Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                 

SƏFİRLƏRİN DÖYÜŞÜ
Tarix: 30-01-2012, 16:09 | Çap et
SƏFİRLƏRİN DÖYÜŞÜ

TÜRKİYƏ SƏFİRİ FRANSA SƏFİRİNƏ CAVAB VERDİ

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa səfirinin APA-ya müsahibəsinə cavab olaraq açıqlama yayıb. Səfirlikdən APA-ya göndərilən açıqlamada deyilir:

“Fransa Milli Assambleyasının və Senatının Türkiyə və əslində bütün türk milləti əleyhinə qəbul etdiyi qərar haqqında mətbuatda səfirimizin müsahibələri və səfirliyimizin açıqlamaları dərc edilib. Bütün türk dünyasının hüquqlarını müdafiə etməyi nəzərdə tutan, Türkiyə və Azərbaycanda həmrəyliyin yüksək səviyyədə olduğunu göstərən mövqeyimizin bəzi dairələrdə narahatlıq yaratdığı Fransanın Azərbaycan Respublikasındakı səfirinin APA Agentliyində 25 yanvar 2012-ci il tarixdə yayımlanan ifadələrində təəssüf ki, açıq-aşkar görünür. Fransa səfiri məsələni başqa tərəfə çəkməyə çalışaraq Türkiyə, Azərbaycan və bütün türk dünyası əleyhinə atılmasına cəhd edilən addımları, bəsit siyasi divident əldə etmək naminə böyük millətimizə “soyqırımçı” yamağı vurmaq səylərini gizlədə bilməz. Çünki Azərbaycan mətbuatında minnətdarlıqla izlədiyimiz xəbərlər və şərhlərdə ictimai rəyin hansı tərəfə meyl etdiyini çox gözəl göstərir. Bu xəbərlərin ən maraqlısı “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” başlığı ilə “Xalq Cəbhəsi” qəzetinin 26 yanvar 2012-ci il tarixli sayında dərc olunub. Həm Milli Məclis üzvlərindən, həm də vətəndaş cəmiyyəti təmsilçilərindən gələn şərhlərdə, Fransa səfirinin ifadələrinin açıq-aydın şəkildə tənqid edildiyi diqqəti çəkir. Türkiyə Respublikasının Azərbaycandakı səfirinə nəyin yaraşdığı və ya yaraşmadığı məsələsi isə təbii olaraq səfirin fəaliyyəti ilə birinci dərəcədə əlaqəli olan Türkiyə və Azərbaycan rəsmiləri və ictimaiyyəti tərəfindən qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq təbiidir ki, keçən il Senatda rədd edilən qanunun qısa müddət əvvəl Qanunlar Komissiyası tərəfindən Konstitusiyaya zidd olduğu bildirilməsinə baxmayaraq, bu il eyni Senat tərəfindən qəbul edilməsinin səbəbinin izahını Azərbaycan ictimaiyyəti Fransa səfirindən gözləyir. On minlərlə türkün bu irqçi qanun səbəbilə milli heysiyyətlərini qorumaq üçün Paris küçələrində təşkil etdiyi nümayişlər onu göstərir ki, bu insanlar dinclik tapa bilmirlər və narahatlıq keçirirlər. Bunu nəzərə alaraq Fransa səfirinin Fransadakı türk toplumunun narahatlığının səbəbi ilə əlaqədar təkrar şərh verməsi məntiqli bir davranış olardı. Fransada yaşayan türk toplumu qəlbimizin bir parçasıdır. Onlara həqarət etdiyimizi hesab edənlər bilməlidirlər ki, həqarət ilə sevgi sözlərini bir-biri ilə qarışdırırlar. Səfir ölkəsində yaşayan 2 etnik icmadan birinin ifadə və düşüncə azadlığını qadağan edərək digər etnik qrupun ifadə və düşüncə azadlığına sərbəstlik verilməsini, görəsən, necə izah edəcək? Bu fakt Fransanın üç şüarından biri olan “bərabərlik” anlayışına uyğun gələ bilərmi? Fransa səfirinin aşıqlamasında Fransanın yaxın keçmişdə törətdiyi qətliamlara görə öz məsuliyyətini dərk etdiyi kimi izah oluna bilən ifadəsi dərin peşmanlıq hissi ilə günahını yumaq cəhdi hesab oluna bilər. Bununla yanaşı, bir millətin tarixində yer alan qəbuledilməz hadisələrin millətimizin tarixində də eyni şəkildə yer aldığını irəli sürməyə çalışmaq, mövcud durumun dəhşətli olduğunu göstərmək üçün kifayətdir. Burada bir məsələni unutmamaq lazımdır ki, üçüncü tərəflərin əsassız iddialarına əsaslanaraq hərəkət edən bəzi siyasətçilər müəyyən mənafelər güdərək tarix yaratmaq yolunu tutmuşdur. Tarixçi olmayan bəzi fransız senatorların yüz il bundan əvvəl baş verən və isbat edilməmiş bir hadisənin inkarının cəzalandırılmasına səs verməsi, tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi yolverilməzdir. Parlamentlər məhkəmə olmadığı kimi, siyasətçilər də hakim deyildir. Hüquqa, tarixə və insanın təbiətinə zidd olan bu qanunu Fransa xalqının və çox sayda millət vəkili və senatorun qəbul etmədiyi məlumdur. Millətimizi üzən və vicdanını acıdan bu irqçi qanun xalqlar arasında hüzursuzluğu artıracaq, etimadsızlığı gücləndirəcək, ksenofobiya və irqçilik kimi cəmiyyət travmalarını dərinləşdirəcək. Fransanın ən nüfuzlu hüquqi qurumu olaraq bilinən Konstitusiya Şurasının bu irqçi qanunu ləğv edərək Fransa xalqını böyük tarixi və hüquqi yanlışlıqdan çəkindirməsi və bu irqçi qanunu tarixin zibilliyinə göndərməsini gözləyirik. Azərbaycanda çox sayda rəsmilərin, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatları, ziyalılar, mütəfəkkirlər Dağlıq Qarabağ probleminin həlli prosesində ATƏT Minsk Qrupunda Fransaya dərin etimadsızlıq duyduqlarını və Fransanın bu qrupdan çıxmalı olduğunu açıqlamışlar. Bu durumda məsələnin həllində tərəf saxladığı aydın görülən Fransanın Minsk Qrupundan ən qısa müddətdə çıxmasını gözləyirik. Türkiyə hüququ, təməl bəşəri dəyərləri və ictimai vicdanı heçə sayan bu haqsız qərara qarşı bütün qanuni yollarla mübarizə aparmağa qərarlıdır. Bu çərçivədə, qardaş Azərbaycanın indiyə qədər bu haqlı mübarizəmizdə hər səviyyədə bizə verdiyi, yüksək qiymətləndirdiyimiz dəstəyi davam etdirəcəyinə inanırıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru