ATU rektorunun növbəti vəziyyətdənçıxma cəhdi... - Təltif olunduğunu deyir...
Tarix: 12-12-2015, 11:40 | Çap et
 DİA.AZ: - Redaksoyamıza Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı yeni iddiaların yer aldığı məqalə göndərilib. Məqalə müəllifi Fərid Qubadov DİA.AZ-a yazır: “Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanov və əlaltıları (dayısı oğlu Rəfael Maçanov və kafedra müdiri Nüşabə Hacıyeva) nəinki universitetin əməkdaşlarına, hətta bütün Gəncə şəhər ictimaiyyətinə sözün həqiqi mənasında yenidən “şok” yaşatmağı bacardılar. 08dekabr 2015-ci il tarixində R.Maçanov və N.Hacıyeva qarşılarına çıxan əməkdaşlarısanki muştuluqlayırlarmış kimi – Akif müəllimə Prezident Fəxri Fərman verib- xəbərini verməyə başlayıblar.
Əlbəttə, əməkdaşı olduğun universitetin rektoruna Azərbaycan Prezidenti tərəfindən Fəxri Fərman verilməsi fərəhverici bir haldır.Lakin, əməkdaşların keçirdiyi fərəh “şoku” deyil, təəccüb şoku idi. Xəbəri eşidən hər bir kəsin çöhrəsində kinayəli bir təbəssümün yarandığını sezməmək mümkün deyildi. Əməkdaşları haqlı olaraq bir birlərinə aşağıdakı sualları verirdilər:
1.Doğrudanmı Akif Süleymanov Fəxri fərmanla təltif edilib?
2.Akif Süleymanov Fəxri fərmanla təltif edilibsə bu təqdimatı kim, hansı xidmətlərinə görə və hansı məqsədlə verib?
3.Haqqında mənimsəmə faktı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış şəxslərə “Fəxri fərman” verilir?
4.Təhsil Naziri tərəfindən töhmət alanlara “Fəxri fərman” verilir?
5.Akif Süleymanov kimi məmurların təltifi üçün təqdimat vermək ölkə Prezidentini aldatmaq deyilmi?
6.Akif Süleymanov təltif edilməyibsə, Azərbaycan Prezidentinin adından danışmaqda Rəfael Maçanov və Nüşabə Hacıyeva hansı məqsədi güdürlər?
Atalar sözüdür: “Qul xətasız olmaz”. Hər bir insanın xətası ola bilər. Əgər insan xətasını anlayıb onu düzəltməyə cəhd edirsə təqdirə layiqdir. Lakin, insan xətasını dərk etmirsə və ya bunu özünün həyat tərzinə çeviribsə, deməli atalar demişkən “qozbeli qəbir düzəldər”. Akif Süleymanov nəinki əvvəlki cinayətkar əməllərindən peşman olub, əksinə, əvvəlki cinayətini yeni cinayətlə örtbasdır etməyə çalışır.Beləki, Akif Süleymanov dövlət büdcəsinə ödəməli olduğu 800.000 (səkkiz yüz min)manatı yenidən universitetin büdcəsini talamaq yolu ilə ödəmək fikrindədir.
Amma Akif Süleymanov dostuna “sədaqətinə” görə fəxri fərman almağa layiqdir. Çünki Akif müəllim onu rektor kürsüsünə gətirmiş dostu və tələbə yoldaşı, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun portretini iş otağında bu günədək Azərbaycan Prezidentinin portreti ilə yanaşı saxlayır. Əlbəttə dostunun şəklini saxlamaq A.Süleymanovun şəxsi işidir.Ancaq, Əli Abbasovun şəklini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portreti ilə yanaşı saxlaması yolverilməzdir. Əgər dostuna sədaqətini sübut etmək istəyirsə, onun portretini öz evində saxlasın.
Akif Süleymanov yəqinki Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqlərə verdiyi izahatındada həmişə çətinə düşəndə işlətdiyi -“xəbərim yoxdur”, “mənlik burda heçnə yoxdur”, “mənidə aldadıblar” və s. – sevimli sözlərini işlədib.Necə ola bilərki, universitetdə kimlərin adına və nə qədər artıq əmək haqqı yazıldığını xadimələr belə bildiyi halda rektorun xəbəri olmasın? Əgər, sadə əməkdaşlarda bilirsəki, müəssisə rəhbərinin imzası və möhürü olmadan bankdan bir qəpik belə çıxa bilməz, deməli Akif Süleymanov bu sözlərlə peşəkar hüquqşünasları aldada bilməyəcək”.
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ-dan: Redaksiya olaraq apardığımız araşdırmalar nəticəsində də ATU rektorunun hansısa formada təltif olunması faktına rast gələ bilmədik. Görünür, bu kimi ucuz təbliğatla Akif müəllim barəsində “məni “yuxarılar” dəstəkləyir” rəyini formalaşdırmağa çalışır. Yəni sırf olaraq daxilə hesablanmış təbliğat...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37 |
|
|
|
|