Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                 

MƏMURLARIN PARLAMENT TOQQUŞMASI
Tarix: 23-01-2012, 12:03 | Çap et
MƏMURLARIN PARLAMENT TOQQUŞMASI

KƏMALƏDDİN HEYDƏROV ÖZ DEPUTATLARI İLƏ MƏXFİ TOPLANTI DÜZƏNLƏDİ

DİA.AZ: - Hakimiyyətin В«korrupsiya məngənəsindənВ» sağ-salamat baş çıxaran təhsil naziri Misir Mərdanov artıq ikinci dəfədir ki, В«kəfəni yırtmış olurВ». İlk dəfə olaraq 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Misir Mərdanovun da hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla birgə çıxdaş ediləcəyi gözlənilsə də, bu baş tutmadı. Misir Mərdanov dünənə qədər В«ağsaqqalımВ» deyərək əlini öpdüyü Əli İnsanovu В«baqacaВ» qoymaqla hətta həbsdən belə canını qurtardı.

Əslində təhsil naziri o zaman qolları qandallanan Əli İnsanovun ən yaxın adamlarından biri idi və hazırda siyasi mühacir həyatı yaşayan keçmiş vitse-spiker Rəsul Quliyevlə bağlı həmin müdhiş В«bağ toplantısındaВ» Misir Mərdanov da iştirak edmişdi. Bildirək ki, Prezidentin işlər idarəsinin sabiq rəisi Akif Muradverdiyev məhz həmin toplantıya qatılması səbəbindən həbs edildi. Amma Misir Mərdanov daha В«ayıqВ» tərpənərək Əli İnsanovun əleyhinə nəinki ifadə verdi, hətta hakim Yeni Azərbaycan Partiyasın tərəfindən hazırlanan В«antiçevriliş şousununВ» ən fəal zəhmətkeşlərindən biri kimi də diqqətə gəldi.

Amma buna rəğmən Misir Mərdanov hələ də iynə üstündə oturmuş kimidir və onun korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində həyata keçirilən birinci böyük tarama əməliyatından yaxasını salamat qurtarması heç də o demək deyil ki, nazir üçün hər şey geridə qalıb. Əksinə, daha acınacaqlı günlər irəlidədir. Bunu həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin iki gündən bir Misir Mərdanovu top atəşinə tutması faktı da təsdiqləyir. Yəni TQDK sədri naziri В«tempdən düşməyəВ» qoymur və onun rəhbəri olduğu sahənin ayıblarını davamlı olaraq gündəmdə saxlayır. Bu isə Misir Mərdanov üçün heç də arzuolunan hadisə deyil.

Onu da bildirək ki, korrupsiya ilə mübarizənin ikinci böyük dalğasının start götürəcəyi haqda çoxdandır məlumatlar yayılmaqdadır. Və daxil olan məlumatlarda deyilir ki, bu proses fevral ayından - yəni hökumətin rüşvətxorluğa В«müharibə elan etdiyiВ» tarixin ildönümündən etibarən start götürəcək.

Gələn məlumatlar da təsdiqləyir ki, korrupsiyaya qarşı mübarizənin ikinci dalğası deyəsən, hakimiyyət daxilində sözün həqiqi mənasında parçalanma yaradacaq. Əldə etdiyimiz məlumata görə, hazırda bəzi oliqarx-məmurlar rəqiblərini sıradan çıxarmaq üçün millət vəkillərindən istifadə etməkdədirlər. Bildirilir ki, millət vəkillərinə ötürülən faktlar parlament tribunasından səsləndiriləcək və bununla da ictimai rəyə təsir göstərilmiş olacan. Bu da bildirilir ki, hazırda bəzi məmurların durumu daha ağırdır. Bunlardan biri də əgər Misir Mərdanovdursa, digəri də elə onun В«aktuallığını qorumaqda olanВ» Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədir. Hər halda, Misir Mərdanov da rəqibinə qarşı əliyalın deyil və o da müdafiə olunmaqla məşğuldur. Qeyd edək ki, komissiya sədri ilə Təhsil naziri Misir Mərdanov arasında illərdir ki, konflikt yaşanır və görünür, artıq hesablaşmaq zamanı çatıb.

Onu da xatırladaq ki, keçən il Misir Mərdanov parlament yolu ilə rəqibinə bir dəfə badalaq vurmağa cəhd etdi. Xatırlayırsınızsa, M.Abbaszadəyə ilk zərbə millət vəkili Fəzail Ağamalıdan gəldi.

"Necə olur ki, savadsız uşaqlar ali məktəblərə daxil olurlar? Bu gün repetitorluq ali məktəbdən hörmətli olub. Axı bu necə olur? Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz. TQDK-da milyonlarla rüşvət alınır"-deyən F.Ağamalı ölkədə aparılan antikorrupsiya tədbirlərindən danışarkən Məleykə Abbaszadəni hədfə aldı ki, həmin ərəfədə bu məlumatlara reaksiya verən TQDK sədri də yaxşı bildi ki, Fəzail Ağamalını danışdıran kimdir və onu əslində kimlər hədəfə alıb.

Müşahidəçilərin fikrincə, Fəzail Ağamalının məhz Məleykə Abbaszadəni hədəfə alması təsadüfi deyil. Çünki millət vəkili ilə Təhsil naziri Misir Mərdanov müttəfiqdirlər və o, dəfələrlə nazirin maraqlarını parlamentdə qorumağa çalışıb.

Onu da bildirək ki, həmin ərəfədə Fəzail Ağamalı eyni zamanda ağacın bir neçə budağını silkələmiş oldu ki, bu da oliqarxların millət vəkillərindən bir-birilərinə qarşı istifadə meyillərinin artmasının ilkin təzahürü kimi qəbul olundu. AVP sədri gözlənilmədən radikallaşanraq həmin çıxışında həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovu da hədəfə almışdı: "Məmurlar seçki vasitəsi ilə 5 ildən bir seçilmirlər. Prezident tərəfindən təyin olunurlar. Buna baxmaq lazımdır. Bu olmayanda isə hətta italyan mafiya filmlərinin personajlarını çətin vəziyyətdə qoyan, bu personajlarda belə heyrət doğuran İlqar Rəhimov kimi beynəlxalq səviyyəli fırıldaqçıların bu cür varidat toplamasına şərait olur. Elələri var, məmur olana qədər yamaqlı şalvar geyiniblər. İndi isə onların qarderoblarında dünyanın tanınmış firmalarının paltarlarını yığmağa yer yoxdur. Maaşları ilə müqayisədə mindikləri maşının, həyat tərzinin arasında çox böyük fərq var. Var bunlar. Kim deyir ki, bunlar yoxdur? Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində birinci müavin işləyəndə İlqar Rəhimov müavin işləyib. Nazir olanda isə mənim müavinim olub. Bu adamın hansı imkanlara malik olduğu mənə bəllidir. Mətbuatda İlqar Rəhimov barədə yazılanları oxuyuram, görürəm ki, özünə böyük bir iqtisadi imperiya yaradıb. Bunun artıq super marketləri, qızıl mağazaları şəbəkəsi var. Sual olunur; haradan almısan bunu? Bunu necə əldə etmisən? Ünvanlı sosial yardımdan əldə olunan, daha dəqiqi imkansızların və çörəyə ehtiyacı olanların pulunu mənimsəməklə bunlara sahib olub! Və yaxud da Tibbi-Sosial Ekspert Komissiyasından əldə olunmuş pulla! Bu bir şəbəkə qurub varlanıb. İndi onun genişbiznes şəbəkəsi var. Hardandır bu? Əlbəttə oğurluqla, rüşvət və korrupsiya ilə əldə olunub".

Hər halda, bununla Fəzail Ağamalının kimin bostanına daş atmaq istədiyi də məlum idi. Beləliklə, millət vəkillərinin məmurlara qarşı ilk triumfu nəticəsiz qalsa belə, artıq keçən ilki proseslərdə özünə yer tapa bildi.

Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, parlament yenə də MƏMURLARIN MÜNAQİŞƏ OCAĞINA ÇEVRİLƏCƏK. Artıq bu yöndə ciddi planların işləndiyini bildirən mötəbər qaynağımız iddia edir ki, millət vəkillərindən bəzilərinin təlimalandırılması prosesi gedir: В«Məsələn, müəyyən qrup var ki, onlar Misir Mərdanovun əleyhinə kökləniblər və parlamentin əsasən, yaz sessiyasında təhsil nazirinə qarşı böyük bir dalğa yenidən milli məclisin tribunalarında tüğyan edəcəkВ».

Mənbəmiz bildirir ki, Bu dalğa ilə hətta nazirin istefaya məcbur edilməsi də nəzərdə tutulur: В«Misir Mərdanov keçən ilin sentyabr ayında В«istefa verməyə hazıramВ» kəlməsini dilinə gətirdi. Doğrudur, nazir bunu yaş senzi ilə balı məsələdə söylədi. Amma artıq istefa məsələsi gündəmdədirВ». Mənbəmizə görə, əslində həmin ərəfədə Misir Mərdanovun gedişi planlaşdırılırdı, lakin onu himayə edən qüvvələr 3 nazir müavinini yola salınması, Misir Mərdanovun səlahiyyətlərinin bəzilərinin alınaraq yeni müavinə verilməsi şərtləri ilə onu qorumağa müvəffəq oldular. Bu dəfə isə TN şefinin müdafiəsinin qeyri-mümkün olacağı da söylənilir.

Onu da bildirək ki, parlament tribunalarından təkcə Misir Mərdanova qarşı istifadə olunmayacaq. Bu barədə əldə etdiyimiz informasiyalardan aydın olur ki, digər oliqarx-məmurlar da eyni qaydada rəqiblərini susdurmağa və rəqibləri üçün problemlər yaratmağa hazırlaşırlar. Bu barədə redaksiyamıza verilən xəbərdə bildirilir ki, bu günlərdə konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olan 24 deputatın Bakı kənarındakı bağ evlərinin birində məxfi görüşü olub. Həmin görüşün birbaşa olaraq FHN şefinin arzusu ilə təşkil edildiyini bilidrən mənbəmiz vurğulayır ki, Kəmaləddin Heydərov öz deputat qrupuna böyük bir ziyafət məclisi verdikdən sonra onları öz komandasının gələcək planları yönündə təlimatlandırıb.

Doğrudur, mənbəmiz FHN şefinin parlamentin iclaslarında kimlərlə döyüşəcəyi barədə konkret bilgi verməsə də, Kəmaləddin Heydərovun hədəfində kimlərin ola biləcəyini təxmin etmək o qədər də çətin deyil. Hər halda, bu barədə bu günə kimi qəzetlərdə yetərincə bilgilər verilib. Mənbəmiz onu da bildirdi ki, məxfi bağ toplantısı zamanı Kəmaləddin Heydərovun şəninə təriflər də yağdırılıb və hətta millət vəkillərindən biri onu baş nazir görmək istədiyini də bəyan edib.

Mövzu diqqətimizdədir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru