamısı bizim qapının girişindədir. “Sevimli dad”ın vaxtı keçmiş malları, tullantı, iylənmiş ətlər bu zibil yeşiyinə atılır. Artıq dözə bilmirik. Evdə hamımız xəstəliyə tutulmuşuq. 6 nəfərlik ailə üzvümdən biri də sağlam deyil. Zibil yeşikləri bura qoyulandan hamımız yoluxucu xəstəliklərə tutulmuşuq. Zibilliyin bütün bakteriyaları, həşəratlarla birlikdə bizim evə dolur. Artıq belə yaşamaqdan iyrənirik. Məhəllədəki 3-4 mərtəbəli villaların yaxınlığı qalır, bütün zibil yeşiklərini bizim həyətə gətirib qoyurlar. Bu qədər də saymamazlıq da olmaz axı? Biz də insanıq, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Azərbaycanda, doğma vətənimizdə yaşamağa haqqımız var. Amma, məmurlar bizə bu haqqı çox görürlər. İmkan vermirlər ki, xəstə vəziyyətdə də olsa öz evimizdə sakit yaşayaq”.

2 və 3 yaşlı körpələr bakterioloji xəstəliyə düçar olub

Məlahət xanımın dediyinə görə, zibil yeşikləri hərdən bilərəkdən yandırılır da. Zibillər yananda isə bütün bakteriyalar evə dolur, nəinki həyətdə, heç evdə də nəfəs almaq olmur. Evdə iki azyaşlı nəvəm var. Nəvələrimin birinin 3, digərinin isə 2 yaşı var. Demək olar ki, həmin zibilliyin üfunət və bakteriyalarından hər həftə onları xəstəxanalarda yatırdırıq. Hər həftə bir xəstəlik tapırlar. Hər ikisi zibil yeşiklərinin üfunətindən bakterioloji xəstəliklər tapıb. İkisinin də bağırsağında bakteriyalar var və müalicə olunmalarına baxmayaraq onları bu bakteriyalardan azad edə bilmirik. Günümüz xəstəxanalarda uşaq müalicə etdirməklə keçir. Evimdə sakit, problemsiz yaşaya bilmirəm”.

Evi olan ailə kirayə köçmək məcburiyyətində qalıb

Məlahət Babayeva deyir ki, yaşadığı ərazidə 3 yaşayış binası var. Həmin binaların həyətlərində isə zibil yeşikləri qoymaq üçün kifayət qədər ərazi var. Amma, icra məmurları bu binaların həyətlərindəki zibil yeşiklərini də onların mənzillərinin qarşısına köçürüb: “Burada 525-ci məhəllənin də zibillərini gətirirlər. Çünki, həmin məhəllənin də zibil yeşikləri həyətlərdən götürülüb və bizim qapıya qoyulub. İndi ərazidəki restoranlar da, 3 yaşayış binasının sakinləri də, “Sevimli dad” mağazası, “Ağ çiçəyim” gül salonu və yaxınlıqdakı məmurlar da zibillərini onun evinin qarşısına tökür, özü də pərakəndə halda: “Buna kim dözər? Məmurlar niyə belə öznaşınalıqlar edirlər bilmirəm. Artıq iş o həddə çatıb ki, az qalırıq evi bağlayıb gedib başqa ərazidə kirayədə yaşayaq. Evin ola-ola bu qədər ailə üzvlərimlə kirayə ev axtarmaq məcburiyyətində qalmaq biabırçılıqdı”.

Ailə “bomj”lar və küçə itlərinin qorxusundan evinə gedə bilmir

Şikayətçi DİA.AZ-a deyir ki, zibil yeşiklərinin onun evinin qarşısına qoyulması buranı bomjların da məskəninə çevirib: “Axşamlar burda bir biabırçı vəziyyət yaranır ki, artıq evimizə də getməyə qorxuruq. Təsəvvür edin, axşam saatlarında zibil yeşiklərinin ətrafı küçə itləri ilə dolu olur. Həmin itlər bu zibil yeşiklərini eşib-tökür, “Sevimli dad”ın atdığı iylənmiş ətləri yeşikdən çıxarı sürüyür. Ətrafı üfunət iyi götürür. Hələ bu harasıdır. Axşam bir də evə gələndə görürsən ki, qapının qarşısında iki-üç nəfər zibillikdə eşələnən, səfil həyatı yaşayanlar yatıblar. Onlar da zibillikdən nəsə axtarır tapır, onu yeyir, spirtli içki qəbul edib yıxılır qapının ağzına. Hava qaralanda neçə dəfələrlə olub ki, onları görüb qorxmuşuq, uşaqları onların qorxusundan həyətə buraxa bilmirik. Nəvələrim təmiz hava üzünə həsrət qalıb”.

Zibillərin yandırılması iki dəfə ailəni ölümlə üz-üzə qoyub

Ev sahibi bildirir ki, zibilliyin onun evinin qarşısında olması nəticəsində iki dəfə evi yanma təhlükəsilə üzləşib: “İki dəfə zibil yeşiklərində güclü yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstəsinin köməyi ilə söndürülüb. Hər iki hadisə zamanı az qalıb ki, alov bizim və qonşuların evlərinə keçsin. Lakin yanğınsöndürənlər bunun qarşısını alıb. Zibil yeşikləri qoyulan yerdə uzunömürlü şam ağacları var idi. Yanğın zamanı həmin ərazidəki onlarla şam ağacları yandı”.

Çarəsiz qalan Məlahət Babayeva ailəsilə birlikdə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib və ailə üzvlərinin bu bəladan qurtarması, zibil yeşiklərinin ərazidən götürülməsi üçün onlardan yardım istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru