Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                 

OQTAY ƏSƏDOVA “XOCALI MÜRACİƏTİ”
Tarix: 31-01-2012, 14:54 | Çap et
OQTAY ƏSƏDOVA “XOCALI MÜRACİƏTİ”

BU QƏTLİAMIN GÜANHKARLARINI AZƏRBAYCAN RƏSMƏN AXTARMIR...

Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədova müraciət ediblər. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Hörmətli Oktay müəllim. Məlumunuzdur ki, bu yaxınlarda xalqımız ötən əsrin sonlarında baş
vermiş ən böyük qətliamı, Xocalı faciəsinin 20 illiyini qeyd edəcəkdir. Bir çox beynəlxalq konversiyalara, hüquqi aktlara, dünyanın mötəbər qurumlarının prinsiplərinə və nəhayət, insanlığa qarşı ermənilər tərəfindən həyata keçirilmiş bu faciə təkcə azərbaycanlıları yox, bəşəriyyətin bütün vicdanlı və tərəqqipərvər insanlarını sarsıtmışdır. Bildiririk ki, xalqımızın yaşadığı bu faciəni ölkə xaricindəki azərbaycanlılar da hər il müxtəlif tədbir və aksiyalarla
qeyd edir.

Ermənistan ordusunun və erməni silahlılarının törətdikləri bu vəhşilikləri sübutlarla yaşadıqları ölkələrin ictimaiyyətinə çalışırlar. İmza toplamaqdan tutmuş ən müxtəlif aksiyalara əl ataraq
bu faciənin müxtəlif ölkələrin parlamentlərində soyqırım kimi tanıtmağa cəhd edirlər. Lakin təəssüf ki, bu zaman yaşadıqları ölkələrin rəsmi dairələrinin ciddi sualları ilə qarşılaşır, hüquqi
maneələrə rast gəlirlər. Biz bu maneələrlə qarşılaşan soydaşlarımızın nümayəndələri olaraq, bu hüquqi maneələrdən bəzilərini diqqətinizə çatdırmaq, onların həll edilməsində sizdən səlahiyyətiniz daxilində addımlar atmağınızı istəyirik.

Cənab spiker, 2008-ci il fevralın 27-də Nederland Krallığının parlamentinin rəhbəri xanım Gredti Verbeet cənablarına Xocalı faciəsi barədə faktlarla geniş məlumat verərək ondan parlamentdə bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi üçün məsələnin müzakirəyə
çıxarılmasını xahiş etmişdik. Müraciətimizə xüsusi diqqət yetirən xanim Gredti Verbeet sorğumuzu dərhal cavablandıraraq Xocalıda baş verənlərdən çox üzüldüyünü bildirmişdi. Qeyd etmişdi ki, faciə ilə bağlı məqamları Nederland Krallığının parlamentində təmsil olunan
bütün partiyaların deputat qruplarına çatdıracaqdır. Bununla belə, bildirmişdi ki, bu faciənin müzakirəyə çıxarılması və hüquqi-siyasi qiymət verilməsi üçün Azərbaycan parlamentinin onlara rəsmi olaraq müraciət etməsi lazımdır.

Lakin faciənin üzərindən bu qədər ötməsinə baxmayaraq, onlara belə bir müraciət daxil olmamışdır. Nə zaman Azərbaycan Respublikası parlamenti onlara müraciət edərsə, o zaman bu
məsələ müzakirəyə çıxarıla bilər.

Cənab spiker, Avropa və dünyanın digər ölkələrində yaşayan soydaşlarımız da məhz bu cür cavablar almış və məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisi Xocalı soyqırımı ilə bağlı xarici dövlətlərə belə bir müraciət göndərməmişdir. Xüsusi olaraq qeyd etməyi borc bilirik ki, 2007-ci il fevralın 26-da Avropada yaşayan soydaşlarımızın iştirakı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamenti binası önündə və Ermənistanın səfirliyi qarşısında Xocalı faciəsilə bağlı böyük mitinq keçirildi. Sonda iştirakçılar tərəfindən aksiyanın qətnaməsi Avropa Parlamentinin və Ermənistan səfirliyinin səlahiyyətli nümayəndələrinə təqdim edildi. Qətnamədə Xocalı faciəsində birbaşa iştirak edən Robert
Köçəryanın, Serj Sarkisyanın, Qukasyanın və digərlərinin ədalət məhkəməsi önünə çıxarılması tələbi qoyulurdu.

Lakin bundan bir gün sonra - 27 fevral 2007-ci ildə Azərbaycan Milli Məclisində aparılan
müzakirələr zamanı bu şəxslərin adları Xocalı faciəsinin təşkilatçıları və iştirakçılarının siyahısından rəsmi olaraq çıxarıldı. Həmin gün millət vəkili Fəzail Ağamalı "Lider"
telekanalında "Sədadan sonra" proqramında bunu şərh edərək bildirdi ki, adları siyahıdan çıxarılan şəxslərin Xocalı faciəsilə əlaqəsi olmadığını müəyyənləşdirdiklərindən bu addımı atıblar. Halbuki Robert Köçəryan məhz 1992-ci ildə Dağlıq Qarabağdakı separatçı rejimin
"müdafiə naziri" idi. Təəssüf ki, Azərbaycan Milli Məclisinin erməni canilərə hansısa səbəbdən göstərdiyi bu xüsusi münasibət düşmənlərimizin işinə yaradı. Dünyada fəaliyyət göstərən erməni
təşkilatları Azərbaycan Respublikası Milli Məclisinin bu addımı barədə məlumatı Avropa Parlamentinə və digər ölkələrin rəsmi qurumlarına göndərərək Köçəryan, Sarkisyan, Qukasyan və digərlərinin günahsız olduqlarını bildirdilər.

Bir məqamı da xüsusi olaraq qeyd edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları hər zaman bəyan edirlər ki, adları çəkilən şəxslər və Xocalı faciəsinin digər iştirakçıları İnterpol tərəfindən qırmızı xətlə axtarışdadırlar. Halbuki rəsmi olaraq aparılan araşdırmalarımız zamanı
Xocalı faciəsiylə bağlı heç kəsin axtarışda olmadığı məlum olmuşdur. İstəsəniz sizlər də www.interpol.int saytına daxil olaraq bunu araşdıra bilərsiniz.

Bu kimi digər faktlar bizim haqq səsimizin dünya ictimaiyyətinə və yaşadığımız ölkələrin rəsmi dairələrinə çatdırılmasına, Xocalı faciəsinin təşkilatçı və iştirakçılarının beynəlxalq məhkəmə önünə çıxarılmasını tələb etməyimizə, bu faciəylə bağlı beynəlxalq istintaq qrupunun yaradılması yönündə iş aparılmasına, olayın soyqırım kimi tanınmasına sözün əsl mənasında mane olur.

Cənab spiker, biz xaricdə yaşayan azərbaycanlılar olaraq sizdən xahiş edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi ölkə parlamenti adından dünya dövlətlərinin parlamentlərinə ümumi və fərdi olaraq müraciətlər edilməsinə göstəriş verəsiniz. Xüsusilə Avropa Birliyi dövlətlərin parlamentlərinin rəhbərliyinə və üzvlərinə birbaşa
müraciət edəsiniz. Siz bu addımı atacağınız təqdirdə, bizlər yaşadığımız ölkələrdə ən müxtəlif aksiyalar keçirərək, seçici olaraq öz təsir imkanlarımızdan yararlanaraq bu olaya hüquqi və siyasi
qiymətin verilməsinə, Xocalı faciəsinin təşkilatçı və iştirakçılarının cəzalandırılmasına nail olmağa çalışacağıq. İnanırıq ki, sizin atacağınız addımlardan sonra Avropa dövlətlərinin rəsmi dairələrinin əllərində başqa bir bəhanə olmayacaq və Xocalı faciəsiylə bağlı
konkret müzakirələrə başlanılacaq.

Bunun üçün biz sizdən lazımi addımlar atılmasını rica edirik.

Hörmətlə xaricdə yaşayan azərbaycanlılar adından:
1. Eldəniz Yusibov - Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı -
Nederland Krallığı
2. Rəşad Sadıqov - Odlar Yurdu Cəmiyyəti - Nederland Krallığı
3. Fikrət Hüseynli - Yeni Müxalifət Hərəkatı - Nederland Krallığı
4. Azər Ramizoğlu - Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi -
Nederland Krallığı
5. Samit Məmmədli - Nederland Azərbaycan Kültür Mərkəzi - Nederland Krallığı
6. İlham Həsən - Frankfurt Azərbaycan Cəmiyyəti - Almaniya Federativ
Respublikası
7. İntiqam Məmmədov - Hamburq Azərbaycan Cəmiyyəti - Almaniya
Federativ Respublikası
8. Yusif Abulov - Maynz Azərbaycan Cəmiyyəti - Almaniya Federativ Respublikası
9. Sərdar Ağayev - Oğuz Yurdu Cəmiyyəti - İsveç Krallığı
10. Əli Ağayev - "Prometey" Təşkilatı - İsveç Krallığı
11. Teymur Eminbəyli - Bütöv Azərbaycan Təşkilatı - İsveç Krallığı
12. Əli Hacılı - Azeriunited Cəmiyyəti - Nederland Krallığı
13. Seyfettin Ayakyay - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyonu
başkanı - Türkiyə Cümhuriyyəti
14. Ayhan Demirçi - Azərbaycan-Belçika Dostluq Cəmiyyəti - Belçika Krallığı
15. Ələsgər Siyablı - Azərbaycanda Demokratiya Uğurunda Siyasi
Cəmiyyət - Almaniya Federativ Respublikası
16. Könül Hacızadə - Vətən Sevər Azərbaycan Küveyt Dostluq və
Mədəniyyət Əlaqələri Cəmiyyəti - Küveyt Krallığı
17. Mais Nuriyev - Azəri Mədəniyyət Assosiasiyasının prezidenti -
İtaliya Respublikası
18. Nürəddin Hüseynov - Mədəni Əlaqələr Cəmiyyəti - İtaliya Respublikası
19. Leyla Kiani - "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti - İsveç Krallığı
20. Oğuzhan Kılıc - Türk Gənclik Kuruluşları Federasyonu - Nederland Krallığı
21. Eşref Kerküklü - Türkməneli Öğrənci və Gənclər Birliyi - Nederland Krallığı
22. Deniz Uresin - Atatürkçü Gənclər Birliyi - Nederland Krallığı
23. Süleyman Yaycı - Türk Gənclik Hərəkatı - Nederland Krallığı
24.Assəf Bagirov – “Dayak”Belcika –Azrəbaycan Dostluq Cəmiyyeti; Belcika










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru