Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                 

AĞDAMDA İQTİSADİ TERROR HƏYATA KEÇİRİLİR
Tarix: 24-01-2012, 12:37 | Çap et
AĞDAMDA İQTİSADİ TERROR HƏYATA KEÇİRİLİR

FERMERLƏRƏ QARŞI ORDU-MƏMUR İTTİFAQI FƏALİYYƏTDƏDİR

DİA.AZ: - Son günlər ölkə bazarlarında yaranan qəribə təzad yəqin ki, bütün vətəndaşlar tərəfindən təəccüb və təəssüflə müşahidə olunmaqdadır. Belə ki, bir tərəfdən satıcıları alıcılara düşmən edən, sözün gerçək mənasında od tutub yanan qiymətlər, digər tərəfdən isə fermerlərin ərzaq bolluğu səbəbi ilə öz məhsullarını sata bilməmələrindən şikayətlənməsi diqqət çəkir. Maraqlıdır, ərzaq bolluğu şəraitində qiymətlərin durmadan artmasının kökündə hansı amillər dayanır? Niyə məhsullarının satılmamasından gileylənən fermerlər bu məhsulları bir qədər ucuz qiymətə bazara çıxartmaqla problemin həllinə nail olmur, qiymətli məhsulu zay edərək atmağı daha üstün hesab edirlər? Bütün bu sualların araşdırılması fonunda ortaya çıxan dəhşətli həqiqətlər mövcud anormallığın heç də əsasssız olmadığını, bütün paradoksal hadisələr kimi bu olayın da arxasında ciddi məntiqi səbəblərin dayandığını göstərir.

Fermerlərə qarşı ordu-məmur ittifaqı

Bugünlərdə Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan fermerlərdən birinin redaksiyamıza ünvanlanan müraciətində mövcud problemin səbəbləri ilə bağlı şok nüanslar yer alıb. Adının çəkilməsini istəməyən fermerin sözlərinə görə, sözügedən problemin ortaya çıxmasının əsas səbəbi cəbhəyanı ərazilərdəki icra hakimiyyəti orqanları ilə yerli hərbi hissə komandirləri arasındakı ittifaqdır.

Mənbənin məlumatına görə, bu iki qurumun birgə səyləri təsərrüfat sahiblərini pulsuz, alıcıları isə ərzaqsız qoyur: “Cəbhyanı rayonlarda yaşayan hər kəs yaxşı bilir ki, burada hər şey icra hakimiyyəti və ordu rəhbərlərinin əlindədir. Əgər burada hər hansı bir iş görmək istəyirsinizsə, gərək ilk növbədə bu iki qurumun yetkililəri ilə dil tapasınız. Çünki burada torpaq başqa yerlərdə olduğu kimi yalnız icra hakimiyyəti orqanlarının nəzarətində deyil. Müharibə vəziyyəti ilə əlaqədar olaraq təmas xəttinə yaxın ərazilərdə torpaq həm də hərbi hissə birliklərinin nəzarətindədir. Çünki mövcud situasiya və ya yuxarı hərbi komandanlığın göstərişlərinə əsasən təmas xəttindəki birliklərin mütəmadi surətdə yerdəyişməsi, fərqli coğrafi relyeflərdə təlimlər həyata keçirməsi, ehtiyat hərbi hissələr yerləşdirilməsi baş verir ki, bütün bunlar da çox zaman əkinə yararlı torpaq sahələrini əhatə edir. Bundan başqa, bütün mülki əhali kimi fermerlərin təhlükəsizliyi də məhz hərbi hissələrin üzərinə düşür. Odur ki, bu ərazilərdə təsərrüfat yaradan hər bir fermer icra orqanı yetkilisi ilə yanşı hərbi hissə komandiri ilə də dil tapmalı, onun istəklərini anlayışla qarşılamalıdır. Bu mənada cəbhəyanı ərazilərdəki fermerlərin ordu-məmur cütlüyündən asılı olduğu danılmazdır”.

Cəbhəyanı ərazilərdə torpaq alveri – hər hektara min manat

Fermerin sözlərinə görə, min bir əziyyətlə başa gətirdikləri məhsulun baha olmasının əsas səbəbi təsərrüfat məqsədilə onlara ayrılan torpaq sahələrinin pulla satılmasıdır. Cəbhəyanı ərazilərdəki hər bir hektar üçün fermerlərdən min manat məblğində rüşvət alındığını bildirən mənbə, qeyri-qanuni bütün ödənişlərin nəticə etibarilə qiymət artımına təsir göstərdiyini vurğuladı: “Ölkə telekanallarında fermerlər üçün əlverişli şəraitin yaradılması, onların bütün ehtiyaclarının təmənnasız olaraq dövlət tərəfindən qarşılandığı ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Həqiqət bundan ibarətdir ki, bu gün təmas xəttinə yaxın ərazilərdə məhsul becərən fermerlərin hər birindən sahib olduqları hər hektara görə min manat məbləğində rüşvət alınır. Yəni əgər siz 3 hektar ərazidə məhsul yetişirmək istəyirsinizsə 3 min manat, 10 hektar ərazidə təsərrüfatla məşğul olmaq istəyirsinizsə 10 min manat məbləğində pul verməlisiniz. Əgər siz bu pulu ödəmək iqtidarında deyilsinizsə, o zaman bir qarış da olsun torpaq sahəsinə sahib ola bilməyəcəksiniz”.

Fermerin məlumatına görə, rüşvət ödəməkdən imtina edən və əraziyə qanunla yiyələnəcəyini iddia edən fermerlrin istəyinin qarşısı elə “qanuni” yollarla alınır: “Rüşvət ödəmək istəməyən fermerlərin fəaliyyətinin qarşısını almaq üçün həm icra, həm də ordu rəhbərliyinin imkanları yetərincədir. Lakin adətən bu funksiyanı ordu rəhbərliyi öz üzərinə götürür. Belə ki, fermerin istifadə etmək istədiyi ərazini mina və ya snayper təhlükəsi səbəbilə qadağan olumuş zona elan edən ordu rəhbərliyi, bu ərazidə hər cür fəaliyyətə yasaq qoyur. Bu barədə fermerə rəsmi şəkildə xəbərdarlıq edilir. Bununla da təmas xəttinə yaxın ərazilərdə çalışan fermerlərə qarşı tətbiq edilən iqtisadi terror onların torpaq arzusunu gözündə qoyur”.

Torpaq dambalar – təhlükəsizlik, yoxsa rüşvət səddi?

Fermerin sözlərinə görə, təsərrüfat sahiblərindən rüşvət almaq üçün ordu-məmur cütlükləri maraqlı üsullara əl atır ki, bunlardan da biri torpaq dambaların düzəldilməsi ilə bağlıdır. Vətəndaşların təhlükəsizliyi səbəbilə yaradılan və hazırlanma xərcləri dövlət tərəfindən qarşılanan dambaların pulu fermer sahiblərindən alınaraq yerli məmurların ailə büdcəsinə daxil olur: “Torpaq dambaların yaradılması üçün zəruri olan bütün xərclər dövlət tərəfindən çəkilir. Əslində bu dambaların yaradılması elə də mürəkkəb məsələ deyil. Bunun üçün adi bir traktor yetərlidir. Cəbhəyanı ərazilərdə torpaq dambaların yaradılması işinə isə bir qayda olaraq hərbi hissələrin sərəncamında olan traktorlar cəlb edilir. Hər gün bir traktorla bir neçə yüz metr ərazidə dambalar yaratmaq mümkündür. Bu dambaların yaradılması üçün gərəkli olan texnika və yanacaq dövlət tərəfindən ödənilsə də, yerli hərbi hissə komandanlığı və icra orqanları tikilən dambalara görə fermerlərdən də ayrıca pul alır. Yerli hərbi hissə komandanlığı bildirir ki, dambaların yaradılması hərbi hissənin daxili vəsaiti hesabına başa gəlir və ona görə də cəbhəyanı ərazidə torpaq sahəsinə sahib olmaq istəyən hər kəs hər hektara görə min manat ödəməklə çəkilən xərci bərpa etməlidir. Odur ki, məlum ərazilərdə təsərrüfatla məşğul olmaq istəyən hər kəs hər hektara görə min manat ödəməklə öz təsərrüfatını formalaşdırmağa çalışır”.

Mənbənin məlumatına görə, bəzən dambalar vaxtından əvvəl hazır olsa da, fermerlərdən pul yığımı gecikdiyi üçün əraziyə həftələrlə heç kim buraxılmır, hektarlarla torpaq sahəsi bir nömrəli post kimi mühafizə edilir: “Dambaların tikilməsinə nəzarət yuxarıdan həyata keçirildiyi üçün yerli hərbi hissə komandirləri bu prosesi əngəlləyə bilmir, verilən tapşırığı vaxtında yerinə yetirmək üçün dambaların tikintisini qısa müddətdə başa çatdırırlar. Lakin bəzən fermerlərin tələb olunan pulu ödəmək üçün imkanı olmadığına görə, dambalarla əhatə olunan ərazilərə heç kim buraxılmır, həmin ərazinin minalandığı bildirilir. Pul yığıldıqdan sonra isə ərazinin minalardan təmizləndiyi elan edilir və fermerlər pulunu ödədikləri əraziyə buraxılır. Bununla da, alqı-satqı prosesi başa çatır”.

Fermerlər daha nədən narazıdır?

Mənbənin bildirdiyinə görə, qiymət artımına təsir göstərən başqa amillər də mövcuddur ki, bunlardan da biri təmas xəttinə yaxın ərazilərdə su-melorasiya sisteminin olmaması ilə bağlıdır: “Cəbhəyanı ərazilərdəki torpaqlarda fermerlərin fəaliyyəti üçün əngəl törədən başlıca amillərdən biri də suvarma sistemlərinin həddindən artıq zəif olmasıdır. Bu ərazilərdə kanal şəbəkəsinin yoxluğu becərilən məhsulun ya dəmyə, ya da artezian quyularının vasitəsi ilə suvarılmasını zəruri edir ki, bunların da hər birinin öz çətinliyi mövcuddur. Dəmyə suvarılması əsasən dağlıq və yarımdağlıq ərazilərdə tətbiq olunur ki, bu da heç də həmişə yaxşı nəticə vermir. Təbiət heç də hər zaman mərhəmətli olmadığı üçün bəzən əkilən əraziyə bir damcı da olsun yağış yağmır və nəticədə qiymətli məhsul zay olur. Artezian quyularının bərpası və qazılmasının özü də çətin prosesdir. Bu cür quyuların yaradılması baha başa gəldiyi üçün fermerlərin heç də hamısı bundan faydalana bilmir. Bu quyuların suvarma imkanları da böyük deyil. Kanal və arxlardan fərqli olaraq, artezian suları ilə yalnız məhdud ərazini sulamaq mümkündür. Bu isə hektarlarla ərazidə əkin aparan fermerlərin tələbatına o qədər də cavab vermir. Lakin bütnün bunlarla yanaşı, əlacsiz qalan fermerlər çox zaman artezian quyuları qazdırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Belə quyuların qazılması isə ərazinin relyefindən asılı olaraq 1000-1500 manata başa gəlir. Çəkilən xərclər isə nəticə etibarilə əldə edilən məhsulun qiymətinin artırılmasına təsir göstərir”.

Fermerin sözlərinə görə, bazarlarda baş alıb gedən bahalığa görə təsərrüfat sahibləri ittiham olunsa da, bu ittihamların əsassız olduğu göz önündədir: “Bu gün fermerlərə yaradılan şərait o qədər qüsurlu, onlardan alınan qeyri-qanuni ödənişlərin miqdarı o qədər çoxdur ki, əldə edilən məhsulun maya dəyəri əslində olduğundan bir neçə dəfə baha başa gəlir. Mən çəkilən əziyyəti hələ demirəm. Ona görə də, bütün bunları nəzərə alan fermer məhsulunu elə qiymətə bazara çıxardır ki, bu qiymətdə bütün xərclər öz əksini tapır. Elə buna görə də, məhsul baha başa gəlir və alıcıların narazılığına səbəb olur. Lakin vətəndaşlar unutmasın ki, mövcud situasiyadan ən çox narazı qalan elə fermerlərin özüdür. Necə deyərlər, yanan da biz, yaman da biz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru